ATƏT-in avtomobiləri təmas xəttində

Cəbhə xəttində insident baş verməyib

9
(Yenilənib 14:21 26.09.2018)
Monitorinq insidentsiz başa çatıb

BAKI, 26 sentyabr — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 26-da Azərbaycan və Ermənistan dövlət sərhədinin Gədəbəy rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller, Ermənistan tərəfindən isə şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Mixail Olaru keçiriblər.

9
Teqlər:
monitorinq, fəaliyyət, ATƏT
Əlaqədar
Cəbhədən aralı bölgədə top mərmisi aşkarlandı
Cəbhədə yenə silahlar susmadı
Cəbhədəki gərginliyə görə məsuliyyəti Ermənistan daşıyır – XİN
Cəbhədə gərgin gecə olub, pulemyotlar işə düşüb