QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Yerevanda böyük çaşqınlıq: Dağlıq Qarabağ üzrə mövqelər əldən gedir

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidYerevan
Yerevan - Sputnik Azərbaycan
Abunə olmaq
"Təcili vəziyyəti dəyişmək lazımdır, əks halda Ermənistan rəhbərliyinin təcrübəsizliyi ciddi nəticələrə səbəb olacaq"

BAKI, 4 fevral — Sputnik. "Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Ermənistana səfəri digər məsələlərlə yanaşı, həmçinin Ermənistanın Qarabağla bağlı heç də aydın olmayan mövqeyini öyrənmək məqsədi daşıyıb". Bunu Sputnik Ermənistan-a açıqlamasında politoloq Ervand Bozoyan deyib. 

Con Bolton - Sputnik Azərbaycan
TƏHLİL
Qarabağla bağlı sülhə nələr mane olur?

"Karasinin səfəri daha çox qeyri-formal xarakter daşıyırdı. Davosda görüşdən sonra (İlham Əliyevlə – red) və Nikol Paşinyanın Con Boltonla danışmasından sonra hər hansı bir prosesinin getməsi təəssüratı yaranıb. Erməni cəmiyyəti də daxil olmaqla, bir çoxlarında narahatlıq var idi. Rusiyada isə Qarabağ münaqişəsinin nizamlanmasına dair təşəbbüsü ABŞ-ın üzərinə götürməsinə dair narahatlıq yaranıb" - deyə Bozoyan qeyd edib.

Onun sözlərinə görə, Rusiya yaxın perspektivdə nəyi gözləməli olduğunu, danışıqlar prosesi çərçivəsində Ermənistanın mövqeyinin nədən ibarət olduğunu anlamaq istəyir: "Paşinyanın "sülh qarşılığında ərazi formulu" üzrə danışıqlar aparmamasına dair bəyanatı Azərbaycanı ciddi şəkildə təəccübləndirib. Həm Azərbaycan, həm də Ermənistanın ekspert dairələrində nələrin baş verməsinə dair təsəvvür yoxdur. Hazırda kifayət qədər ziddiyyətli proses gedir, danışıqların əsaslandığı prinsiplər aydın deyil. Erməni rəhbərliyi Madrid prinsiplərini dəyərləndirməkdən yayınır, lakin digər bazis də göstərmirlər".

Bozoyan xatırladıb ki, Ermənistan tərəfi Dağlıq Qarabağ adından danışıqlar aparmayacağını bildirirdi: "Lakin XİN rəhbərləri 4 dəfə görüşüb. Onlar nədən danışıblar? Hava haqqında danışdıqlarını düşünmürəm. ATƏT-in Minsk qrupunun həmsədrlərinə gəldikdə isə, hər bir həmsədr ölkə əsas vasitəçi missiyanı öz üzərinə götürmək istəyib. Vaşinqton, Paris və Moskva daim bu məsələ də bir-birini əvəzləyib".

"Ermənistanda hakimiyyət dəyişdikdən sonra "Bolton modeli" formalaşdı. O, regiona səfərindən sonra münaqişənin tezliklə həllinin vacibliyini vurğulayaraq danışıqlar prosesində aktiv şəkildə iştirak etməyə başladı. Bu mərhələdə ABŞ-ın aktivliyi Rusiyada narahatlıq yaratdı. Lakin nə Moskva, nə də Vaşinqton Yerevanın mövqeyini anlayır ki, Ermənistanın güzəştlər məsələsində "qırmızı xətti" hansıdır" - deyə politoloq vurğulayıb.

Ekspert qeyd edib ki, bu reallıq Ermənistanın danışıqlar prosesində "fundamental üstünlüyünü" itirməsinə gətirib çıxarır: "Bu prosesin davam etməsi həmsədrlər üçün Yerevan və Bakını bərabərləşdirəcək. Lakin əvvəllər ilk növbədə güzəştlər Azərbaycan tərəfindən gözlənilirdi. Bu, həm Kazanda, həm Madriddə, həm də Ki-Uestdə belə olub".

Bozoyanın sözlərinə görə, təcili vəziyyəti dəyişmək lazımdır, əks halda Ermənistan rəhbərliyinin təcrübəsizliyi ciddi nəticələrə səbəb olacaq.

Xəbər lenti
0