Arsen Baqdasaryan

Arsen Baqdasaryan: “Mənə evimə qayıtmaq üçün kömək edin”

55
(Yenilənib 20:41 28.11.2018)
“Söylədiklərimin hamısı öz fikirlərimdir. Mənə heç kim işgəncə verməyib və bunları deməyə məcbur etməyib”

BAKI, 28 noyabr — Sputnik. Xəbər verildiyi kimi, 1994-cü il təvəllüdlü, 2014-cü il dekabrın 26-da Azərbaycan Respublikasının Ağdam rayonunda qoşunların təmas xəttində təxribata cəhd edərkən saxlanılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 5 may tarixli qətnaməsi ilə 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş erməni hərbi qulluqçu Arsen Eduardoviç Baqdasaryan “hamının-hamıya” prinsipi üzrə azadlığa buraxılması ilə bağlı Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyana müraciət göndərib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı noyabrın 28-də Arsen Baqdasaryan Azərbaycan KİV-lərinin suallarını cavablandırıb. Həmin müsahibəni oxuculara təqdim edirik.

- Bildiyiniz kimi, Azərbaycan bütün hərbi əsirlərin və girovların “hamının-hamıya” prinsipi üzrə dəyişdirilməsi təklifi ilə çıxış edib. Lakin Ermənistan hökuməti nədənsə bunu etmək istəmir. Necə düşünürsünüz, Ermənistan bu humanist prinsipi niyə dəstəkləmir?

- Mən Azərbaycan tərəfinin beynəlxalq təşkilatlar vasitəsilə rəsmi təklif göndərdiyini bilirəm. Bu barədə mənə Azərbaycanın səlahiyyətli orqanları məlumat veriblər. Lakin, təəssüf ki, erməni tərəfi mənim taleyimə biganə yanaşdı. Mənə göndərilən bildirişin mətnini oxuya bilərəm: “Arsen Eduardoviç, biz, Azərbaycan tərəfi beynəlxalq təşkilatlar vasitəsilə Ermənistana bütün hərbi əsirlərin və girovların “hamını-hamıya” prinsipi üzrə azad edilməsi barədə rəsmi təklif göndərmişik. Lakin, təəssüf ki, ordusunda xidmət keçdiyiniz erməni tərəfi Sizin taleyinizə biganə yanaşır”. Axı, mən həyatımın iki il yarımını Qarabağ torpaqları uğrunda müharibəyə vermişəm, hərbçi sözləri ilə söyləsək, azərbaycanlılar üçün “düşmən”, “rəqib” olmuşam və hər an məni öldürə bilərdilər.

- Bizə məlum olduğu kimi, erməni tərəfi digər əsirlərin taleyi ilə də maraqlanır. Məsələn, Nikol Paşinyanın arvadı Anna Akopyan Karen Kazaryanın ailəsinə iki dəfə baş çəkib. Niyə məhz Sizə bu cür biganəlik göstərilir?

- Ona görə ki, digərləri Ermənistan ərazisində doğulublar, mən isə keçmiş DQMV-nin paytaxtı Stepanakertdə - indiki Xankəndidə. Ermənistan üçün qarabağlıların heç bir dəyəri yoxdur, biz onlar üçün “Qarabağ eşşəkləriyik”. Əgər Ermənistan məni bu respublikanın vətəndaşı hesab edirsə, onda erməni tərəfi Azərbaycanın müraciətinə müsbət cavab verməli idi.

- Siz artıq kifayət qədər uzun zamandır ki, buradasınız. Sizin Nikol Paşinyana məktubla müraciət etməyiniz üçün suyu daşıran son damla nə oldu?

- İlk növbədə, əlverişli siyasi mühit. 2016-cı ildən Azərbaycan tərəfi bütün hərbi əsirlərin və girovların “hamını-hamıya” prinsipi üzrə azad edilməsi təşəbbüsü ilə çıxış edir. O zaman “Qarabağ klanına” rəhbərlik edən Serj Sarkisyan hakimiyyətdə idi. Necə deyərlər, həbsxana insanı dözümlülüyə öyrədir və bu səbəbdən mən səbirlə gözləyirdim. İndi, Serj Sarkisyan və komandasının devrildiyi vaxtda, mən səlahiyyətli orqanlara mənə kömək göstərilməsi və Nikol Paşinyana xahişlə müraciət etməyim üçün buraya KİV nümayəndələrinin dəvət edilməsi barədə müraciət etməyə qərar verdim. Əslində, Azərbaycan tərəfi bu müraciəti göndərmək məcburiyyətində deyildi, axı, mən onların - Ermənistanda iyirmi ildən çoxdur təcavüzkar ölkə və humanizm göstərməyən tərəf kimi qələmə verilən Azərbaycanın düşməni idim. Əsl həqiqətdə isə, Azərbaycan tərəfi mənə qarşı humanizm nümayiş etdirir. Bəs erməni tərəfinin humanizmi harada qaldı? Bunu mənə kim izah edə bilər?

- Azərbaycan tərəfinin təşəbbüsünü dəstəkləməsi üçün KİV-lər vasitəsilə Ermənistan rəhbərliyinə nə söyləmək istərdiniz?

- Mən yalnız onu demək istəyirəm ki, əgər Nikol Paşinyan və onun həyat yoldaşı Anna Akopyan həqiqətən də öz xalqının qayğısına qalırlarsa, onda qoy Dilqəm Əsgərovu, Şahbaz Quliyevi və əsgər Elnur Hüseynzadəni azad etsinlər, Azərbaycan isə, öz növbəsində, doğmalarımız və yaxınlarımızla görüşmək üçün bizi sərbəst buraxır. Düşünürəm ki, erməni xalqı ölkə hakimiyyətindən Azərbaycan tərəfinin təşəbbüsünə müsbət cavab verilməsini tələb etməlidir.

- Ermənistanda söz yayılıb ki, guya sizi söylədiklərinizi vərəqdən oxumağa məcbur edirlər. Bununla bağlı nə deyə bilərsiniz?

- Söylədiklərimin hamısı öz fikirlərimdir. Mənə heç kim işgəncə verməyib və bunları deməyə məcbur etməyib. Hətta kameranı da çevirə bilərsiniz ki, divarlarda əvvəlcədən hazırlanmış heç bir mətnin olmadığı aydın görünsün. Görürsünüz, mən hər dəfə üzümü sual verən jurnalistə tərəf tuturam və təkcə kameraya deyil, həm də onun gözlərinə baxıram. Mən diktə altında heç bir söz söyləmirəm.

- Yeri gəlmişkən, qoy bu sual sizin üçün standart səslənməsin. Sizin burada saxlanılma şəraitiniz necədir? Hər hansı xahişiniz varmı?

- Mənim bir tək xahişim var – evimə qayıtmağıma kömək edin! Saxlanılma şəraitimlə bağlı deyə bilərəm ki, heç bir şikayətim yoxdur. Hətta mənə Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə doğmalarımla yazışmaq və “Skype”la danışmaq imkanı verilib. Səhhətimlə bağlı da heç bir problemim yoxdur. Dörd il ərzində, şükürlər olsun, bir dəfə də xəstələnməmişəm. Doğrudur, burada bizə ev yeməkləri vermirlər, amma qidalanma ilə bağlı hər şey normaldır. Hətta bir az kökəlmişəm.

Bundan başqa, mənə kitab oxumağa və sifariş etməyə də icazə verilib. Bu müddət ərzində rus və ingilis dillərində biliklərimi təkmilləşdirmişəm. Hazırda Çin dilini öyrənirəm.

55
Teqlər:
müsahibə, Nikol Paşinyan, müraciət, hərbçi, erməni
Əlaqədar
Parlamentdə "Qarabağa azadlıq" mitinqinə sərt etiraz: "Erməni dəyirmanına su tökürlər"
Azərbaycanda erməni diversantın məhkəməsi başlayıb
Moskva azərbaycanlı və erməni girovların dəyişdirilməsini rəsmən dəstəklədi
Azərbaycanda həbsdə olan erməni hərbçisi Paşinyana müraciət etdi

Həsənqaya yaxınlığında Ermənistan ordusunun mövqeləri darmadağın edilib

227
(Yenilənib 23:24 29.09.2020)
Ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların evakuasiyasını təşkil etmək üçün nəqliyyat vasitələri tapmaqda çətinlik çəkir

BAKI, 29 sentyabr - Sputnik. Azərbaycan Ordusunun artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların evakuasiyasını təşkil etmək üçün nəqliyyat vasitələri tapmaqda çətinlik çəkir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

227
Teqlər:
artilleriya, Həsənqaya, Tərtər, Azərbaycan ordusu, cəbhə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Artilleriya bölmələrimiz Ermənistan ordusuna sarsıdıcı zərbələr endirir - VİDEO
Müdafiə Nazirliyi: Ermənistan ordusunun alay komandiri ağır yaralanıb
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib
Ermənistan ordusunun hərbi hissə komandiri Köçəryan məhv edilib
Müdafiə Nazirliyi: Ermənistan ordusunun polkovniki Karen Babayan məhv edilib
Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Tani, arxiv şəkli

Qətər əmiri Azərbaycan Prezidentinə zəng etdi

31
Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər

BAKI, 29 sentyabr - Sputnik. Bu gün Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Söhbət zamanı iki ölkə arasında ikitərəfli münasibətlərlə bağlı məsələlər müzakirə edilib. Qətər dövlətinin Əmiri və Azərbaycan Respublikasının Prezidenti, eyni zamanda, Ermənistanla Azərbaycan arasında yaranmış gərginliyə dair məsələləri də müzakirə ediblər. Bu baxımdan Qətər dövlətinin Əmiri vəziyyəti sakitləşdirməyə, hər iki ölkənin və xalqın maraqlarının qorunması yolu ilə dialoq və diplomatik vasitələrlə iki ölkə arasında olan mübahisənin həlli üzərində işləməyə çağırıb.

Prezident İlham Əliyev bildirib ki, sentyabrın 27-də Ermənistan növbəti dəfə Azərbaycana qarşı hərbi təxribat törədib. Ermənistanın təmas xətti boyunca yerləşən yaşayış məntəqələrimizi və hərbi birləşmələrimizi ağır artilleriya qurğularından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olub. Azərbaycan ordusu düşmənə layiqli cavab verərək uğurlu əks-hücum əməliyyatları həyata keçirir. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər.

31
Teqlər:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Prezident İlham Əliyev, Əmir, Azərbaycan, Qətər
Əlaqədar
İlham Əliyev: "Azərbaycan öz xalqını, öz insanlarını, öz torpağını müdafiə edir" – VİDEO
İlham Əliyev: "Bu dəfə biz onlara növbəti dərs verəcəyik"
Angela Merkel Prezident İlham Əliyevə zəng edib
İlham Əliyevlə BMT-nin Baş katibi arasında videokonfrans formatında görüş olub
Türkiyə və Azərbaycan bayrağı, arxiv şəkli

"Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" - Türk məşhurlardan dəstək

0
(Yenilənib 23:46 29.09.2020)
Azərbaycan-Ermənistan təmas xəttində bir neçə gündür gedən döyüşlərə Türkiyənin məşhur ulduzları da laqeyd qalmayıblar

BAKI, 29 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Atəş nəticəsində dinc sakinlər əziyyət çəkirlər, infrastruktur məhv edilir. Bir neçə gündür ki, davam edən müharibəyə qardaş Türkiyənin məşhur sənət adamları da dəstək veriblər. Sputnik Azərbaycan xəbər verir ki, onlar şəhidlərimizə rəhmət diləyib, Azərbaycana dəstək olduqlarını vurğulayıblar.

View this post on Instagram

A post shared by SERENSERENGİLTV (@serenserengil) on

Aktyor Oktay Kaynarca paylaşımında "Türkiyə daim Azərbaycanın yanındadır" sözlərini yazıb.

Aktrisa Tuvana Türkay isə paylaşımını "Şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm" sözləri ilə tamamlayıb.

View this post on Instagram

A post shared by 🇹🇷 Mustafa Ceceli (@mustafaceceli) on

Müğənni Ebru Yaşar "Biz bir millət, iki dövlətik. Azərbaycana edilən hücumları qınayıram. Qardaşlarımızın yanındayıq" sözlərini qeyd edib.

Müğənni Mustafa Ceceli isə "Vaxtı gəldi, Allah zəfər nəsib etsin" sözləri ilə dəstək olub.

View this post on Instagram

A post shared by Serdar Ortaç (@serdarsortac) on

Aparıcı Seren Serengil "Dostunuz dostumuz, düşməniniz düşmənimizdir. Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir. Xarakterli dost belə olur. İki dövlət, tək millətik. Bizimlə kimsə dava etməsin, etməyə də cəhd etməsin", - deyə o yazıb.

View this post on Instagram

A post shared by Alişan (@alisanofficial) on

Seda Sayan Mustafa Kamal Atatürkün məşhur "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" kəlamını paylaşıb.

Müğənni Alişan "Hər şey Vətən, Qarabağ, cəbhə, qələbə üçün" deyə vurğulayıb. Bundan başqa, müğənni bu gün öz səhifəsində azərbaycanlı müğənni Azərinin "Çırpınırdı Qara dəniz" mahnısını paylaşıb.

0
Teqlər:
Bir millət, iki dövlət, dəstək, məşhurlar, Türkiyә, Azərbaycan, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Sami Yusuf Azərbaycan Ordusuna dəstək verib
Bakı bayrağımızın rənglərinə boyandı - FOTO
Xarici ölkələrdə yaşayan məşhurlardan Azərbaycana və ordumuza dəstək gəldi
Hacı Zeynalabdin Tağıyevin nəvəsindən Azərbaycana dəstək
Diaspor Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib