Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Moskvadan sensasion kadrlar: İlham Əliyevlə Nikol Paşinyanın yeni görüntüləri yayıldı

12237
(Yenilənib 17:23 01.10.2018)
Moskvadan həssas anlar: "Bu kadrlar özü-özlüyündə sensasion kadrlar hesab oluna bilər"

BAKI, 1 oktyabr — Sputnik. "Rossiya 1" telekanalında jurnalist Vladimir Solovyovun "Moskva. Kreml. Putin" proqramının növbəti buraxılışı yayımlanıb. Sputnik Azərbaycan xəbər verir ki, verilişdə MDB-nin ötən həftə Tacikistanın paytaxtı Düşənbədə keçirilən sammitinə dair geniş süjet həsr olunub.

İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşündə iştirak edib
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sammitdən çəkilən kadrlarda prezidentlərin formal və qeyri-formal ünsiyyətlərinə dair kadrlar yer alıb. Kadrlardan biri Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ünsiyyət barədə olub.

Video-görüntülərdən məlum olur ki, dövlət və hökumət başçıları sammitin keçiriləcəyi beşmərtəbəli binaya yuxarı qalxmaq üçün liftdən istifadə ediblər. Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri eyni liftdə olub.

"Rossiya 1" telekanalı İlham Əliyevlə Nikol Paşinyanın liftdən birlikdə çıxdıqlarını əks etdirən kadrları nümayiş etdirib və bunu "sensasion kadrlar" adlandırıb: "Qonşu liftdə nələrin baş verdiyi məlum deyil. Bu kadrlar özü-özlüyündə sensasion kadrlar hesab oluna bilər".

"Bir liftlə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri hərəkət edib. Onlar olduqca gərgindirlər, diqqətlərini cəmləyiblər, lakin zala qədər söhbət edirlər" — deyə sujetdə qeyd olunub.

Kadrlara əsasən, İlham Əliyev və Nikol Paşinyanla birlikdə MDB-nin icraçı katibi Sergey Lebedev də həmin liftdə olub. Əliyevlə Paşinyanın liftdən çıxarkən gərgin olduqları, amma söhbətləşməkdə davam etdikləri görünür.

12237
Teqlər:
Nikol Paşinyan, Ermənistan, İlham Əliyev, Azərbaycan, baş nazir, prezident
Əlaqədar
İlham Əliyevlə Nikol Paşinyanın müzakirə etdiyi mövzular məlum oldu - RƏSMİ
Əliyevlə danışdığımı ancaq Yerevanda açıqlayacağam – Paşinyan
İlham Əliyevlə Nikol Paşinyan arasında qısa söhbət olub - VİDEO
İlham Əliyev - Nikol Paşinyan görüşü planlaşdırılmır