Ermənistanın baş naziri Nikol Paşinyan

Paşinyan Əliyevlə görüşdən əvvəl kiminlə telefonla danışıb?

205
(Yenilənib 11:10 25.01.2019)
Baş nazir ölkənin birinci prezidenti ilə məsləhətləşib

BAKI, 25 yanvar — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən əvvəl ölkənin birinci prezidenti olmuş Levon Ter-Petrosyanla görüşüb. Bu barədə Sputnik Ermənistan "Past" nəşrinə istinadən xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Nəşr yazır ki, hər iki ölkənin lideri Davosda təsadüfən görüşməyib. Onların görüşü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya) Stefan Viskonti (Fransa), Endrü Sxoferin (ABŞ) vasitəçiliyi ilə Fransanın paytaxtı Paris şəhərində baş tutan görüş zamanı müzakirə olunub və planlaşdırılıb.

Məqalədə qeyd olunur ki, Paşinyan Əliyevlə görüşdən öncə məsləhətləşmək üçün Ermənistanın birinci prezidenti ilə telefonla danışıb.

Diqqətə çatdıraq ki, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qeyri-rəsmi görüş keçirib.

205
Teqlər:
görüş, prezident, İlham Əliyev, Nikol Paşinyan, baş nazir, Ermənistan
Əlaqədar
Paşinyan üçün SOS: Ermənistanda "sarı jiletlilər" hərəkatı başlayır
Paşinyan və Əliyev iyunda sülh müqaviləsi imzalayacaq- İDDİA
Politoloq İlham Əliyevlə Nikol Paşinyanın görüşünü şərh edir