QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Vaşinqtondan mühüm Qarabağ bəyanatı: Əliyev-Paşinyan görüşü bizi ilhamlandırdı

© Official website of President of Azerbaijan Republicİlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
"Əminəm ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşü irəliləyişə davam etmək yolundakı fəaliyyətlərə müsbət təsir edəcək"

BAKI, 9 noyabr — Sputnik. "ABŞ Dağlıq Qarabağ problemi də daxil olmaqla, ATƏT bölgəsindəki münaqişələrin, gərginliklərin nizamlanmasını vacib hesab edir. Prezident Donald Tramp son həftələr ərzində özünün milli təhlükəsizlik üzrə müşaviri Con Bolton və dövlət katibinin müavini Corc Kent kimi yüksək vəzifəli nümayəndələri Ermənistan və Azərbaycana göndərib".

Глава внешнеполитического ведомства Ирана Джавад Зариф - Sputnik Azərbaycan
QARABAĞ
Cavad Zərif: “Qarabağ münaqişəsi tezliklə həll edilməlidir”

Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki missiyası rəhbərinin müavini səlahiyyətlərini icra edən Qreqori Makris qurumun Daimi Şurasının iclasında çıxışı zamanı deyib. O bildirib ki, Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığı fikri ilə razıdır.

"Hazırki status-kvo yolverilməzdir. ABŞ münaqişənin Helsinki yekun aktında qeyd olunduğu kimi güc tətbiq etmədən, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratlarını təyinetmə hüququ prinsiplərinə əsaslanan, uzunmüddətli və dinc yolla həlli naminə tərəflərlə qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindədir" — deyə Makris qeyd edib.

O vurğulayıb ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ATƏT-in Minsk qrupunun həmsədrlərinin, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin münaqişənin həlli ilə bağlı səylərini dəstəkləyir.

Amerikalı diplomatın sözlərinə görə, rəsmi Vaşinqton hər iki ölkə rəhbəri və xarici işlər nazirlərinin konstruktiv görüşlərindən ilhamlanıb: "Belə görüşlər bilavasitə və müsbət dividendlər yaradır. Həmsədlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi bildiriblər ki, son iki ayda təmas xətti və münaiqşədən zərər görən ərazilərdə zorakılıq halları azalıb. Tərəflər bu imkandan istifadə etməli və nizamlanmada irəliləyişə nail olmaq üçün yollar axtarmalıdır".

Q.Karis xatırladıb ki, həmsədlər gərginliyin azaldılması və rabitənin yaxşılaşdırılması üçün tərəflərə bir neçə təklif irəli sürüb: "Əminəm ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşü irəliləyişə davam etmək yolundakı fəaliyyətlərə müsbət təsir edəcək".

Xəbər lenti
0