ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak

Ermənistan hökumətindən Qarabağa dair yeni gözləntilər var ATƏT sədri

49
(Yenilənib 19:46 19.02.2019)
Minsk qrupunun həmsədrlərinə bu yeni vəziyyətdən istifadə etməyə yardım etməyi öz hədəfi hesab edir

BAKI, 19 fevral — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak Qarabağ probleminin nizamlanmasını müzakirə etmək üçün Ermənistan və Azərbaycana səfər edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Layçak bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Mən mart ayının birinci yarısında Yerevan və Bakıya səfər etmək niyyətindəyəm. Ermənistan və Azərbaycan rəsmiləri məni səfərə dəvət ediblər" - deyə Layçak vurğulayıb.

Onun sözlərinə görə, Slovakiya münaqişənin nizamlanması üzrə Minsk qrupunun səylərini tam dəstəkləyir.

Layçak qeyd edib ki, seçkilərdən sonra Ermənistanda yeni vəziyyət yaranıb: "Çox güclü mandat əldə edən hökumət var və müəyyən gözləntilər də məhz bununla bağlıdır".

O, Minsk qrupunun həmsədrlərinə bu yeni vəziyyətdən istifadə etməyə yardım etməyi öz hədəfi hesab edir.

49