Флаг у штаб-квартиры ООН в Нью-Йорке, фото из архива

Azərbaycan tərəfi BMT-nin baş katibinə etiraz edib

318
(Yenilənib 13:34 30.12.2018)

BAKI, 30 dekabr - Sputnik. Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Yaşar Əliyev Ermənistan Respublikasının ölkəmizin Konstitusiyası, BMT nizamnaməsi, beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobudcasına pozaraq, Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qondarma qurum adından BMT çərçivəsində kağızların yayılmasına qarşı BMT-nin baş katibi Antonio Quterreşə etiraz məktubu ünvanlayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məktubda Ermənistanın hərbi gücdən istifadə edərək Azərbaycan ərazilərini, o cümlədən Dağlıq Qarabağvə ətraf yeddi rayonu işğal etdiyi və bu ərazilərdə bütün qeyri-ermənilərə qarşı etnik təmizləmə həyata keçirərək irqçi azlıq rejimi yaratdığı qeyd olunur. Ermənistanın başladığı müharibə nəticəsində on minlərlə azərbaycanlının həyatına son qoyulduğu, şəhərlərin, qəsəbələrin, kəndlərin darmadağın edildiyi, bir milyondan çox azərbaycanlının doğma torpaqlarından və mülklərindən zorla qovulduğu və minlərlə insanın münaqişə ilə əlaqədar itkin düşdüyü vurğulanır.

Məktubda qeyd olunur ki, Ermənistan qanunsuz rejimi təbliğ etməklə danılmaz faktları təkzib etməyə və məsuliyyətdən boyun qaçırmağa çalışır, BMT üzvlüyündən sui-istifadə edərək beynəlxalq ictimaiyyəti çirkin saxtalaşdırma yolu ilə yanıldır və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə qarşı etinadsızlığı nümayiş etdirir.

Ermənistanın bu hərəkəti onun münaqişənin sülh yolu ilə həllinin konstruktiv axtarışından uzaq olduğunu nümayiş etdirir. Ermənistanın bəyan etdiyi öhdəlikləri ilə onun əməlləri münaqişənin siyasi həlli məqsədi baxımından hər zaman ziddiyyət təşkil edib.

Vurğulanır ki, Ermənistanın BMT və digər beynəlxalq təşkilatlarda qanunsuz rejim adından yaydığı kağızlar boş və dəyərsizdir və onlar elə əvvəlindən rədd edilməli və nəzərə alınmamalıdır.

Məktubda həmçinin Azərbaycan ərazilərinin işğalını pisləyən, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət edən, Dağlıq Qarabağı Azərbaycan Respublikasının tərkib hissəsi kimi təsdiq edən və işğalçı qüvvələrin işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edilir. ATƏT-in Minsk Qrupunun 9 ölkəsi tərəfindən təsdiqlənmiş 1993-cü ilin 4 noyabr tarixli bəyannaməsinin, xüsusilə “güc vasitəsilə torpağın zəbt edilməsi qəbul edilə bilməz və ərazilərin işğalı beynəlxalq tanınma əldə etmək üçün və ya hüquqi statusun dəyişdirilməsi üçün istifadə oluna bilməz” fikrinə istinad öz əksini tapır. Eləcə də, Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin qanunsuz işğalı və bu ərazilərdə hərbi mövcudluğu məsuliyyətinin təsdiq olunduğu Avropa İnsan Haqları Məhkəməsinin Böyük palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ilin 16 iyun tarixli qərarı xatırladılır.

Məktubda qeyd olunur ki, Ermənistanın Azərbaycanın beynəlxalq tanınmış ərazilərini, yəni Dağlıq Qarabağ və işğal olunmuş digər əraziləri müxtəlif saxta adlarla təqdim etmək cəhdləri düzgün deyil, çünki bu beynəlxalq hüququn, Azərbaycan Konstitusiyası və qanunvericiliyinin, eləcə də Birləşmiş Millətlər çərçivəsində coğrafi adların beynəlxalq standartlaşdırılması prinsipləri və prosedurlarını açıq şəkildə pozur. Ermənistanın bu kimi cəhdləri açıq şəkildə işğal olunmuş ərazilərdən Azərbaycan tarixi və mədəniyyətinin izlərinin silinməsi və tarixin saxtalaşdırılması məqsədini güdür.

Azərbaycanın BMT yanında Nümayəndəliyinin başçısı məktubunun sonunda vurğulayır ki,Ermənistanın anneksionist və müstəmləkəçi siyasətinin uğurlu olmaq şansı yoxdur. Dağlıq Qarabağ hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və bu belə də qalacaq. Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılması, onun silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması, Azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri dönməsi təmin olunacağı təqdirdə sülh, təhlükəsizlik və sabitliyə nail olmaq mümkündür.

Məktub BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılacaq.

318
Teqlər:
Dağlıq Qarabağ problemi, Dağlıq Qarabağ, Antonio Quterreş, BMT
Əlaqədar
Professor: “Qarabağ münaqişəsinin həlli üçün daha 30 il lazım ola bilər”
Rəsmi Moskva: Gələn il Qarabağ münaqişəsinin həlli üçün bacardığımız hər şeyi edəcəyik
Gələn il Qarabağ danışıqları üçün nə vəd edir - Politoloq şərhi
Putin-Paşinyan görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmayıb
Azərbaycan bayrağı, arxiv şəkli

İşğaldan azad edilmiş ərazilərdə məsələlərə mərkəzləşdirilmiş qurum baxacaq

2
(Yenilənib 16:58 24.11.2020)
Qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılır.

BAKI, 24 noyabr - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 2020-ci il noyabrın 10-da imzaladıqları Bəyanatda nəzərdə tutulmuş müddəaların icrasından irəli gələn, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Əlaqələndirmə Qərargahı (bundan sonra – Qərargah) yaradılıb.

Qərargahın rəhbəri

Dağıdılmış Ağdama mənzərə
© Official website of President of Azerbaijan Republic

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Qərargahın üzvləri

Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri 

Şahmar Mövsümov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Elçin Əmirbəyov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Kamran Əliyev – Azərbayan Respublikasının Baş prokuroru

Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri

Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Fikrət Məmmədov – Azərbaycan Respublikasının ədliyyə naziri

Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

İnam Kərimov – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Zakir Həsənov – Azərbaycan Respublikasının müdafiə naziri

Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

Emin Əmrullayev – Azərbaycan Respublikasının təhsil naziri

Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Elçin Quliyev – Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi

Əli Nağıyev – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Orxan Sultanov – Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi

Anar Kərimov – Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini

Rəşad Nəbiyev – “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri

Qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılır.

2
Teqlər:
işğaldan azad edilmiş ərazilər, Azərbaycan
Rusiya Prezidenti Vladimir Putin

Putin Qarabağda Bakı Yerevana sərf edən nizamlanma barədə

23
"Bütün bunlar çoxdan mövcud olan münaqişənin uzunmüddətli və tamformatlı ədalətli əsas üzərində əz azərbaycanlı və erməni xalqlarının maraqları nəzərə alınmaqla nizamlanmanın mümkünlüyü üçün zəmin yaradır"

BAKI, 24 noyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, hazırda Qarabağda Bakı və Yerevanın maraqları nəzərə alınmaqla nizamlanmanın mümkünlüyü üçün zəmin yaradılır. 

"Həmçinin Rusiyanın humanitar reaksiya mərkəzi öz işinə başlayır. Mərkəz dağıntılara məruz qalmış rayonların yardımla, infrastrukturun bərpası, normal dinc həyat üçün şəraitin yaradılması ilə məşğul olacaq. Bu səylərdə müvafiq beynəlxalq təşkilatların əhəmiyyətli iştirakına ümid edirik. Düşünürük ki, bütün bunlar çoxdan mövcud olan münaqişənin uzunmüddətli və tamformatlı ədalətli əsas üzərində əz azərbaycanlı və erməni xalqlarının maraqları nəzərə alınmaqla nizamlanmanın mümkünlüyü üçün zəmin yaradır", - RF lideri bildirib.

23