Флаги ОБСЕ

Dilqəm Əsgərov Şahbaz Quliyevin azadlığı məsələsi ATƏT PA-da qaldırılacaq

21
(Yenilənib 14:16 03.10.2018)
Bahar Muradova: "Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının Qırğızıstanda keçiriləcək sessiyasında iştirak etmək üçün yola düşüb"

BAKI, 3 oktyabr — Sputnik. "Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı məsələdə yenilik yoxdur. Beynəlxalq tədbirlər çərçivəsində daim bu məsələ qaldırılır, Dağlıq Qarabağdakı qeyri-qanuni rejimin "qanunları" ilə məhkum edilən azərbaycanlıların azad edilməsi ilə bağlı çağırışlar edilir. Təəssüf ki, bununla bağlı hələ ki, irəliləyiş yoxdur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. O bildirib ki, Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının Qırğızıstanda keçiriləcək sessiyasında iştirak etmək üçün yola düşüb.

"Onlar sessiyanın gündəliyində olan bütün məsələlərə, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli və girovların azad edilməsi ilə bağlı fikirlərini səsləndirəcəklər. Təbii ki, konkret mexanizmlər və real təsirlər olmadan səsləndirilən fikirlər divarlar arasında qalır" — Muradova vurğulayıb.

"Bununla belə, məsələnin gündəlikdən düşməsinə imkan vermək olmaz. Sona qədər bu məsələni diqqət mərkəzində saxlayacağıq. Təkcə o insanların deyil, öz ölkəsində hərəkət imkanları məhdudlaşdırılan insanların da öz doğma yurdlarına qayıdışının təmin edilməsində ciddi qərarların qəbul olunmasına çalışmaq lazımdır" — sədr müavini əlavə edib.

21
Teqlər:
Milli Məclis sədrinin müavini Bahar Muradova, Şahbaz Quliyev, Dilqəm Əsgərov, girov, Ermənistan
Əlaqədar
Dilqəm və Şahbaz erməni diversantlarla dəyişdirilə bilər
Avropalı siyasətçilər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı söz veriblər
Rusiyanın Azərbaycandakı səfiri: "Dilqəm Əsgərovdan üz döndərməmişik"
Rusiya XİN Dilqəm Əsgərovun girov götürülməsinə münasibət bildirdi