QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Trampdan sensasion məktub: "Yaxın aylarda Qarabağda..."

© Sputnik / Murad OrujovВоенная техника на территории Физулинского района, фото из архива
Военная техника на территории Физулинского района, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti: "Yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeni imkanlar yaranacaq"

BAKI, 21 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyana ölkənin 27-ci müstəqillik günü münasibəti ilə təbrik məktubu göndərib. Sputnik Ermənistan xəbər verir ki, məktubda ABŞ prezidenti Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanamsında yeni imkanlar barədə ilginc anons verib.

"Yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeni imkanlar yaranacaq ki, bu da Ermənistan – ABŞ əlaqələri üçün yeni variantlar yarada bilər. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Birləşmiş Ştatlar münaqişəsinin uzunmüddətli sülh ilə həlli yollarının axtarışı üzrə sizinlə işləməyə hazırdır" — deyə Tramp məktubda bildirib.

Bu arada, ABŞ-ın dövlət katibi Maykl Pompeo Ermənistanın müstəqillik günü ilə bağlı yayımladığı bəyanatda rəsmi Yerevan və Bakını tezliklə intensiv danışıqları bərpa etməyə çağırıb: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiqdir və tərəfləri tezliklə intensiv danışıqları bərpa etməyə çağırır".

Xəbər lenti
0