Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın görüşü. Brüssel, 11 iyul 2018-ci il

Ermənistan Qarabağ danışıqlarından istədiyini açıqladı

313
(Yenilənib 19:54 11.02.2019)
Yaxın vaxtlarda XİN rəhbərləri səviyyəsində baş tutacaq görüşdə ən yüksək səviyyədə danışıqlar məsələsinə aydınlıq gətiriləcək

BAKI, 11 fevral — Sputnik. Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sənədə dair Ermənistan və Azərbaycan liderləri arasında heç bir razılaşma yoxdur. Bunu Sputnik Ermənistan radiosuna müsahibəsində Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan bildirib.

Erməni mətbuatı yazır ki, son zamanlar KİV-də Qarabağ üzrə sənədin razılaşdırılması, hazırlanması, imzalanması, həmçinin Ermənistan və Azərbaycan liderlərinin rəsmi görüşünün təşkilinə dair hazırlıqla bağlı şayiələr gəzir. Bu məqsədlə hətta hər iki ölkənin cəmiyyətinin sülhə hazırlanmasına dair bəyanatlar səsləndirilir.

Bu arada Karapetyan onda tərəflərin liderlər səviyyəsində görüşü razılaşadırılmasına dair məlumatın olmadığını bildirib.

"Hesab edirəm ki, yaxın vaxtlarda XİN rəhbərləri səviyyəsində baş tutacaq görüşdə ən yüksək səviyyədə danışıqlar məsələsinə aydınlıq gətiriləcək" - deyə Karapetyan qeyd edib.

Qeyd edək ki, yanvarın 16-da Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında görüş olub. Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edib.

313

Daha bir atəş nöqtəsi məhv edildi

111
Tovuz istiqamətində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrini arasında intensiv atışma davam edir.

Tovuz rayonu istiqamətində mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutan düşmən bölmələrinin digər uzunmüddətli atəş nöqtəsi də bölmələrimiz tərəfindən yerləyeksan edilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

111

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

1257
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman hərbçimiz, general-mayor Həşimov Poladın nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

General-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmanca şəhid olub. Onun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. Məmləkətinə onunla vidalaşmaq imkanı yaradılıb.

Qeyd edək ki, şəhidimiz sabah paytaxtdakı İkinci Fəxri Xiyabanda son mənzilə yola salınacaq.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

1257

Tovuz atəş altında: yerli sakinlər öz evlərini tərk etmək fikrində deyillər

1
(Yenilənib 13:59 15.07.2020)
Artıq bir neçə gündür ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət gərginləşib. Sputnik Azərbaycan-ın bölgə müxbiri ən çox atəşə məruz qalan Dondar Quşçu kəndinə baş çəkməyə müvəffəq olub.

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğulardan atəşə tutub. Bir neçə mərmi və onların qəlpələri dinc sakinlərin evlərinə düşüb. Hal-hazırda vəziyyət sakitdir, amma dinc əhalinin təsərrüfatına zərər dəyib. Xoşbəxtlikdən, yaralanan yoxdur.

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfin itki verdiyi bildirilir. Hazırda Tovuz rayonu istiqamətində nisbi sakitlikdir.

Dondar Quşçu kəndindəki atmosferi və yerli sakinlərin öz torpaqlarını necə qorumağa hazır olduqlarını videomuzda izləyin.

1