Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan

Münhendə Qarabağdan danışdılar

133
(Yenilənib 16:09 16.02.2019)
Zöhrab Mnatsakanyan Ermənistanın mövqeyini açıqlayıb

BAKI, 16 fevral — Sputnik. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan və Böyük Britaniyanın Avropa və Amerika İşləri üzrə dövlət naziri Alan Dunkan arasında Münhendə görüş olub. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, Mnatsakanyan həmkarının xahişi ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Ermənistan rəhbərliyinin yanaşmasını açıqlayıb. Bu zaman o, müharibə ritorikasının və münaqişənin gərginləşməsinə yönələn addımların istisna edilməsinin vacibliyini vurğulayıb.

133