Leyla Abdullayeva

XİN: Ermənistan Fransanın sülh səyinə zərbə vurur

24
(Yenilənib 17:05 10.10.2018)
Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb

BAKI, 10 oktyabr — Sputnik. "Frankofoniya təşkilatının Ermənistanda keçirilən XVII zirvə toplantısı çərçivəsində bu ilin 9 oktyabr tarixində İrəvanda açılan “Frankofoniya şəhərciyi”ndə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistan pavilyonu nəzdində təqdim edilməsi Ermənistanın işğalçı siyasətinin davam etdirilməsinə xidmət edən növbəti təxribatçı addımıdır".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. O bildirib ki, bu addım Ermənistanın Frankofoniya təşkilatından öz siyasi məqsədləri üçün istifadə etdiyini açıq şəkildə nümayiş etdirir: "Vurğulamaq istərdik ki, beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycana qarşı hərbi təcavüz və işğal törədən Ermənistanın bu əməlləri, həmçinin Frankofoniya təşkilatının nizamnaməsi və təşkilatın məqsəd və məramları ilə ziddiyyət təşkil edir.

Ermənistanın Frankofoniya təşkilatının gündəliyini siyasiləşdirmək cəhdləri bu ölkənin öz işğalçı və təcavüzkar siyasətini ört-basdır etmək və ATƏT-in Minsk Qrupu həmsədrlərinin, o cümlədən təşkilatın təşəbbüskarı olan Fransanın münaqişənin sülh yolu ilə tənzimlənməsi səylərinə xələl yetirmək niyyətinin göstəricisidir."

24
Teqlər:
sülh səyi, Leyla Abdullayeva, zərbə, Minsk Qrupu, XİN, Ermənistan, Fransa
Ermənistana məxsus PUA, arxiv şəkli

Ermənistanın sərhədimizi pozan PUA-sı məhv edildi

349
(Yenilənib 22:53 06.08.2020)
Avqustun 6-da vurulan PUA Ermənistan SQ-nin Azərbaycan HHQ tərəfindən vurulan sayca yeddinci aparatıdır

BAKI, 6 avgust — Sputnik. Avqustun 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

Bundan öncə iyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərərkən vurulmuşdu.

Avqustun 6-da vurulan PUA Ermənistan SQ-nin Azərbaycan HHQ tərəfindən vurulan sayca yeddinci aparatıdır. İyulun 12-də Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən bəri hərbçilərimiz müntəzəm olaraq düşmən PUA-larını aşkarlayaraq məhv edirlər. İyulun 22-də X-55 PUA-sı, bundan bir gün öncə kəşfiyyat aparan daha iki aparat, iyulun 16-da daha bir X-55 məhv edilmişdi. İyulun 14-də isə Ermənistan SQ-yə məxsus PUA artilleriya qurğusu ilə eyni zamanda vurulmuşdu. 

349
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
ABŞ-dakı səfirimiz: "Ermənistanın son əməlləri danışıqlara zərbə vurur"
Azərbaycan səfiri İtaliya mətbuatında erməni yalanlarını ifşa edib
Cəbhədə gərgin gecə: mövqelərimiz pulemyotlardan atəşə tutuldu
Los-Ancelesdəki Pakistan Şurası azərbaycanlılara qarşı törədilən vəhşilikləri pisləyib
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
Səfir Elin Süleymanov Dövlət Departamentində

ABŞ-dakı səfirimiz: "Ermənistanın son əməlləri danışıqlara zərbə vurur"

9
Səfirin sözlərinə görə, bu gün 30 il sonra məcburi köçkünlər öz evlərinə qayıda bilməyərək hələ də didərgin yaşayırlar.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 6 avqust — Sputnik. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun bu ölkənin nüfuzlu "Newsmax" mətbu orqanında Ermənistanın Azərbaycana qarşı təcavüzü və ABŞ polisinin nifrət zəminində cinayətlər törədən radikal ermənilərlə bağlı araşdırmalarına həsr olunan məqaləsi dərc edilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, E.Süleymanov məqaləsində qeyd edib ki, iyul ayında Ermənistanın Azərbaycana qarşı son təxribatları koronavirus pandemiyasının pik dövrü və bir çox dövlətlərin öz vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinə fokuslandığı bir zamanda baş verib.

O qeyd edib ki, Ermənistanın özünün koronavirus böhranı yaşamasına baxmayaraq, bu onu Azərbaycana qarşı beynəlxalq sərhəd boyunca Tovuz rayonu istiqamətində hücuma başlamaqdan çəkindirmədi: "Ermənistanın hücumunun Azərbaycanın işğal olunmuş ərazilərindəki təmas xəttindən yüzlərlə mil şimalda olması son təcavüzün arxasında dayanan niyyətlərini açıq şəkildə göstərir. Həlli uzanan Ermənistan-Azərbaycan münaqişəsi böyük Avrasiya regionunda sülhə və təhlükəsizliyə əsas təhdid olaraq qalmaqdadır. Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq tanınmış ərazisinin 20 faizinin qanunsuz işğal olunması və etnik təmizləməyə məruz qalması bir milyon insanı məcburi köçkün etməklə ağır humanitar böhrana səbəb olub".

Səfirin sözlərinə görə, bu gün 30 il sonra məcburi köçkünlər öz evlərinə qayıda bilməyərək hələ də didərgin yaşayırlar:

"Ermənistan qoşunlarının dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və çoxsaylı digər beynəlxalq sənədlərə baxmayaraq, Ermənistan beynəlxalq hüququn prinsiplərinə və Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk qrupunun danışıq səylərinə məhəl qoymur. Faktiki olaraq, Ermənistanın son əməlləri və bəyanatları mövcud danışıqlar formatını açıq şəkildə pozur və sülh prosesi üçün real perspektivlərə zərbə vurur. Formal müstəqilliyinə baxmayaraq, Ermənistan qonşu ölkələrlərlə daimi münaqişələr və xarici asılılıq nəticəsində heç zaman tam suverenlik qazanmayıb. Onun sərhədlərinə Rusiya sərhəd keşikçiləri nəzarət edir, ərazisində xarici hərbi baza yerləşir və öz iqtisadiyyatı üzərində minimal nəzarətə malikdir.

Bu gün Ermənistan heç bir strateji dəyərə malik olmayıb, inteqrasiya və inkişafa doğru addımlar atmağa qadir olmayaraq keçmiş Sovet İttifaqının sonuncu qalıqlarındandır. Eləcə də, Ermənistan cəmiyyəti anti-semitizm, nasistlərlə əməkdaşlıq və Yaxın Şərq terrorist qruplaşmaları ilə münasibətlər kimi problemlərlə hələ də üzləşməkdədir. Ölkədən emiqrasiya səviyyəsi yüksək olan Ermənistan son zamanlarda qlobal səviyyədə ən qəzəbli ölkə olaraq qiymətləndirilib. Bəzi hallarda bu qəzəb ölkə sərhədləri xaricində də özünü göstərir.

Son günlərdə Los-Anceles Polisi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun qarşısında baş verən etiraz aksiyası zamanı kiçik qrup azərbaycanlılara qarşı erməni radikalları tərəfindən şiddətli hücuma görə nifrət zəminində cinayət araşdırmasına başlayıb. Xəritəyə bir baxış Ermənistanın məsuliyyətsiz militarist yanaşmasının fəsadlarının daha geniş olduğunu göstərir.

Cənubi Qafqaz bölgəsi Ermənistan, Azərbaycan və Gürcüstandan ibarət olmaqla dünyanın vacib strateji ərazilərindəndir. Misal üçün, Azərbaycan dünyada Rusiya və İranla həmsərhəd olan yeganə ölkədir və İsrailin vacib dost və tərəfdaşıdır. Bundan əlavə, Azərbaycan Avropa və Asiya arasında əvəzsiz bağlılıq yaradır və paytaxt Bakı şəhəri Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin başlanğıc nöqtəsidir. BTC İsrailin illik neft təchizatının 40 fazini təmin edən və vaxtilə Ceyms Bondun "Dünya yetərli deyil" filmində yer alan neft kəməridir.

Azərbaycandan başlayaraq altı ölkəni, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən Cənub Qaz Dəhlizi də öz başlanğıcını Bakının yaxınlığından götürür. Bu boru kəmərləri, eləcə də Asiyanı Avropa ilə birləşdirən dəmir yolu xəttləri və NATO hava qüvvələri üçün Əfqanıstana uçuş dəhlizi Ermənistan tərəfindən hücum edilmiş ərazinin yaxınlığından keçir.

İnkişaf və əməkdaşlığa heç bir töhfə verməyən Ermənistan bir daha qlobal əhəmiyyət daşıyan enerji infrastrukturu və regional təhlükəsizliyə təhdid yaratmaqla özünü gündəmdə saxlamağa çalışır. Ermənistan hərbi qüvvələri fəaliyyətə başlamasına bir neçə ay qalmış Cənub Qaz Dəhlizindən 15 mil məsafədə yerləşən əraziyə hücum edir.

Ermənistan sərhəd boyunca Azərbaycan ordu hissələrini sərhəd qoşunları ilə əvəz etdiyi əraziyə hücum edib, mülki yaşayış evlərini mərmi atəşinə tutub və nəticədə itki və zərərlərə səbəb olub. Təmas xəttindən uzaqda beynəlxalq sərhəd boyunca hücuma keçən Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində müqavilə müttəfiqlərinin dəstəyinə ümid edirdi. Lakin Ermənistanın münaqişənin əhatə dairəsini genişləndirmək cəhdi baş tutmadı və ədavətin kimin başlaması aydın olduğundan KTMT Ermənistanın dəstək xahişini rədd etdi.

Ermənistan rəhbərliyi dövlət katibi Pompeonun substantiv sülh danışıqları çağırışlarına məhəl qoysa və Azərbaycanla məzmunlu danışıqlara cəlb olunsaydı, Ermənistan xalqının daha parlaq gələcəyini və bütün Cənubi Qafqaz regionunda davamlı sülhü təmin edərdi. Əksinə, Ermənistan firavanlığın və regionun təhlükəsizlik arxitekturasının vacib elementlərinə təhdid yaratmaqla özünü bir daha destruktiv bir qüvvə kimi göstərdi.

Beynəlxalq ictimaiyyətin nümayəndələri rəsmi Yerevana sülhün dividentlərinin zəngin olmasını və təcavüzün nəticələrinin getdikcə artmasını izah etməklə Ermənistan xalqına kömək olmalıdır".

9
Hirkan Milli Parkında ayı

Heyvanları qəfəsdə saxlayan restoran sahibi cəzalanıb

0
(Yenilənib 23:56 07.08.2020)
R.Bağırov onu da qeyd edib ki, aparılan araşdırma zamanı heyvanların vaxtlı-vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

BAKI, 8 avqust — Sputnik. İsmayıllı rayonu "Günəş Park" restoranında heyvanların qəfəsdə saxlanılması ilə bağlı şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə xidmətin rəis müavini Ramal Bağırov danışıb.

O bildirib ki, aparılan araşdırma zamanı sözügedən istirahət mərkəzində qəfəslərdə saxlanılan zebra, dovşan, dəvə, meymun, maral, tovuzquşu, qırqovul və dəvəquşunun xaricdən gətirilməsinə dair rəsmi təsdiqedici sənədlərinin olduğu, lakin saxlanılması üçün müvafiq icazə sənədinin olmadığı məlum olub.

"Faktla bağlı istirahət mərkəzinin rəhbəri Sərxan İsgəndərov barəsində akt, protokol tərtib olunub və o, 2000 manat məbləğində cərimə edilib.

Zooloji kolleksiyanın yaradılması məqsədilə icazə sənədinin alınması üçün restoran sahibinə icrası məcburi olan "məcburi göstəriş" verilib".

R.Bağırov onu da qeyd edib ki, aparılan araşdırma zamanı heyvanların vaxtlı-vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

0