Mariya Zaxarova

Rusiya Qarabağla bağlı üçtərəfli görüşün anonsunu verdi

51
(Yenilənib 20:45 07.02.2019)
Rusiya Xarici İşlər Nazirliyinin sözçüşü Mariya Zaxarova vacib görüşdən danışdı

BAKI, 7 fevral — Sputnik. "Almaniyanın Münhen şəhərində keçirilməsi planlaşdırılan Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın üçtərəfli görüşünə hazırlıq görülür".

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüşü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Orta Asiyaya səfəri yenicə başa çatıb: "Hazırda üçtərəfli görüşə detallı şəkildə hazırlıq gedir. Görüşdən əvvəl sizə ətraflı məlumat verəcəyik" - deyə o bildirib.

51