QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistana silah satışı xəbəri təkzib olundu: "Azərbaycanla aramızı vurmağa çalışırlar"

© AP Photo / Jeff RobersonSilah satışı, arxiv şəkli
Silah satışı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
BACCİ həmsədri: Bolqarıstanın Ermənistana silah satışı barədə informasiyalar əsassızdır

BAKI, 20 dekabr — Sputnik. Son günlər Rusiya mediasına istinadən Azərbaycanın bir sıra internet saytlarında Bolqarıstandan Ermənistana silah ixracatı ilə bağlı məlumatlar yer alıb. Bildirilir ki, Bolqarıstandan Ermənistana iki aydan çoxdur, silahla dolu yüklər göndərilir.

Системы ПВО С-300ВМ - Sputnik Azərbaycan
RUSİYA
Dünyanın ikinci ən böyük silah istehsalçısı məlum oldu

"İrəvan-Burqas-İrəvan marşrutu ilə uçuşlar yerinə yetirən İl-62 nəqliyyat təyyarəsi Bolqarıstandan Ermənistana hər gün 40 ton yük daşıyır. Bu yüklərin arasında 1700 minaatan və 5 min sursat da olub" - deyə xəbərlərdə vurğulanır.

Sputnik Azərbaycan xəbər verir ki, yayılan informasiya ilə bağlı "AzeriDefence" dekabrın 18-də Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının (BACCİ) həmsədri Ramin Əhmədova müraciət edib. Bundan sonra araşdırma aparan Palatanın Bolqarıstan tərəfdən həmsədri Dmitri Bratanov bir gün sonra mövzu ilə bağlı "AzeriDefence"yə rəsmi açıqlama göndərib.

Palata həmsədri bildirib ki, informasiya ilə tanışlıqdan dərhal sonra sektorda fəaliyyət göstərən biznes qurumlarının və Burqasda yerləşən karqo logistiksı ilə məşğul olan operatorların nümayəndələri ilə konsultasiyalar keçirib: "Bu yayılan informasiyalar, yumşaq dillə desək, əsassızdır. Məqalədə yalnız bir doğru informasiya var: Burqas limanının Şərqi Avropa, Afrika və Asiya ölkələrinə silah satışlarında logistik mərkəz (xab) rolunu oynaması. Tək düzgün fikir budur. Burqasdan dünyanın bütün nöqtələrindən olan müştərilərə Avropa ölkələrinin istehsalçılarının silah və xüsusi avadanlıqların çatdırılması həyata keçirilir".

Bratanov qeyd edib ki, cari ilin dekabr ayında göstərilən Burqas-İrəvan təyyarə reysləri tranzit reyslərdir: "Bu reyslərlə Ermənistana Bolqarıstan mənşəli məhsullar göndərilməyib. Burqasdan yalnız nəqliyyat dəhlizi kimi istifadə olunub. Azərbaycan on illərdir Bolqarıstanın strateji partnyorudur və bizim ikitərəfli münasibətlərimiz uzun illərdir etibara, düzgünlüyə və hörmətə əsaslanır".

"Sizin qərb qonşunuz (Ermənistan – red.) belə statusdan istifadə etmir. Ermənistana istisnalarla yalnız bolqar mənşəli ehtiyat hissələr və dəstləşdirici elementlərin çatdırılması olur. Çünki Ermənistan qadağalar siyahısına daxil deyil. Onu da qeyd edim ki, Burqasda bolqar şirkətləri ilə yanaşı, logistik əməliyyatlarla və reeksportla çox sayda Avropa, Amerika, İsrail və başqa ölkələrə aid şirkətlər məşğul olur. Ticarətlə məşğul olan bu şirkətlər nəqliyyat növlərinə olan beynəlxalq tələbləri yerinə yetirirsə, Bolqarıstan tərəfindən qanunvericiliklə sanksiya predmeti tətbiq olunmur" - Palata sədri vurğulayıb.

O, əlavə edib ki, son illərdə Bolqarıstandan Azərbaycana daşımaların həcmi də on dəfələrlə artıb: "Bu gün bəzi qüvvələr Bolqarıstan ilə Azərbaycan arasında münasibətlərə zərər vurmağa çalışırlar. Bolqarıstan 25 ildir beynəlxalq siyasətdə Azərbaycanın ərazi bütövlüyünü və işğal olunmuş torpaqların geri qaytarılmasını qəti şəkildə müdafiə edir".

Xəbər lenti
0