Elmar Məmmədyarov

"Paşinyan Minsk Qrupunun mandatından xəbərdar olmalıdır"

55
(Yenilənib 15:34 25.10.2018)
Elmar Məmmədyarov: "Münaqişə tərəfləri Ermənistanla Azərbaycandır və danışıqlar bu iki dövlət arasında aparılır"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 oktyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair sonuncu fikirlərinə münasibət bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, Məmmədyarov bu barədə Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumu çərçivəsində jurnalistlərə açıqlma verib. Nazir belə bəyanatların Paşinyan tərəfindən ilk dəfə səsləndirilmədiyini qeyd edib

"Danışıqlar aparanda hazırlıq görülməlidir. Hansısa bəyanat veriləndə həmin şəxs nə dediyini düşünməlidir. Ortada sənədlər var, ATƏT-in Minsk Qrupunun mandatını oxumaq lazımdır. Burada açıq şəkildə yazılıb ki, münaqişədə tərəf Ermənistan və Azərbaycandır və danışıqlar da bu iki dövlət arasında aparılır" - deyə XİN başçısı vurğulayıb.

Qeyd edək ki, Nikol Paşinyan sözügedən bəyanatında Dağlıq Qarabağ separatçılarının danışıqlar masasında tərəf kimi qəbul edilməsi barədə qalmaqallı fikir səsləndirmişdi.

55
Teqlər:
Dağlıq Qarabağ münaqişəsi, Nikol Paşinyan, Ermənistan, Elmar Məmmədyarov
Əlaqədar
Rəsmi Bakıdan Fransaya sərt ismarıc: Nə etmək istədiyinizi anlaya bilmirik
Elmar Məmmədyarov qapalı görüşdən danışdı: "Con Boltondan xahiş etdim ki..."

Ordumuz daha bir neçə kəndi qəsəbəni işğaldan azad edib - Prezident

85
(Yenilənib 20:51 21.10.2020)
Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının bir neçə kəndi və qəsəbəsi Ermənistan silahlı qüvvələrindən təmizlənib

BAKI, 21 oktyabr - Sputnik. Azərbaycan Ordusu daha bir neçə yaşayış məntəqəmizi erməni işğalından azad edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Twitter" səhifəsində bildirib.

"Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Dövlət başçısı Zəngilan rayonunun bəzi kəndlərinin də azad olunduğu xəbərini verib: "Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

85
Teqlər:
Zəngilan, Füzuli, Cəbrayıl, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
XİN: "Ermənistan rəhbərliyi məsuliyyətsiz bəyanatları ilə öz xalqını uçuruma sürükləyir"
Ermənistan döyüşlərə ASALA üzvlərini də cəlb edir
Xudafərin körpüsünün dünyada tanınması ilə bağlı əhəmiyyətli addım atılacaq
Hikmət Hacıyevdən Paşinyana cavab: Münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyirik
Paşinyandan etiraf: Azərbaycan bizim kapitulyasiyamızdan başqa heç nəyə razı deyil
Xankəndi şəhərinə mənzərə, arxiv şəkli

Şərtlə danışmağa çalışan İrəvana alimdən dörd xatırlatma: heç birini yerinə yetirmədiniz

39
(Yenilənib 20:05 21.10.2020)
V.Qafarovun sözlərinə görə, Ermənistan dövləti yaradıldıqdan sonra ermənilər öz üzərlərinə götürdükləri öhdəliklərin heç birini yerinə yetirmədilər.

BAKI, 21 oktyabr — Sputnik. "Ermənilər İrəvanın onlara verilməsi və İrəvan bölgəsində erməni dövlətinin yaradılması müqabilində üzərlərinə götürdükləri öhdəliklərin heç birini yerinə yətirməyiblər".

Bu barədə Sputnik Azərbaycan-a tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov danışıb.

Onun sözlərinə görə, 1918-ci ildə Batumda aparılan Türkiyə, Azərbaycan və erməni danışıqları nəticəsində erməni dövlətinin Osmanlı Dövlətinin yeni sərhədləri ilə Göyçə gölü arasında yaradılması qərarlaşdırılıb:

"Mərkəzi İrəvan şəhəri olmaqla erməni dövləti cəmi 9000 kvadrat kilometrdən ibarət olmalı idi. Erməni dövlətinin yaradılmasına qərar verilən zaman ermənilər öz üzərlərinə bir sıra öhdəliklər götürdülər. Əslində bu öhdəlikləri Türkiyə Ermənistanın üzərinə qoymuşdu. Həmin öhdəliklər Azərbaycan-Ermənistan danışıqlarında müəyyən edilmişdi".

Tarixçi vurğulayır ki, bütövlükdə İrəvan bölgəsində erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi müqabilində ermənilər öz üzərlərinə 4 şərt götürüblər.

Bu şərtlərin birincisi Bakıda olan daşnak qüvvələrin çıxarılması idi. Belə ki, onlar Şaumyanla əlaqəyə girib, Bakıda müsəlman əhalinin təhlükəsizliyini təmin etməli idilər.

İkinci şərt – azərbaycanlılara qarşı olan soyqırım əməllərini, Türkiyə və Azərbaycana qarşı düşmənçiliyi dayandırmalı idilər.

Tarixçi vurğulayır ki, üçüncü şərtə əsasən, İrəvanda və yeni yaradılmış erməni dövlətinin digər ərazilərində qalan müsəlmanların ana dilində təhsil almaq, mədəniyyət, siyasi, dini və digər hüquqlarını təmin etməli idilər: "Dördüncü şərt isə Yelizavetpol quberniyasının dağlıq hissəsinə - konkret Qarabağa olan ərazi iddialarından imtina etməli idilər. Bu dörd şərt çərçivəsində İrəvan ermənilərə verildi. Və İrəvan bölgəsində Ermənistan dövləti yaradıldı. Batum müqaviləsində bu şərtlər təsbit edilmişdi".

V.Qafarovun sözlərinə görə, Ermənistan dövləti yaradıldıqdan sonra ermənilər öz üzərlərinə götürdükləri öhdəliklərin heç birini yerinə yetirmədilər.

39
Teqlər:
tarixçi, tarix, şərt, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Prezident İlham Əliyev: "Biz Böyük Qayıdışın astanasındayıq"
"Qərarlarınızı heçə sayan Ermənistanı mühakimə etməyəcəksinizsə, nəyi edəcəksiniz?!"
İlham Əliyev: İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir
İlham Əliyevdən Ermənistana xəbərdarlıq: "İstənilən yol ilə biz bu torpaqları alacağıq"
Ərdoğan: ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həllini uzatmağa çalışır
Lampa, arxiv şəkli

İşğaldan azad edilən rayonlarda tezliklə öz işığımız yanacaq

0
(Yenilənib 20:15 21.10.2020)
Hazırda “Azərenerji” və “Azərişıq” bütün personalı ilə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin “işə başlayın” əmrini gözləyir

BAKI, 21 oktyabr — Sputnik. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad edilən və ediləcək rayonlarımızda yeni 110 kV-luq sistem əhəmiyyətli yarımstansiyaların tikilməsi və quraşdırılması, ikidövrəli yüksək gərginlikli 110 kV-luq elektrik xətlərinin çəkilməsi ilə bağlı layihələndirmə işini tamamlamaqdadır.

İlkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kV-luq sistem əhəmiyyətli 4 yarımstansiyanın tikilməsi və onların arasında 110 kV-luq elektrik xətlərinin çəkilməsi nəzərdə tutulub. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, paralel olaraq “Azərişıq” ASC-də 35 kV-luq yarımstansiyaların tikilməsi ilə bağlı əlaqəli layihələndirmə işləri aparılır. Tikiləcək yarımstansiya və xətlər üçün avadanlıqlarla təchizat və başqa sahələr üzrə işlər görülür. Yarımstansiyalarda, o cümlədən yüksək gərginlikli xətlərdə işlərin ilkin olaraq sürətlə görülməsi və bundan sonra şəhərsalma işləri aparılan zaman paylayıcı elektrik şəbəkəsinin yaradılması planlaşdırılır. Ümumilikdə isə yuxarıda göstərilən 4 rayondan başqa işğaldan azad ediləcək bütün ərazilərimizdəki rayonların elektrik enerji təchizatının qurulması və mövcudların yenilənməsi üçün layihələndirilmə işləri ən sürətli şəkildə aparılır. Məqsəd işğaldan azad edilən rayon və kəndləri ən qısa vaxtda elektrik enerjisi ilə təmin etməkdir. Beləliklə, işğaldan azad edilən rayonlarımızda tezliklə öz işığımız yanacaq.

Hazırda “Azərenerji” və “Azərişıq” bütün personalı ilə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin “işə başlayın” əmrini gözləyir.

0