Qanlı kaha kitabının təqdimat mərasimi

"Qanlı kaha" üzə çıxdı

249
(Yenilənib 14:51 25.01.2019)
Kitab həmin hadisələri gözləri ilə görmüş və məşəqqətləri yaşamış şahidlərin xatirələri əsasında qələmə alınıb

BAKI, 25 yanvar — Sputnik. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin təşkilatçılığı ilə tanınmış jurnalist Elxan Salahovun yenicə çapdan çıxmış "Qanlı kaha" kitabının təqdimat mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri, məcburi köçkünlər iştirak ediblər.

"Qanlı kaha" kitabı 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin yurd-yuvasını tərk etməyən, 4 ay ərzində kahalara sığınmış 76 sakininin mühasirə həyatından bəhs edir.

Sənədli-publisistik povestdə işğal zamanı dağlara çəkilərək kahalara (mağaralara) sığınan və tez-tez mövqeyini dəyişmək məcburiyyətində qalan dinc sakinlərin ağır və dözülməz mühasirə günləri, erməni quldurlarının törətdiyi dəhşətli qətliamlar, vandalizm hərəkətləri əksini tapır.

Qanlı kaha kitabının təqdimat mərasimi
© Sputnik / Murad Orujov
"Qanlı kaha" kitabının təqdimat mərasimi

Kitab həmin hadisələri gözləri ilə görmüş və məşəqqətləri yaşamış şahidlərin xatirələri əsasında qələmə alınıb.

249
Teqlər:
erməni, işgəncə, kitab
Əlaqədar
Ermənistan Silahlı Qüvvələrinin Zəngilanı işğal etməsindən 25 il ötür
Müdafiə naziri işğaldan azad edilmiş ərazilərə yollanıb
Okeanın o tayında tarixi qətnamə: İşğal altındakı torpaqlar Azərbaycana qaytarılsın
 Daşqın Səfiyev (sağda) və Orxan Səfiyev (solda)

Bir xatirə qaldı səndən, gözümdə yaş, saçımda dən...

55
(Yenilənib 15:35 29.11.2020)
Əslən Kəlbəcər rayonundan olan qardaşlar Kəlbəcərin azad edilməsini, Kəlbəcəri azad etməyi çox arzulayırdılar.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 29 noyabr — Sputnik. "Ürəyi Vətən sevgisi ilə döyünürdü. Sənə qurban olum, Daşqın haqqında danışsam, gərək sən oturub məni illərlə dinləyəsən..."

Belə başlayır söhbətə Laçında şəhid olan Daşqın Səfiyevin qardaşı Orxan.

Orxanla Daşqın Gəncədə, valideynləri isə Samux rayonunda yaşayırmışlar. Daşqın da elə Samuxda dəfn edilir.

Daşqın Səfiyev 1989-cu il avqustun 22-də anadan olub: "Daşqınla ağlımız kəsəndən bütün işlərimiz bir olub. Onun ən yaxını mən, mənim də ən yaxınım Daşqın idi. Gəncə şəhərində yaşayırıq. Mən hərbçi idim. Daşqın hər zaman bütün hərbçilərlə, şəhidlərlə fəxr etdiyini deyirdi. Ən böyük arzumuz Qarabağ uğrunda döyüşmək, torpağımızı düşmən işğalından azad etmək idi".

Əslən Kəlbəcər rayonundan olan qardaşlar Kəlbəcərin azad edilməsini, Kəlbəcəri azad etməyi çox arzulayırdılar.

© Photo : Courtesy of Orkhan Safiyev
Şəhid Daşqın Səfiyev

Bu səbəbdən Tovuzda döyüşlər başlayanda Daşqın könüllü olaraq döyüşmək üçün müraciət etmişdi. Tez-tez Tovuza əsgərlər üçün yardım aparan Daşqın onların sıralarında olmaq üçün çalışırdı.

"Mənə deyirdi ki, özünü qoru. Deyirdi ki, "qaqa, özünü qoru mənim üçün. Axı bizim sözümüz var - sən olmasan, mən olmaram. Hər gün ordu sıralarına qoşulmaq üçün hərbi komissarlığa gedirdi. Və sonda arzusuna çatdı, onu qəbul etdilər. Gözüm dolmuşdu onu yola salanda. Dedi, niyə gözün dolur? Şəhid qardaşı olacaqsan. Mən gedəcəm, arxanda yüzlərlə insan olacaq. Qucaqlaşdıq, görüşdük. Getdi..." - deyə Orxan danışır.

Qardaşlar ara-sıra danışır, düşmənlə savaşda qazanacaqlarına inanırdılar. Ancaq Orxanın ürəyi narahat idi. Sanki nəsə olacaqmış kimi hiss edirdi. Fikirlərini dağıtmaq istəsə də alınmırdı.

Daşqın şəhid olmamışdan iki gün öncə yenə danışırlar. Daşqın problem olmadığını, səhhətinin yaxşı olduğunu deyir: "Ayın 5-i axşam belim tutdu. Tərpənə bilmirdim. Elə düşünürdüm ki, soyuq olub. Ağlıma da gəlmədi ki, Allah hər şeyimi alıb, Daşqınımı itirmişəm".

Bir müddət sonra qara xəbərini aldım. Heç nə gözümə görünmürdü. Gedib cənazəni gətirdim. Dünyam qaralmışdı. Özü getdi cənnətə, məni cəhənnəmdə buraxdı. Arzularımız gözümüzdə qaldı. Kəlbəcər düşmən işğalından azad edildi, amma Daşqınım yoxdur".

  • Şəhid Daşqın Səfiyev və qardaşı Orxan Səfiyev
    © Photo : Courtesy of Orkhan Safiyev
  • Şəhid Daşqın Səfiyev
    © Photo : Courtesy of Orkhan Safiyev
  • Səfiyevlər ailəsi
    © Photo : Courtesy of Orkhan Safiyev
1 / 3
© Photo : Courtesy of Orkhan Safiyev
Şəhid Daşqın Səfiyev və qardaşı Orxan Səfiyev

Orxan Səfiyevin sözlərinə görə, sonradan Daşqınla birgə döyüşən əsgərlədən biri Daşqın haqqında danışanda deyirmiş ki, "sıralarımızda kəlbəcərli Daşqın vardı. Elə döyüşürdü ki, ermənilərin postunu təkbaşına təmizləmişdi. Ayağından vurulsa da, diz üstə düşsə də, dayanmayıb gedirdi ermənin üzərinə. Sonra ağır silahla vurdular onu, dünyasını dəyişdi". "Mən bu sözləri eşidəndə qürur hissi ilə yanaşı, bir ağrı da yaşayırdım. Daşqınım həyatda yoxdur, təkəm", - deyə Orxan qeyd edir.

Hər zaman Daşqınla planlar quran Orxan ondan sonra necə yaşayacağını bilmir.

Daşqının şəhid olması Orxanın da həyatını alt-üst edib... İndi o, qardaşının xatirələri ilə təsəlli tapır...

55
Teqlər:
xatirə, itki, qardaş, şəhid, Kəlbəcər, Qarabağ

Dağıdılsa da doğmadır, qəbulumuzdur: azad olunmuş Füzulidən yeni kadrlar - FOTO

22
(Yenilənib 14:36 29.11.2020)
Müzəffər Azərbaycan Ordusu Füzulini çoxillik erməni işğalından azad edib. Şəhərdə, demək olar ki, salamat bina qalmayıb

Füzuli Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində 2020-ci il oktyabrın 17-də Ermənistan hərbi qüvvələrindən təmizlənib. 27 il ərzində ermənilərin Füzulini nə hala saldığıını Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərsiniz.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

22
  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə "Araz" qəzetinin redaksiyasının dağıdılmış binası üstündə Azərbaycan bayrağı.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar. Mərkəzdə - Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin binası.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə qəbiristanlıqda muğam ifaçısı Ağabala Abdullayevin sınıdırılmış büstü.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə azərbaycanlıların qəbiristanlığı.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə ağacda çəkmələr.

  • © Sputnik / Aleksey Kudenko

    Füzuli bulağı.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağılmış binanın qarşısında yanmış avtomobil.

  • © Sputnik / Алексей Куденко

    Azərbaycan polisi "Araz" qəzetinin redaksiyası olan dağılmış binanın yanında.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış binalar.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağılmış bina.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə yolda Azərbaycan polisi.

  • © Sputnik / Aleksey Kudenko

    Füzulidə dağıdılmış yanğından mühafizə bölməsinin binası.

: Yaponiyada qoruyucu maskada olan insanlar

İnsana hörmət: COVID-ə görə təmassız lift yaratdılar

0
(Yenilənib 17:58 29.11.2020)
Ötən həftədən etibarən Yaponiyada yoluxma üzrə antirekordlar bir-birini əvəzləyir. Bazar günü bu ölkədə sutka ərzindən 2058 nəfərdə COVID-19-a yoluxma aşkarlanıb

BAKI, 29 noyabr - Sputnik. Yaponiyanın Hitachi Ltd. və Mitsubishi Electric şirkətləri koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün təmassız lift modelləri təqdim ediblər.

Sputnik Azərbaycan bildirir ki, NHK telekanalının məlumatına görə, yeni Hitachi modelində liftin çağırılması, yaxud da hansısa mərtəbəyə qalxması üçün düymələrə gərək yoxdur. Bunun üçün LİNE ani mesajlaşma tətbiqindən, yaxud liftin kabinəsinin böyründə həkk olunmuş xüsusi QR-şifrənin skanından istifadə etmək olar. İstənilən mərtəbənin seçimini insan öz smartfonu vasitəsilə idarə edir, buna görə də hansısa düyməyə basmağa gərək qalmır.

Mitsubishi Electric-in lifti isə avtomatik olaraq gəlir və adamı lazımi mərtəbəyə qaldırır, ancaq bunun üçün öncədən sistemə smartfon üçün olan tətbiq vasitəsilə həmin adam haqda məlumatlar daxil edilməlidir.

Ötən həftədən etibarən Yaponiyada yoluxma üzrə antirekordlar bir-birini əvəzləyir. Bazar günü bu ölkədə sutka ərzindən 2058 nəfərdə COVID-19-a yoluxma aşkarlanıb, 10 nəfər dünyasını dəyişib. Epidemiya başlayandan Yaponiyada 148272 nəfər yoluxub, bunlardan 2133 nəfər dünyasını dəyişib. 122550 nəfər isə sağala bilib.

0
Teqlər:
kontaktsız, lift, risk, yoluxma, Yaponiya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla