Рабочий визит премьер-министра Армении Никола Пашиняна в Карабах (18 сентября 2018).

Qarabağda Paşinyanın yolunu vəhşi heyvanlar kəsib - VİDEO

733
(Yenilənib 12:36 19.09.2018)
"Əgər bu qurama deyilsə, onda baş nazirin həyatı təhlükə altındadır"

BAKI, 19 sentyabr — Sputnik. Ötən gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edən Ermənistanın baş naziri Nikol Paşinyanın avtomobil karvanının qarşısını iki ayı balası kəsib. Sputnik Ermənistan xəbər verir ki, bununla bağlı Ermənistan baş nazirinin köməkçisi Nairi Sarkisyan öz "Facebook" səhifəsində videogörüntü paylaşıb.

"Qarabağda gəzərkən qəflətən qarşımıza iki ayı balası çıxdı" — deyə Nairi Sarkisyan bildirib.

Bəzi mütəxəssis və istifadəçilər sosial şəbəkədə yayılan görüntülərə sərt şəkildə reaksiya veriblər: "Ayı balaları yolda nə edir?", "Ayı balaları harada gəzir?" "Əgər bu qurama deyilsə, onda baş nazirin həyatı təhlükə altındadır".

733
Teqlər:
Nikol Paşinyan, Dağlıq Qarabağ, Ermənistan, Azərbaycan, baş nazir, işğal
Əlaqədar
Əli Həsənov Paşinyanın qiymətini verdi: Siyasətçi adına parodiya
"Paşinyan kreslosunda oturmaq istəyirsə, Azərbaycanın daxili işlərinə burnunu soxmasın"
Paşinyanın Azərbaycan barədə daha bir yalanı ifşa olundu - RƏSMİ
Paşinyan hökuməti və ermənilərin AŞPA-dakı dəyişən hədəfləri
Paşinyan üçün "edam kötüyü" hazırlanır

Fikrət Sadıxov: “Ermənistan münaqişənin dinc yolla həllini başa düşmədi”

5
(Yenilənib 08:28 23.10.2020)
Politoloq Fikrət Sadıxov deyir ki, baza prinsiplərində Azərbaycanın 7 rayonundan işğalçı Ermənistan qoşunlarının çıxarılması, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması nəzərdə tutulur
Fikrət Sadıxov: “Azərbaycan artıq status-kvonu qəbul etmir”

“Baza prinsiplərinə gəldikdə, orada hər şey aydın şəkildə yazılıb. Azərbaycanın işğal olunmuş rayonlarının mərhələli şəkildə azad edilməsi nəzərdə tutulur”. Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan uzun illər danışıqlar masasında münaqişənin həlli üçün çalışıb:

“Münaqişənin həlli üçün təqdim olunan baza prinsiplərində Azərbaycanın 7 rayonundan işğalçı Ermənistan qoşunlarının çıxarılması, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması nəzərdə tutulur. Amma Ermənistan aşkar şəkildə bundan imtina etdi. Ermənistan hakimiyyəti seperatçı rejimi danışıqlar masasında görmək istəyirdi. Ancaq bu, Azərbaycan üçün qəbuledilməz idi. Münaqişənin həlli prosesi hərbi müstəviyə keçib və Azərbaycan artıq status-kvonu qəbul etmir. Ermənistan münaqişənin dinc yolla həllini başa düşmədi. Azərbaycan torpaqlarının işğal altında qalması ilə razılaşmayacaq”.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks hücum əməliyyatına başlayıb.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

5
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

MN: Füzuli, Cəbrayıl Qubadlı istiqamətlərində vacib ərazilər ələ keçirilib

102
Məlum olub ki, Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edirlər.

BAKI, 23 oktyabr - Sputnik. Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər ələ keçirilib.

Bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur. Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilir.

Məlum olub ki, Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edirlər.

Hazırda bütün cəbhə boyu döyüşlər davam edir.

102
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə