Siyavuş Novruzov

"Haqqı olanlar kənarda qalıb, haqqı olmayanlar başqalarının haqqını mənimsəyiblər"

69
(Yenilənib 13:47 16.10.2018)
Siyavuş Novruzov: "Birdəfəlik müavinətin verilməsinin mahiyyəti şəhid ailələrini digər insanlardan fərqləndirməkdir"

BAKI, 16 oktyabr — Sputnik. "Azərbaycanda müharibə və əmək veteranlarına daim diqqət və qayğı göstərilir. Azərbaycana gələn qonaqlar da ölkəmizin bu sahədə təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edirlər. Hərçənd ki, Azərbaycanda müharibə veteralarının sayı digər ölkələrə nisbətən qat-qat çoxdur".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib. O bildirib ki, ölkəmizdə 1970-ci ilə qədər veteranların heç bir statusu yox idi: "Lakin 70-ci ildən sonra, dövlət tam möhkəmləndikdən sonra veteranlarla bağlı addımlar atılmağa başladı".

Azərbaycan prezidenti İlham Əliyev tərəfindən cəsarətli addım atılaraq şəhid ailələrinə birdəfəlik müavinətin verilməsinin çox mühüm qərar olduğunu dilə gətirən S.Novruzov burada maddiyyat məsələsinin şişirdilməsinin əleyhinə olduğunu dilə gətirib.

"Biz burada mənəvi tərəfləri əsas götürməliyik. Bu addımın mahiyyəti şəhid ailələrini digər insanlardan fərqləndirməkdir. Bu, millətin, dövlətin şəhididir. 5 manat az oldu, çox oldu kimi məsələləri dilə gətirmək düzgün deyil. Bu məsələyə şəhid ailəsinin maddi təminatı kimi yanaşmamalıyıq" — deputat vurğulayıb.

Bu yaxınlarda Nazirlər Kabineti tərəfindən veteran statusu almayan şəxslər üçün qaydaların tətbiq edildiyini deyən S.Novruzov əlavə edib ki, vaxtilə haqqı olan insanlar qalıb kənarda, olmayanlar isə digərlərinin haqqını mənimsəyiblər: "Hökumət də buna əsasən bu haqqından məhrum edilənlərin öz haqqından istifadəsi üçün şərait yaradıb".

69
Teqlər:
Siyavuş Novruzov, ailə, şəhid, veteran, əmək, müharibə, Azərbaycan
Əlaqədar
Şəhid ailələri hüquqlarından yararlanmağa başlayıb
Şəhid ailələrinin əsas problemi müzakirəyə çıxarıldı
Şəhid ailələrinin gözlədiyi xəbər gəldi: Prezidentin göstərişi yerinə yetiriləcək
Azərbaycan XİN-in binası, arxiv şəkli

Azərbaycanın müsəlman ölkələrindəki diplomatik nümayəndələrinə xüsusi tapşırıq verildi

22
(Yenilənib 23:05 25.05.2020)
Azərbaycan XİN özünün müsəlman ölkələrində akkreditasiyadan keçmiş diplomatik nümayəndələrinə İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinə dair qətnamələrinin təmin edilməsi məsələlərini nəzarətdə saxlamağı tapşırıb

BAKI, 25 may - Sputnik. Ermənistan Baş naziri aparatının informasiya və ictimaiyyətlə əlaqələr departamentinin məlumatına görə, Nikol Paşinyan bir sıra müsəlman ölkələrinin rəhbərlərinə Ramazan bayramı münasibətilə təbrik məktubları ünvanlayıb.

Bu münasibətlə Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü qeyd edərək, Ermənistanın yüz minlərlə azərbaycanlı müsəlmana qarşı etnik təmizləmə apardığını, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində tarixi-dini abidələri, o cümlədən məscidləri dağıtdığını və talan etdiyini xüsusi vurğulayıb.

Yüz minlərlə müsəlman əhalinin hüquqlarının kobud surətdə pozulması şəraitində Ermənistan hökumətinin islam dininə və onun dəyərlərinə yalançı hörmət izhar etmək cəhdlərini Azərbaycan XİN riyakarlığın və saxtakarlığın ən yüksək həddi adlandırıb.  

Sputnik Azərbaycan diplomatik mənbələrə istinadən xəbər verir ki, Azərbaycan XİN özünün müsəlman ölkələrində akkreditasiyadan keçmiş diplomatik nümayəndələrinə İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinə dair qətnamələrinin təmin edilməsi məsələlərini nəzarətdə saxlamağı tapşırıb.

Məlumdur ki, İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü, bu təcavüz siyasəti nəticəsində Azərbaycanın mədəni və dini irsinə vurulan zərbə, eləcə də ölkəmizin işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti barədə hər il qətnamələr qəbul edir. Bu qətnamələrdə Ermənistandan Azərbaycana qarşı hərbi təcavüzünü dayandırmaq qəti şəkildə tələb edilir.

22
Əlaqədar
Ermənistanın bu addımı azərbaycanlı məcburi köçkünlərə qarşı həqarətdir - Tural Gəncəliyev
Azərbaycan XİN Paşinyanın fikrinə münasibət bildirdi
"Paşinyan islam dininə hörmət etsəydi..."
Pulemyot atəşi, arxiv şəkli

Bizə bayramları haram etməyə and içiblər

13
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub

BAKI, 24 may — Sputnik. Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinadla bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Füzuli rayonunun Qaraxanbəyli, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

13
Əlaqədar
XİN: Ermənistan ilhaqçı siyasətini nümayiş etdirir
Ermənistanın bu addımı azərbaycanlı məcburi köçkünlərə qarşı həqarətdir - Tural Gəncəliyev
İşğalçının sülhdən bəhs etməsi riyakarlığın son həddidir
Qonşularımız arasında nə baş verir? Koronavirus iki ölkəni düşmən edir
 Xəstəxana, arxiv şəkli

Gəncədə yaralanan gənclərdən biri həyatını itirdi

0
Gəncədə avtomobilin quyuya aşması nəticəsində yaralananların şəxsiyyəti məlum olub. Onlardan biri xəstəxanada keçinib

BAKI, 25 may - Sputnik. Gəncədə “VAZ 2106” markalı avtomobilin quyuya düşməsi nəticəsində yaralanan şəxslərdən biri dünyasını dəyişib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Gəncənin Atabəylər prospektində hərəkətdə olan “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında qazılmış 9 metr dərinliyində olan quyuya düşüb. Nəticədə 1985-ci il təvəllüdlü Rəcəbov Fuad Kamran oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elmir Etibar oğlu ağır xəsarətlər alıblar. 

Məlumata görə, Rəcəbov Fuad Kamran oğlu xəstəxanada vəfat edib.

0
Əlaqədar
Bayram günü dəhşətli qəza: Avtomobil iki hissəyə bölündü
Ramazan şirniyyatı qismət olmadı: Mingəçevirdəki qəzanın təfərrüatı
Mingəçevirdə qəzaya düşən uşaqlardan biri Bakıya gətirildi
Gəncədə maşın quyuya düşüb: yaralılar var