Pulemyot atəşi

Ermənistan silahlı bölmələrinin Ağdamı atəşə tutması nəticəsində dinc sakin yaralanıb

68
Qadın yaxınları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

BAKI, 27 dekabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun işğal altında olan ərazilərdən üzbəüz mövqedə yerləşən Mirəşelli kəndini bir neçə dəfə atəşə tutublar.

"Report"un məlumatına görə, nəticədə Bakıdan rayona yaxınının məzarını ziyarət etməyə gedən rayonun Baş Qərvənd kənd sakini, 73 yaşlı Dilşad Allahverdiyeva qulaq nahiyəsindən bir güllə yarası alıb.

Qadın yaxınları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. D.Allahverdiyev tibbi yardım aldıqdan sonra evə buraxılıb.

68