Anar Bağırov

"Avropa Məhkəməsi Şahbaz Quliyev Dilqəm Əsgərovun işinə lazımi diqqət göstərir"

109
(Yenilənib 14:18 12.12.2018)
Anar Bağırov: "Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sənədlər, müraciətlər hər iki tərəfə ünvanlanır"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 12 dekabr — Sputnik. "Şahbaz Quliyev və Dilqəm Əsgərovun işinə dair Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlə bağlı məsələdə kommunikasiya davam edir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. O bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sənədlər, müraciətlər hər iki tərəfə ünvanlanır.

"Bu məsələdə məsuliyyət daşıyan Ermənistandır. Çünki Dağlıq Qarabağı işğal edən məhz onlardır. Artıq bu fakt Avropa Məhkəməsi tərəfindən tanınıb" - sədr vurğulayıb.

"Qarabağdakı qondarma rejim tərəfindən bizim vətəndaşların hüquqları kobudcasına pozulub. Avropa Şurası və Avropa Məhkəməsi də bu məsələyə lazımi diqqəti göstərir" - deyə Bağırov əlavə edib.

Xatırladaq ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

109
Teqlər:
sədr, Anar Bağırov, Vəkillər Kollegiyası, Avropa İnsan Hüquqları Məhkəməsi, Dilqəm Əsgərov, Şahbaz Quliyev
Əlaqədar
BQXK əməkdaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüblər
Dilqəm və Şahbaz erməni diversantlarla dəyişdirilə bilər
Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığı məsələsi ATƏT PA-da qaldırılacaq
Girov Şahbaz Quliyevin ailəsi yardım istəyir