Milli Məclisin binası

"Ermənilər onlarla rus ananı gözüyaşlı qoyublar"

61
(Yenilənib 14:30 12.10.2018)
Deputat: "Təəssüf ki, bir qrup rusiyalı qadın Azərbaycanın işğal olunmuş ərazisinə, Dağlıq Qarabağa qanunsuz səfər edib"

BAKI, 12 oktyabr — Sputnik. "Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin sonuncu görüşləri də bunu bir daha göstərir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sevinc Hüseynova deyib. "Amma təəssüflə deməliyəm ki, oktaybrın 7-də bir qrup rusiyalı qadın Azərbaycanın işğal olunmuş ərazisinə, Dağlıq Qarabağa qanunsuz səfər edib. Onların arasında Rusiya Dövlət Dumasının Beynəlxalq komitəsinin sədr müavini Svetlana Jurova da olub. Onlar səfərlərini "sülhlə bağlı" adlandırırlar. Amma bütün dünya ictimaiyyəti bilir ki, Qarabağ müharibəsini Ermənistan və Qarabağdakı erməni separatçıları başlayıblar" — deyə deputat bildirib.

S.Hüseynova Xocalı soyqırımına da toxunub: "Onlara məlum deyilmi ki, ermənilər tərəfindən Xocalı soyqırımında 106 qadın, 63 uşaq qətlə yetirilib? Qarabağ müharibəsi zamanı erməni seperatçıları tərəfindən qətlə yetirilən insanlar arasında yalnız azərbaycanlılar deyil, rus millətinin nümayəndələri də olublar. Bu terrorçu əməlləri ilə ermənilər onlarla rus ananı da gözüyaşlı qoyublar".

"Jurovanın bu aksiyaya qoşulması Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi ölkə kimi mövqeyi və rolu haqqında Azərbaycan ictimaiyyətində xoşagəlməz təsəvvür yarada bilər. Ona görə də mən onları bu qanunsuz səfərlərdən çəkinməyə çağırıram" — deyə millət vəkili vurğulayıb.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Fərəc Quliyev həmkarının toxunduğu məsələnin vacibliyini qeyd edərək, Rusiyadan Dağlıq Qarabağa gələn nümayəndə heyətinin səfəri ilə bağlı parlament tərəfindən müraciət hazırlanmasını təklif edib.

61
Teqlər:
ictimaiyyət, Dağlıq Qarabağ, erməni, Sevinc Hüseynova, qanunsuz səfər, Vladimir Putin, İlham Əliyev, münasibət, Rusiya, Azərbaycan
Əlaqədar
Azərbaycan parlamentində ciddi etiraz: Moskvaya müraciət olunacaq
Milli Məclisin toplantısı başlayıb, bəzi ciddi məsələlər həllini gözləyir
Şuşa, arxiv şəkli

Dünya mediası Dağlıq Qarabağ münaqişəsini necə işıqlandırıb

8
(Yenilənib 23:02 28.10.2020)
Bu barədə aparılmış xüsusi araşdırmanın nəticələrinə görə, Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olsa da, bu ölkənin KİV-ləri açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirir.

BAKI, 28 oktyabr — Sputnik. "LexisNexis" şirkəti RİA Novosti üçün Dağlıq Qarabağdakı vəziyyətin mediada işıqlandırılmasının öyrənilməsinə dair araşdırma aparıb. Araşdırmanın nəticələrinə görə, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiya və ABŞ mediasında balanslı şəkildə işıqlandırılıb, fransız qəzetləri isə ermənipərəst mövqe nümayiş etdirib.

Analitiklər 20 sentyabr - 20 oktyabr tarixləri arasında Qarabağdakı münaqişə ilə bağlı dünya mediasında yer alan xəbərləri araşdırıblar. Məlum olub ki, münaqişə haqqında ən çox Rusiya KİV-ləri yazıb. Bu ölkənin mediasında son bir ayda konfliktlə bağlı 82 mindən çox xəbər yer alıb. Sonrakı yerləri ABŞ (təxminən 27 min), Böyük Britaniya (təxminən 15 min), Almaniya (təxminən 12 900) və Fransa (təxminən 6 min) tutur. Bu siyahıda altıncı yer isə Türkiyəyə məxsusdur (2,2 mindən bir qədər çox).

Araşdırmanın nəticələrinə görə, Dağlıq Qarabağ münaqişəsinə ən az maraq göstərən Qazaxıstan olub. Bu ölkənin mediası bir ay ərzində Qarabağla bağlı cəmi 145 xəbərə yer verib.

© Sputnik / Elnur Salayev
Qarabağ münaqişəsinin xarici mediada işıqlandırılması cədvəli

Tədqiqat müəllifləri bu nəticəyə gəliblər ki, Rusiya KİV-ləri Qarabağdakı münaqişə tərəflərinə qarşı balanslı yanaşma nümayiş etdirir. Eyni zamanda, onların fikrincə, Kreml hələ də Qarabağ ətrafında çoxdan bəri mövcud olan problemi həll etməyə çalışmır, əksinə, münaqişənin dondurulmuş vəziyyəti Moskvanın bölgədəki maraqlarına cavab verir.

O da qeyd olunur ki, Rusiyada dərc olunmuş xəbərlərin əksəriyyəti (91%) bitərəf xarakter daşıyıb.

Rusiya və Fransa kimi ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ mediasında isə Dağlıq Qarabağ münaqişəsi Prezident seçkisi, pandemiya, Sudan və İsrail ətrafındakı vəziyyətlə bağlı xəbərlərin fonundan prioritet mövzu təsiri bağışlamayıb.

Buna baxmayaraq, ölkədə qeydə alınmış çox sayda media qurumu silahlı qarşıdurmaya istinad sayına görə ABŞ-ı şərti reytinqdə ikinci yerə çıxarıb. Ölkədəki ən yüksək reytinqli nəşrlərin ("LexisNexis"ə görə birinci dərəcəli media qurumları) payı isə cəmi 3% təşkil edib.

"Amerika tərəfinin mövqeyi kifayət qədər təmkinlidir. Münaqişənin ilk günlərindən Vaşinqton tərəfləri hərbi əməliyyatları dayandırmağa və sülh danışıqlarını davam etdirməyə çağırıb. Ancaq Rusiya balansı qorumağa çalışdığı halda, ABŞ mediası erməni tərəfinin mövqeyini daha çox əks etdirib. Bununla belə, münaqişənin yerli əhaliyə vurduğu ziyan və Rusiya ilə Türkiyənin bu konfliktlə bağlı mövqelərinə bərabər şəkildə yer ayrılıb", – deyə tədqiqat müəllifləri yazır.

© Sputnik / Elnur Salayev
Ayrı-ayrı ölkələrin medaiasında Azərbaycana qarşı həssaslıq

Amerika mediasında tez-tez Ermənistanla bağlı müsbət (8%) məqalələrə rast gəlindiyi halda, Azərbaycanla bağlı bir dənə də belə məqalə dərc olunmayıb. Münaqişə barədə çıxan xəbərlərin əksəriyyəti isə (təxminən 90%) bitərəf olub.

Hesabat müəllifləri fransız mediasının açıq-aşkar ermənipərəst mövqe tutduğunu bildiriblər. Təhlil olunan media hesabatlarının 42 faizində Azərbaycanın hərəkətləri ilə bağlı mənfi rəy və tənqid öz əksini tapıb. Bu ölkədə Dağlıq Qarabağla bağlı dərc olunmuş media materiallarının 58 faizi bitərəf xəbər kimi təsnif edilə bilər, ancaq Fransa mediasında praktik olaraq Ermənistana qarşı bir cümlə də tənqidi yazı getməyib.

Araşdırma müəlliflərinin fikrincə, Türkiyə mediası Azərbaycan tərəfini dəstəkləyir. Dərc olunmuş məqalələrin 47 faizində bu dəstək hiss olunub.

İngiltərə və Alman mediası münaqişəyə bitərəf yanaşıb. Çin mediası da, həmçinin təmkinli mövqe nümayiş etdirib. Bununla belə, araşdırma müəlliflərinin fikrincə, Çin mediası Rusiya Federasiyası və Türkiyənin münaqişə ilə bağlı əlaqəli fəaliyyətlərinə lazım olduğundan daha çox diqqət yetirilib.

© Sputnik / Elnur Salayev
Ayrı-ayrı ölkələrin medaiasında Ermənistana qarşı həssaslıq

"Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfi – həm Azərbaycan, həm də Ermənistanla həmsərhəd ölkə olan İran hökuməti hərbi konfliktin həllində vasitəçi olmağa hazır olduğunu bildirib. Bu ölkə hər şeydən əvvəl münaqişənin İran cəmiyyətinə yayılmasının qarşısını almağa çalışır. Çünki indi azərbaycanlılar İranın ən nüfuzlu milli azlıqlarından biridir", – deyə hesabatda bildirilir.

İran KİV-lərinin əksəriyyəti bitərəf mövqe nümayiş etdirib. Bu ölkədə çıxan xəbərlərin yalnız 9 faizində Ermənistan, 8 faizində isə Azərbaycan tənqid olunub.

İsrailin bir sıra media orqanları Qarabağdakı münaqişəyə bitərəf müşahidəçi kimi yanaşmağın mümkün olmadığını bildiriblər. Çünki bu ölkə Azərbaycanın strateji müttəfiqidir. Bununla belə, İsraildə dərc olunan qəzetlərin 62-63 faizi münaqişəyə neytral mövqe nümayiş etdirib.

Postsovet dövlətlərinin məsələyə yanaşması da böyük maraq doğurur. Bu məkanda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının ən böyük tərəfdarı kimi Qazaxıstan çıxış edir. Gürcüstan KİV-ləri isə münaqişəyə neytral yanaşaraq, Ermənistanı da, Azərbaycanı da eyni dərəcədə (8 faiz) tənqid edib. Ümumilikdə bu ölkədə münaqişə ilə bağlı dərc olunmuş xəbərlərin 84 faizi bitərəf olub.

Ukrayna KİV-lərində isə Qarabağ tez-tez Donbasla müqayisə olunub. Ukrayna mediası 30 faiz hallarda Ermənistanı tənqid edib. Bu ölkədə dərc olunmuş xəbərlərin 31 faizində isə Azərbaycan dəstəklənib.

8
Qazaxıstan bayrağı, arxiv şəkli

Qazaxıstan səfiri Bərdəyə hücumu pisləyib

6
Azərbaycanın Bərdə rayonunun raket atəşinə məruz qalması və nəticədə dinc sakinlərin həlak olması barədə xəbəri böyük narahatlıq və kədər hissi ilə qarşıladım.

BAKI, 28 oktyabr — Sputnik. Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Ermənistan ordusunun Bərdə şəhərinə hücumunu pisləyib.

Sputnik Azərbaycan xəbər verir ki, bugünkü faciəli hadisələri şərh edən diplomat deyib:

"Azərbaycanın Bərdə rayonunun raket atəşinə məruz qalması və nəticədə dinc sakinlərin həlak olması barədə xəbəri böyük narahatlıq və kədər hissi ilə qarşıladım. Bu cür addımlar beynəlxalq humanitar hüququnu və mövcud olan atəşkəs razılaşmaları kobud şəkildə pozmaq deməkdir".

6
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlində Azərbaycan və Türkiyə bayraqlarını tutan kişi

Azərbaycan Prezidenti Türkiyə xalqını təbrik etdi

0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibəti ilə təbrik edib.

BAKI, 28 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibəti ilə təbrik edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlər başçısı özünün Twitter hesabında yazıb.

"Bir millət, iki dövlət, qardaş Türkiyə xalqını təbrik edirik!”, - deyə İlham Əliyev yazıb.

pic.twitter.com/BLAku1IDrq

— İlham Əliyev (@azpresident) October 28, 2020

0