Bahar Muradova

"Ermənistanda normal, adekvat siyasətçi görmək istəyirik"

171
(Yenilənib 14:44 03.10.2018)
Vitse-spiker: "Ermənistanda narazı siyasi qüvvələr ölkədəki durumu gərginləşdirməklə əvvəlki imkanlarını geri qaytarmaq niyyətindədirlər"

BAKI, 3 oktyabr — Sputnik. "Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasının tələb olunacağı öncədən də bəlli idi". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

O bildirib ki, Paşinyanın Baş nazir seçilməsi Ermənistan parlamentinin, hökumət orqanlarının, Ermənistanda hakimiyyətdə olan siyasi qüvvələrin marağında deyildi: "Onun Baş nazir seçilməsi problemləri aradan qaldırmayıb, əksinə daha da dərinləşdirib. Bu da özünü ölkə daxilində gedən proseslərdə qabarıq şəkildə göstərir".

"Siyasətdə səriştə, vərdiş, diplomatik gedişlərə malik olmaq siyasətçi üçün vacib məsələdir. Paşinyanın bu imkanları aşağı səviyyədədir. Ermənistanda narazı siyasi qüvvələr ölkədəki durumu gərginləşdirməklə əvvəlki imkanlarını geri qaytarmaq niyyətindədirlər, onlar bu mübarizədə imkanlarını Paşinyana qurban vermək niyyətində deyillər. Bu münasibətlər gərginləşməyə doğru gedəcək" — Muradova vurğulayıb.

Vitse-spiker diqqətə çatıdırb ki, Azərbaycan Ermənistanda Dağlıq Qarabağ probleminin həlli üçün adekvat təmsilçi görmək istəyir: "Hansı siyasi qüvvənin hakimiyyətdə olması onların daxili işidir, amma, kimin olmasından asılı olmayaraq Dağlıq Qarabağ məsələsində adekvat danışıq tərəfi kimi normal siyasətçi ilə üz-üzə olmaq istəyirik".

171
Teqlər:
Dağlıq Qarabağ problemi, siyasətçi, Bahar Muradova, istefa, Nikol Paşinyan, baş nazir, Ermənistan
Əlaqədar
Ermənistanda “əksinqilab” başladı, Paşinyan yenə küçəyə çıxdı
Moskvadan sensasion kadrlar: İlham Əliyevlə Nikol Paşinyanın yeni görüntüləri yayıldı
Paşinyan nədən danışır: Düşənbə görüşündəki üç məqam, yoxsa baş nazirin yuxusu?
İlham Əliyevlə Nikol Paşinyanın müzakirə etdiyi mövzular məlum oldu - RƏSMİ
Əliyevlə danışdığımı ancaq Yerevanda açıqlayacağam – Paşinyan
ATƏT-in Minsk qrupunda Rusiyanı İqor Xovayev

Rusiyanın ATƏT-in Minsk qrupundakı yeni həmsədri kimdir?

11
(Yenilənib 11:27 30.07.2021)
Bundan sonra ATƏT-in Minsk qrupunda Rusiyanı İqor Xovayev təmsil edəcək, o, bu vəzifədə 10 ildən çox çalışmış İqor Popovu əvəz edib.

BAKI, 30 iyul — Sputnik. ATƏT-in Minsk qrupuna Rusiyadan yeni həmsədr təyin olunub. Bundan sonra qurumda İqor Popovun əvəzinə Rusiya Federasiyasını İqor Xovayev təmsil edəcək. Qeyd edək ki, İqor Popov 2010-cu ildən etibarən ATƏT-in Minsk qrupunda Rusiya tərəfdən həmsədr olub.

Rusiyanın ATƏT Minsk qrupunda yeni həmsədrinin tərcümeyi-halı

İqor Xovayev 1962-ci ildə anadan olub. 1988-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq fakültəsini bitirən Xovayev elə həmin ildə də diplomatik xidmətə qəbul olunub. 2017-ci ildə birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik ranqına layiq görülüb.

1988-ci ildən etibarən SSRİ və Rusiyanın Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və xarici ölkələrdə müxtəlif vəzifələrdə çalışıb. 2005-2010-cu illərdə Rusiyanın Vyetnamdakı səfirliyində müşavir-elçi, 2010-2015-ci illərdə Rusiya XİN üçüncü Asiya departamentinin direktor müavini olub.

2015-ci ilin martın 2-dən 2020-ci il sentyabrın 21-dək Rusiyanın Filippin, Palau və Mikroneziyada fövqəladə və səlahiyyətli səfiri olub. Elə həmin ilin mayın 5-dən etibarən eyni zamanda Marşal adalarında da Rusiyanın fövqəladə və səlahiyyətli vəzifəsini icra edib.

İngilis, fransız və Vyetnam dillərini bilir.

Eləcə də oxuyun:

11
Teqlər:
İqor Popov, həmsədr, Rusiya, ATƏT-in Minsk Qrupu
Флаги ОБСЕ

Atəşkəsin pozulmasına beynəlxalq reaksiyalar artır

9017
(Yenilənib 10:49 30.07.2021)
,
ATƏT-in Minsk Qrupu da Azərbaycan-Ermənistan sərhədindəki son günlər artan gərginliklə əlaqədar bəyanat yayıb.

BAKI, 29 iyul — Sputnik. ATƏT-in Minsk Qrupu Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.

APA xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında məlumat verilib.

Bəyanatda bildirilib ki, həmsədrlər (Fransa -Stefani Viskonti, ABŞ-Endryu Şofer, Rusiya-İqor Kovayev) Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələri, o cümlədən itkilər və insan tələfatı ilə bağlı məlumatları narahatlıqla izləyir. Həmsədrlər Ermənistanı və Azərbaycanı vəziyyətin dərhal deeskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə və 9 Noyabr bəyanatı və digər razılaşdırılmış atəşkəs sazişləri çərçivəsində götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır.

"Həmsədrlər münaqişənin bütün qalan əsas məsələlərinin danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həllinə ehtiyac olduğunu bir daha təkrar edir və tərəfləri mümkün qədər tez onların himayəsi altında danışıqlara qayıtmağa çağırır. Tərəflərin prioritetlərini əks etdirən, heç bir şərt qoymadan, formalaşan gündəliyi birlikdə nəzərdən keçirmək və razılığa gəlmək üçün, ATƏT-in Minsk Qrupunun himayəsi altında birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini bir daha təkrar edirlər.

Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin və onun komandasının davamlı səylərini dəstəklədiklərini bir daha təsdiqləyirlər", - bəyanatda bildirilib.

ABŞ Dövlət Departamentinin reaksiyası

Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan beynəlxalq sərhədi boyunca gərginliyin artmasını pisləyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi sözçüsü Ned Prays bildirib.

O bildirib ki, ABŞ Ermənistan və Azərbaycanı vəziyyəti gərginləşdirməmək üçün dərhal addımlar ataraq atəşkəslə bağlı öhdəliklərini yerinə yetirməyə çağırır.

"Ermənistan-Azərbaycan sərhədində davam edən gərginlik, yalnız həll olunmamış bütün məsələləri əhatə edən hərtərəfli həll yolunun iki ölkə arasındakı münasibətləri normallaşdıra biləcəyini və bölgə xalqlarının birlikdə sülh şəraitində yaşamasını təmin edə biləcəyini göstərir. ABŞ Ermənistan və Azərbaycanı münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında ən qısa zamanda substantiv müzakirələrə qayıtmağa çağırır", - deyə Ned Prays bildirib.

Moskvanın reaksiyası

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə təcili toplantı keçirib. İclasda Rusiyanın sosial-iqtisadi inkişafı ilə yanaşı, Əfqanıstan, eləcə də Azərbaycanla Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub.

Putinin sözçüsü Dmitri Peskov bildirib ki, iclasda Federasiya Şurasının spikeri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Kreml administrasiyasının rəhbəri Anton Vayno, TŞ katibi Nikolay Patruşev, DİN rəhbəri Vladimir Kolokoltsev, FTB direktoru Aleksandr Bortnikov, XKX rəhbəri Sergey Narışkin, prezidentin xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.

"İclas zamanı iştirakçılar Rusiyanın sosial-iqtisadiu inkişafının cari məsələlərini müzakirə ediblər. Həmçinin beynəlxalq gündəmin aktual məsələləri, o cümlədən Əfqanıstanda və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə də toxunulub"

Ankaranın reaksiyası

"Ermənistan tərəfindən Azərbaycanın sərhəd rayonlarının atəşə tutulması regionun təhlükəsizliyi üçün təhdiddir. Bunu Türkiyə Parlamentinin sədri Mustafa Şəntop bildirib.

Türkiyə Parlamentinin spikeri hesab edir ki, Ermənistan tərəfindən təxribatlar regional müharibəyə səbəb ola bilər.

Həmçinin oxuyun: 

* MN: Azərbaycan Ordusu Kəlbəcər istiqamətində atəşkəsə riayət edir

* Rusiya Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üçün məlumatlar təklif edir

Putin Azərbaycanla Ermənistan sərhədindəki vəziyyətlə bağlı təcili iclas çağırdı

* MN: Azərbaycan Rusiyanın atəşkəs təşəbbüsünə razılıq verdi, Ermənistan isə...

* Ermənistan atəşkəsi pozmaqla nəyə nail olmaq istəyir? – Arzu Nağıyev şərh edir

9017
Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədəki mənzil-qərargahı, arxiv şəkli

ÜST Yaxın Şərq Şimali Afrikada koronavirusun dördüncü dalğasını qeydə alıb

0
Son bir ay ərzində adıçəkilən bölgələrdə yoluxmaların sayı 55, ölüm halları isə 15% çoxalıb. Ən çox qeydə alınan isə koronavirusun "Delta" ştammıdır.

BAKI, 30 iyul — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yaxın Şərq və Şimali Afrika ölkələrində koronavirusun dördüncü dalğasını qeydə alıb. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.

"Yeni aşkar olunmuş və xəstəxanaya yerləşdirilmiş xəstələrin əksəriyyəti peyvənd olunmamış insanlardır. Hazırda bu bölgədə COVID-19-un dördüncü dalğası yaşanır", — deyə ÜST-ün Şərqi Aralıq dənizi bürosunun rəhbəri Əhməd əl-Mandhari bildirib.

Onun sözlərinə görə, adıçəkilən bölgələrdə koronavirusun "Delta" ştammı daha tez-tez qeydə alınır. Bu ştamma Mərakeşdən Pakistana qədər - Yaxın Şərq və Şimali Afrika bölgəsinin 15 ölkəsində rast gəlinir.

"Virusun "Delta" variantının sirkulyasiyası getdikcə Aralıq dənizinin şərqindəki ölkələrin daha çoxunda xəstəlik sayının və ölüm hallarının artmasına səbəb olur", — deyə büronun bəyanatında deyilir.

Son bir ay ərzində adıçəkilən bölgələrdə yoluxmaların sayı 55%, ölüm halları isə 15% çoxalıb.

Qeyd edək ki, bir müddət əvvəl Finlandiyada koronavirusun dördüncü dalğasının başlandığı barədə xəbər verilib.

Koronavirusun ştammları

Xatırladaq ki, Uhanda SARS-Cov-2 yeni tip koronavirusunun yayılması barədə məlumatı 2019-cu il dekabrın 31-də Çin Ümumdünya Səhiyyə Təşkilatına verib. 2020-ci ilin martında isə ÜST koronavirus epidemiyasını pandemiya elan edib.

2021-ci il iyunun 2-də Ümumdünya Səhiyyə Təşkilatı qərar verib ki, COVID-19-a səbəb olan koronavirus ştammları bundan sonra yunan əlifbasının hərfləri ilə adlandırılsın.

Bunadək koronavirus ştammları "coğrafi" adlarla bilinirdi – virusun yeni versiyası hansı ölkədə geniş yayılırdısa, həmin ölkənin adı ilə da adlandırılırdı. Ancaq ÜST-də belə hesab etdilər ki, bu sistem ayrı-seçkiliyə səbəb olur və ölkələr haqqında əsassız mənfi assosiasiya yarada bilər. Elə bu səbəbdən də, SARS-CoV-2-nin "Çin mənşəli" virus adlandırılmasına son qoyulub.

Beləliklə, hazırda koronavirusun "Britaniya" ştammı "Alfa", Cənubi Afrika ştammı "Beta", "Braziliya" ştammı "Qamma", Hindistan ştammı "Delta", Cənubi Amerika ştammı isə "lyambda" adlandırılır.

Xatırladaq ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumata görə, son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı aşkar olunub. Nümunələrdən 9-da isə B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.

Onu da əlavə edək ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb.

Eləcə də oxuyun:

0
Teqlər:
Şimali Afrika, Yaxın Şərq, ÜST, 'Delta' ştammı, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası