Nyu-York şəhəri

Nyu-Yorkda Qarabağ müzakirəsi başlayır

105
(Yenilənib 11:30 26.09.2018)
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik də iştirak edəcək

BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan bu gün Nyu-Yorkda görüşəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, tərəflər görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini müzakirə edəcəklər.

Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) vasitəçiliyi ilə BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutacaq.

Görüşdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik də iştirak edəcək.

105
Teqlər:
Zohrab Mnatsakanyan, xarici işlər naziri Elmar Məmmədyarov, ATƏT, Ermənistan, Azərbaycan, görüş
Əlaqədar
XİN-dən Qarabağdakı təlimlərə sərt münasibət
Nyu-Yorkda Qarabağ müzakirəsinin vaxtı açıqlandı
Prezident: "Dağlıq Qarabağ Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq"
Trampdan sensasion məktub: "Yaxın aylarda Qarabağda..."
Kəlbəcərə mənzərə, arxiv şəkli

Kəlbəcərdə hər il 50 mindən artıq insan müalicə alırdı - Xidmət rəisi

3
(Yenilənib 18:09 29.11.2020)
"Bu yataqların gündəlik debiti 3080 kubmetr təşkil edir. Burada ötən əsrin 80-ci illərində 800 min litr termal su bağlanırdı"

BAKI, 29 noyabr — Sputnik. Kəlbəcər təkcə filiz və ya qeyri-filiz yataqları ilə deyil, həm də termomineral suları ilə zəngindir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. Xəzər TV-nin "Birinci Studiya" verilişinin qonağı olan Ə.Əliyev deyib ki, Kəlbəcərdə "İstisu" və "Tutqun" termal-mineral iri su hövzələri mövcuddur. Onun sözlərinə görə, bu hövzələrin hər birində 4 yataq var: "Bu yataqların gündəlik debiti 3080 kubmetr təşkil edir. Burada ötən əsrin 80-ci illərində 800 min litr termal su bağlanırdı. Eyni zamanda "İstisu" kurort-sanatoriya kompleksi fəaliyyət göstərirdi".

O deyib ki, Kəlbəcərdə bir ildə 50 mindən artıq insan müalicə alıb, şəfa tapırdılar.

3
Teqlər:
müalicə, termal sular, İstisu, Qarabağ, Kəlbəcər
 Daşqın Səfiyev (sağda) və Orxan Səfiyev (solda)

Bir xatirə qaldı səndən, gözümdə yaş, saçımda dən...

62
(Yenilənib 15:35 29.11.2020)
Əslən Kəlbəcər rayonundan olan qardaşlar Kəlbəcərin azad edilməsini, Kəlbəcəri azad etməyi çox arzulayırdılar.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 29 noyabr — Sputnik. "Ürəyi Vətən sevgisi ilə döyünürdü. Sənə qurban olum, Daşqın haqqında danışsam, gərək sən oturub məni illərlə dinləyəsən..."

Belə başlayır söhbətə Laçında şəhid olan Daşqın Səfiyevin qardaşı Orxan.

Orxanla Daşqın Gəncədə, valideynləri isə Samux rayonunda yaşayırmışlar. Daşqın da elə Samuxda dəfn edilir.

Daşqın Səfiyev 1989-cu il avqustun 22-də anadan olub: "Daşqınla ağlımız kəsəndən bütün işlərimiz bir olub. Onun ən yaxını mən, mənim də ən yaxınım Daşqın idi. Gəncə şəhərində yaşayırıq. Mən hərbçi idim. Daşqın hər zaman bütün hərbçilərlə, şəhidlərlə fəxr etdiyini deyirdi. Ən böyük arzumuz Qarabağ uğrunda döyüşmək, torpağımızı düşmən işğalından azad etmək idi".

Əslən Kəlbəcər rayonundan olan qardaşlar Kəlbəcərin azad edilməsini, Kəlbəcəri azad etməyi çox arzulayırdılar.

© Photo : Courtesy of Orkhan Safiyev
Şəhid Daşqın Səfiyev

Bu səbəbdən Tovuzda döyüşlər başlayanda Daşqın könüllü olaraq döyüşmək üçün müraciət etmişdi. Tez-tez Tovuza əsgərlər üçün yardım aparan Daşqın onların sıralarında olmaq üçün çalışırdı.

"Mənə deyirdi ki, özünü qoru. Deyirdi ki, "qaqa, özünü qoru mənim üçün. Axı bizim sözümüz var - sən olmasan, mən olmaram. Hər gün ordu sıralarına qoşulmaq üçün hərbi komissarlığa gedirdi. Və sonda arzusuna çatdı, onu qəbul etdilər. Gözüm dolmuşdu onu yola salanda. Dedi, niyə gözün dolur? Şəhid qardaşı olacaqsan. Mən gedəcəm, arxanda yüzlərlə insan olacaq. Qucaqlaşdıq, görüşdük. Getdi..." - deyə Orxan danışır.

Qardaşlar ara-sıra danışır, düşmənlə savaşda qazanacaqlarına inanırdılar. Ancaq Orxanın ürəyi narahat idi. Sanki nəsə olacaqmış kimi hiss edirdi. Fikirlərini dağıtmaq istəsə də alınmırdı.

Daşqın şəhid olmamışdan iki gün öncə yenə danışırlar. Daşqın problem olmadığını, səhhətinin yaxşı olduğunu deyir: "Ayın 5-i axşam belim tutdu. Tərpənə bilmirdim. Elə düşünürdüm ki, soyuq olub. Ağlıma da gəlmədi ki, Allah hər şeyimi alıb, Daşqınımı itirmişəm".

Bir müddət sonra qara xəbərini aldım. Heç nə gözümə görünmürdü. Gedib cənazəni gətirdim. Dünyam qaralmışdı. Özü getdi cənnətə, məni cəhənnəmdə buraxdı. Arzularımız gözümüzdə qaldı. Kəlbəcər düşmən işğalından azad edildi, amma Daşqınım yoxdur".

  • Şəhid Daşqın Səfiyev və qardaşı Orxan Səfiyev
    © Photo : Courtesy of Orkhan Safiyev
  • Şəhid Daşqın Səfiyev
    © Photo : Courtesy of Orkhan Safiyev
  • Səfiyevlər ailəsi
    © Photo : Courtesy of Orkhan Safiyev
1 / 3
© Photo : Courtesy of Orkhan Safiyev
Şəhid Daşqın Səfiyev və qardaşı Orxan Səfiyev

Orxan Səfiyevin sözlərinə görə, sonradan Daşqınla birgə döyüşən əsgərlədən biri Daşqın haqqında danışanda deyirmiş ki, "sıralarımızda kəlbəcərli Daşqın vardı. Elə döyüşürdü ki, ermənilərin postunu təkbaşına təmizləmişdi. Ayağından vurulsa da, diz üstə düşsə də, dayanmayıb gedirdi ermənin üzərinə. Sonra ağır silahla vurdular onu, dünyasını dəyişdi". "Mən bu sözləri eşidəndə qürur hissi ilə yanaşı, bir ağrı da yaşayırdım. Daşqınım həyatda yoxdur, təkəm", - deyə Orxan qeyd edir.

Hər zaman Daşqınla planlar quran Orxan ondan sonra necə yaşayacağını bilmir.

Daşqının şəhid olması Orxanın da həyatını alt-üst edib... İndi o, qardaşının xatirələri ilə təsəlli tapır...

62
Teqlər:
xatirə, itki, qardaş, şəhid, Kəlbəcər, Qarabağ