Ağdam rayonunun girişi

Cəbhənin Ağdam istiqamətindən xəbər var

40
(Yenilənib 14:34 31.10.2018)
Monitorinq insidentsiz başa çatıb

BAKI, 31 oktyabr — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 31-də Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

ATƏT-in avtomobiləri təmas xəttində
© Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti

Xatırladaq ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçisi Gennadi Petrika keçirib.

Monitorinq prosesində, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və onun şəxsi köməkçisi Küanti de Rankur, eləcə də Endryu Şofer və onun şəxsi köməkçisi Devid Börnşteyn də iştirak edib.

40
Teqlər:
monitorinq, cəbhə, ATƏT
Əlaqədar
Monitorinq insidentsiz başa çatıb
ATƏT nümayəndələri cəbhə xəttində monitorinq keçirib
ATƏT-in monitorinqi insidentsiz başa çatıb