İşğal altındakı Xankəndi şəhəri, arxiv şəkli

Ermənistan Dağlıq Qarabağa dair "qırmızı xətti" keçir

7830
(Yenilənib 20:36 18.09.2018)
Paşinyan özü ilə bərabər ölkəsini də fəlakətə sürükləyir

BAKI, 18 sentyabr — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın ardınca xarici işlər naziri Zohrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti qıcıqlandırcı açıqlamalar verib. XİN rəhbəri deyib ki, Dağlıq Qarabağ "təhlükəsizlik zonası" elan edilməlidir.

Erməni diplomat Qarabağ münaqişəsinin nizamlanması üçün nəzərdə tutulmuş "Madrid prinsipləri"ndən də danışıb. Mnatsakanyan qeyd edib ki, münaqişənin bu prinsiplər əsasında həll edilməsi Ermənistan üçün qəbuledilməzdir: "Münaqişənin "Madir prinsipləri" əsasında həll edilməsi Qarabağın birdəfəlik itirilməsinə gətirib çıxaracaq. Azərbaycan "Madrid prinsipləri"nə uyğun olaraq Ağdamı geri qaytara bilər ki, bu da Xankəndi, Şuşa və Əsgəranın Azərbaycan ordusunun nəzarətinə verilməsi deməkdir. Cəbrayıl və Zəngilan kimi ərazilərin iqtisadi əhəmiyyəti də var. Bu əraziləri də Azərbaycana verməklə Ermənistan üzərindən Naxçıvana uzanan bölgə Azərbaycanın nəzarətinə verilə bilər. Başqa sözlə, bu prinsiplər Ermənistanın mövqelərini atəş altında saxlayır".

Göründüyü kimi, ermənilər yenidən hərbi ritorika ilə çıxış edir. Daxili vəziyyəti çıxılmaz həddə çatdıran Paşinyan savaş baltasını havaya qaldırıb. Zohrab Mnatsakanyanın bəyanatı faktiki olaraq, Dağlıq Qarabağ münaqişəsini danışıqlar masasından səngərə qaytarmağa yönəlib.

Lakin məsələ göründüyü qədər də sadə deyil. Bu məsələni nə İrəvan, nə Bakı təkbaşına həll edə bilər. Bu baxımdan, Paşinyanın nə deməsinin də xüsusi önəmi yoxdur. Məsələ ondadır ki, münaqişə 1992-ci ilin əvvəllərindən başlayaraq daha çox beynəlxalq əhəmiyyətli problemə çevrilib. Həmin ilin yanvarın 30-da Azərbaycan ATƏT-in üzvü olduqdan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağa münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq, üzv dövlətlərin daha çox müzakirə obyektinə çevrilib.

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də keçirilən görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olunduqdan sonra problemin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmək üçün Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul edilib. Sənəddə göstərilib ki, Minskdə çağırılacaq konfrans ABŞ, Rusiya, Türkiyə, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakiya, İsveç, Belarus, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilsin. Lakin göründüyü kimi, bu qurum münaqişənin həlli istiqamətində heç bir əməli addım ata bilməyib.

Bu gün Dağlıq Qarabağın müqəddəratı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. İstər "Kazan razılaşması", istərsə də "Lavrov planı" əslində yenilənmiş "Madrid prinsipləri"nin müddəalarının təkrarıdır. Son Qarabağ danışıqlarında müqəddəratı təyinetmə prinsipinə nisbətən ərazi bütövlüyü məsələsi daha qabarıq şəkildə öz əksini tapıb.

Paşinyanın tənqid etdiyi razılaşmaları heç Bakı da tam razılıqla qarşılamır. Belə ki, "Kazan razılaşması", "Lavrov planı" və "Madrid prinsipləri" Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün ciddi təhlükəyə çevrilə bilər. Məlumdur ki, Ermənistan Dağlıq Qarabağın onların nəzarətində qalacağına əmin olmasa, heç bir rayonu asanlıqla azad etməyəcək.

Ən əsas məsələ kimi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ilə bağlə çoxsaylı suallar mövcuddur. Lakin, "Madrid prinsipləri"ndə bu məsələ öz əksini tapıb. Paşinyan da məhz bu razılaşmaya qarşı çıxmaqla, problemin həllinə imkan vermir.

1997-ci ilin ikinci yarısından indiyə kimi Minsk Qrupunun həmsədrləri "Lissabon prinsipləri"nə əsaslanaraq, iki hissədən ibarət, yəni Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal olunmuş 6 rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqədar 3 təkliflə çıxış ediblər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin "paket" həlli, 1997-ci ilin sentyabrında isə irəli sürdükləri ikinci təklif "mərhələli" həll variantı adlanırdı.

"Paket" variantında Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu. "Mərhələli" variantda isə münaqişənin mərhələlərlə nizama salınmasından söhbət gedir.

Azərbaycan həmin planlarla tam razı olmasa da, həmsədrlərin bu iki təklifini qəbul etdiyi halda, Ermənistan tərəfi qeyri-konstruktiv mövqedən çıxış edərək həmin təkliflərlə razılaşmadı. 1998-ci ilin noyabrın 9-da həmsədrlər beynəlxalq hüquq normalarına zidd, həmçinin, Azərbaycan üçün qətiyyən qəbul edilməz olan və danışıqların davam etdirilməsinə imkan yaratmayan üçüncü təklifi irəli sürdülər. Bu təklif dünya praktikasında mövcud olmayan "ümumi dövlət" ideyasına əsaslanırdı.

Qəbul edilməyən "ümumi dövlət" təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşılması demək idi. "Ümumi dövlət" prinsipi nizamasalma prosesinə ciddi maneə törədir, eyni zamanda, münaqişənin həlli yollarına dair tərəflərin mövqeyindəki ziddiyyətləri daha da dərinləşdirirdi.

Nəticədə, danışıqlar prosesində bir durğunluq yarandı və münaqişənin nizama salınması istiqamətində müsbət irəliləyiş əldə etmək mümkün olmadı. Həmsədrlər tərəfindən irəli sürülən və sonuncu olan "ümumi dövlət" ideyası iflasa uğradıqdan sonra Minsk Qrupu praktik olaraq dalana dirəndi. "Madrid prinsipləri", "yenilənmiş Madrid prinsipləri", "Kazan razılaşması" kimi təkliflər zərfi ilə də vəziyyəti dəyişmək mümkün olmadı. Hazırda faktiki olaraq, Minsk Qrupu səmərəsiz bir vəziyyətdədir.

Paşinyanın son bəyanatı da sübuta yetirir ki, təmas xəttində atəşkəsi mütəmadi pozan, təxribatlara əl atan Azərbaycan deyil, birbaşa Ermənistandır. Bu fakt açıq şəkildə bildirilməlidir. Lakin təəssüflər olsun ki, reallıq ifadə edilmir, gizlədilir və tərəflər eyniləşdirilir.

İrəvan sülhün əleyhinə çıxış edir və ölkə daxilində fiaskoya uğrayan Paşinyan Qarabağ spekulyasiyası ilə öz hakimiyyətini qorumaq istəyir. Zohrab Mnatsakanyanın bəyanatı isə indiyə qədər aparılan danışıqların üstündən xətt çəkir. İrəvan açıq şəkildə işğalçılıq siyasətini davam etdirəcəyini bəyan edir. Bu artıq BMT və ATƏT-in Minsk qrupuna qarşı demarşdır. Paşinyan özü ilə bərabər ölkəsini də fəlakətə sürükləyir…

7830
Teqlər:
Zohrab Mnatsakanyan, Nikol Paşinyan, Dağlıq Qarabağ münaqişəsi, xarici işlər naziri, Ermənistan, Azərbaycan, baş nazir, bəyanat
Əlaqədar
Politoloq: “Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyətlidir”
Merkel Yerevanda Dağlıq Qarabağdan danışdı
Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsində vasitəçilik səylərimizi davam etdiririk
İtaliya Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə biləcəkmi – politoloq şərhi
Vüqar Rəhimzadə: "Dağlıq Qarabağ problemi tək Azərbaycana mənfi təsir göstərmir"
Pulemyot patronu, arxiv şəkli

Cəbhədə son durum

21
(Yenilənib 09:45 27.05.2020)
Düşmən Ağdam, Füzuli, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqelərini atəşə tutub

BAKI, 27 may — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Ağdam rayonunun işğal altında olan Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

21
Əlaqədar
Ermənistanın bu addımı azərbaycanlı məcburi köçkünlərə qarşı həqarətdir - Tural Gəncəliyev
XİN: Ermənistan ilhaqçı siyasətini nümayiş etdirir
İşğalçının sülhdən bəhs etməsi riyakarlığın son həddidir
Almaniya XİN: Dağlıq Qarabağdakı separatçı rejimi tanımırıq
Azərbaycan XİN-in binası, arxiv şəkli

Azərbaycanın müsəlman ölkələrindəki diplomatik nümayəndələrinə xüsusi tapşırıq verildi

34
(Yenilənib 23:05 25.05.2020)
Azərbaycan XİN özünün müsəlman ölkələrində akkreditasiyadan keçmiş diplomatik nümayəndələrinə İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinə dair qətnamələrinin təmin edilməsi məsələlərini nəzarətdə saxlamağı tapşırıb

BAKI, 25 may - Sputnik. Ermənistan Baş naziri aparatının informasiya və ictimaiyyətlə əlaqələr departamentinin məlumatına görə, Nikol Paşinyan bir sıra müsəlman ölkələrinin rəhbərlərinə Ramazan bayramı münasibətilə təbrik məktubları ünvanlayıb.

Bu münasibətlə Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü qeyd edərək, Ermənistanın yüz minlərlə azərbaycanlı müsəlmana qarşı etnik təmizləmə apardığını, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində tarixi-dini abidələri, o cümlədən məscidləri dağıtdığını və talan etdiyini xüsusi vurğulayıb.

Yüz minlərlə müsəlman əhalinin hüquqlarının kobud surətdə pozulması şəraitində Ermənistan hökumətinin islam dininə və onun dəyərlərinə yalançı hörmət izhar etmək cəhdlərini Azərbaycan XİN riyakarlığın və saxtakarlığın ən yüksək həddi adlandırıb.  

Sputnik Azərbaycan diplomatik mənbələrə istinadən xəbər verir ki, Azərbaycan XİN özünün müsəlman ölkələrində akkreditasiyadan keçmiş diplomatik nümayəndələrinə İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinə dair qətnamələrinin təmin edilməsi məsələlərini nəzarətdə saxlamağı tapşırıb.

Məlumdur ki, İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü, bu təcavüz siyasəti nəticəsində Azərbaycanın mədəni və dini irsinə vurulan zərbə, eləcə də ölkəmizin işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti barədə hər il qətnamələr qəbul edir. Bu qətnamələrdə Ermənistandan Azərbaycana qarşı hərbi təcavüzünü dayandırmaq qəti şəkildə tələb edilir.

34
Əlaqədar
Ermənistanın bu addımı azərbaycanlı məcburi köçkünlərə qarşı həqarətdir - Tural Gəncəliyev
Azərbaycan XİN Paşinyanın fikrinə münasibət bildirdi
"Paşinyan islam dininə hörmət etsəydi..."
Молодежь прогуливается по Бакинскому приморскому бульвару

Paytaxt Bakıda qədər insan yaşayır

0
Cari ilin aprelin 1-nə Bakı əhalisinin təbii artımı illik ifadədə 1 950-ə çatıb. Paytaxtda doğulanların sayı 5 515 nəfər, ölənlərin sayı isə 3 565 nəfər olub.

BAKI, 28 may - Sputnik. Bu ilin aprel ayının 1-i tarixinə Bakı şəhərinin əhalisinin sayı 2 294,8 min nəfər təşkil edib.

APA-nın məlumatına görə, paytaxt əhalisinin sayı son bir ildə 14,1 min nəfər və ya 0,6% artıb. Belə ki, ötən ilin aprelin 1-nə bu göstərici 2 280,7 minə bərabər olub.

Cari ilin aprelin 1-nə Bakı əhalisinin təbii artımı illik ifadədə 1 950-ə çatıb. Belə ki, ölkə paytaxtında doğulanların sayı 5 515 nəfər, ölənlərin sayı isə 3 565 nəfər olub.

0