Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada öz slovakiyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla

Sergey Lavrovdan diqqətçəkən Qarabağ bəyanatı: Tərəflər arasında yeni təmaslar hazırlanır

7186
(Yenilənib 15:14 19.02.2019)
XİN başçısı: "Qərarlar tərəflər arasında birbaşa danışıqlar əsasında, birbaşa görüşlər zamanı qəbul edilməlidir"

BAKI, 19 fevral — Sputnik. "Minsk Qrupunun həmsədrləri və ATƏT, yalnız Azərbaycan ilə Ermənistan tərəfi arasında dialoq üçün şəraitin yaradılmasına kömək edə bilər". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada öz slovakiyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla görüşün yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

"Biz fəaliyyətdə olan sədrin belə əhval-ruhiyyəsinə görə minnətdarıq. Rusiya, ABŞ və Fransadan olan həmsədrlər sıx şəkildə əlaqədədirlər. Onlar artıq Ermənistan və Azərbaycan liderləri, xarici işlər nazirləri ilə görüşüblər, yeni təmaslar hazırlanır" - Rusiya XİN rəhbəri bildirib.

Lavrov vurğulayıb vurğulayıb ki, Ermənistanda yeni hökumət bu yaxınlarda qurulub: "Təbii ki, bu mərhələdə prosesləri nə qədər dərin inkişaf etdirmək, nə qədər intensivləşdirməyi anlamaq üçün əlavə bir qədər də vaxt lazım olacaq" .

O əlavə edib ki, Minsk Qrupunun həmsədrləri və ATƏT yalnız Azərbaycan və Ermənistan tərəfi arasında dialoq üçün şəraitin yaradılmasına kömək edə bilər: "Qərarlar tərəflər arasında birbaşa danışıqlar əsasında, birbaşa görüşlər zamanı qəbul edilməlidir".

7186
Teqlər:
Ermənistan, Azərbaycan, Sergey Lavrov, Rusiya, ATƏT-in Minsk Qrupu
Əlaqədar
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması artıq reallıq olur
Ermənistan Qarabağ danışıqlarından nə istədiyini açıqladı
Münhendə Qarabağdan danışdılar