Birləşmiş Ştatların Ermənistandakı səfiri Riçard Mills

ABŞ-ın Ermənistandakı səfirindən sensasion bəyanat: "Yerevan güzəştə getməli olacaq"

6030
(Yenilənib 17:46 16.10.2018)
ABŞ-ın Yerevandakı səfiri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu etiraf edib

BAKI, 16 oktyabr — Sputnik. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycan qarşısında kompromisə getməli olacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Birləşmiş Ştatların Ermənistandakı səfiri Riçard Mills "EVN Report"-a müsahibəsində bildirib.

"Mən ilk dəfə bura gələndə ermənilərin böyük əksəriyyətinin danışıqlar prosesinin bir hissəsi kimi işğal olunan ərazilərin qaytarılmasına qəti olaraq qarşı olduğunu görəndə təəccübləndim. Ermənistanda mümkün güzəştlər barədə müzakirələrin aparılmaması məni təəccübləndirir" — deyə amerikalə diplomat bildirib.

O, bəyan edib ki, 2016-ci ilin aprelində Qarabağda vəziyyətin gərginləşməsi "ermənilərin bununla bağlı fikirlərini daha da kəskinləşdirdi": "Lakin reallıq bundan ibarətdir ki, istənilən nizamlanma işğal olunan torpaqların müəyyən hissəsinin geri qaytarılmasını tələb edəcək".

6030
Teqlər:
münaqişə, Dağlıq Qarabağ, Ermənistan, Azərbaycan
Əlaqədar
Qarabağ qazisi vəfat edib
Akopyan istəyinə nail oldu, Qarabağa gedən rusiyalıların adı "qara siyahı"ya düşdü
Trüdo və Paşinyan Qarabağdan danışdılar
Rəsmi Bakı Qarabağa görə Parisə çağırış etdi