Ermənistanda kənd

Ermənistan - Azərbaycan sərhədindəki kəndlər boşaldılır - VİDEO

733
(Yenilənib 11:45 31.10.2018)
İnsansız küçələrdə arada gözə dəyən köhnə, nimdaş geyimli, kasıb ermənilərin üzlərində isə miskinlik və çarəsizlik var

BAKI, 31 oktyabr — Sputnik. Ermənistanın sərhəd kəndlərinin son illərdə düşdüyü acınacaqlı vəziyyət əhalinin kütləvi köçü ilə müşayiət olunur. Naxçıvanla həmsərhəd olan kəndlər uzaqdan, sanki xarabalığı xatırladır. Artıq bu kəndləri taleyin ümidinə buraxan Ermənistan hökuməti sanki onları biryolluq unudub.

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ kəndi istiqamətində yerləşən Ermənistanın Arevis kəndi də öz acınacaqlı halı ilə bunu təsdiq edir. Kəndin küçələrindəki cığırları ot basıb. Yolların kələ-kötür, səliqəsiz relyefi ümumiyyətlə, bura uzun illərdir insan ayağının dəymədiyini göstərir.

Təmirsiz binalar, damları uçuq evlər, suya həsrət qalan dağılmış bulaq, yarıuçuq tikililər 21-ci əsrdəki erməni kəndlərinin real simasına çevrilib.

İnsansız küçələrdə arada gözə dəyən köhnə, nimdaş geyimli, kasıb ermənilərin üzlərində isə miskinlik və çarəsizlik var. Cansıxıcı Arevis kəndinin ərazisində dağılmış evlərin sayı abad binalardan dəfələrlə çoxdur.

Sputnik Azərbaycan "Nuhçıxan TV"-yə istinadən Ermənistanın Arevis kəndinin görüntülərini təqdim edir:

733
Teqlər:
kənd, sərhəd, erməni, Ermənistan
Əlaqədar
Erməni tərəfinin təxribatı kənd sakininə ciddi ziyan vurdu
Erməni silahlı bölmələri Ağdamın kəndini atəşə tutub
Ermənilərin azərbaycanlı qızı güllələdiyi kənddən xəbər var
Erməni tərəfi cəbhəyanı kəndlərdə yanğın törətdi

Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edilib - VİDEO

71
(Yenilənib 01:19 30.09.2020)
Erməni işğalçılarının sentyabrın 27-də başladığı təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusu bütün cəbhə boyu hücuma keçib

BAKI, 30 sentyabr - Sputnik. Bu gün cəbhənin Cəbrayıl rayonunu istiqamətində düşmənin döyüş texnikaları bölmələrimiz tərəfindən məhv edilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Erməni işğalçılarının sentyabrın 27-də başladığı təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusu bütün cəbhə boyu hücuma keçib. Sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin azad olunması uğrunda ordumuzun hücumu davam edir. Səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib. Hazırda döyüşlər davam edir. 

Bu gün Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli kəndi istiqamətindən üzbəüz mövqelərimizə basqın etməyə cəhd göstərən Ermənistan ordusunun hərəkətinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb və düşmən geri çəkilməyə məcbur edilib. Geri çəkilərkən məhv edilmiş erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb.

Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan ordusunun 1-ci alayının, 3-cü taborunun komanda-müşahidə məntəqəsi dəqiq atəşlə darmadağın edilib. 

Eçmiədzin rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan, Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan da bu gün məhv ediliblər. Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri polkovnik Artyom Poqosyan isə ağır yaralanıb.

71
Teqlər:
Azərbaycan Ordusu, döyüş texnikası, tank, Cəbrayıl, döyüş, cəbhə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Həsənqaya yaxınlığında Ermənistan ordusunun mövqeləri darmadağın edilib
Müdafiə Nazirliyi: Ermənistan ordusunun alay komandiri ağır yaralanıb
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib
Hadrut istiqamətində Ermənistanın komanda müşahidə məntəqəsi darmadağın edilib
Müdafiə Nazirliyi: Ermənistan ordusunun polkovniki Karen Babayan məhv edilib

Həsənqaya yaxınlığında Ermənistan ordusunun mövqeləri darmadağın edilib

377
(Yenilənib 23:24 29.09.2020)
Ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların evakuasiyasını təşkil etmək üçün nəqliyyat vasitələri tapmaqda çətinlik çəkir

BAKI, 29 sentyabr - Sputnik. Azərbaycan Ordusunun artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların evakuasiyasını təşkil etmək üçün nəqliyyat vasitələri tapmaqda çətinlik çəkir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

377
Teqlər:
artilleriya, Həsənqaya, Tərtər, Azərbaycan ordusu, cəbhə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Artilleriya bölmələrimiz Ermənistan ordusuna sarsıdıcı zərbələr endirir - VİDEO
Müdafiə Nazirliyi: Ermənistan ordusunun alay komandiri ağır yaralanıb
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib
Ermənistan ordusunun hərbi hissə komandiri Köçəryan məhv edilib
Müdafiə Nazirliyi: Ermənistan ordusunun polkovniki Karen Babayan məhv edilib