Azərbaycan XİN

XİN: İşğal olunmuş ərazilərimizə klounların səfəri davam edir

125
(Yenilənib 12:44 30.08.2018)
Hikmət Hacıyev: "Maraqlıdır, görəsən klounlar paradında növbəti kim olacaq, Kardaşyan bacılarımı?"

BAKI, 30 avqust — Sputnik. "Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə klounların və təlxəklərin qastrolları davam edir". Bu sözləri Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O, qeyd edib ki, "növbəti kloun isə Avropa Parlamentinin deputatı, yalnız bir nəfərdən ibarət siyasi partiyanın rəhbəri, siyasi təlxək və marginal" Martin Sonneborndur: "Bu adamın siyasi təbliğat posterinə baxmaq kifayətdir. Brüsseldə erməni lobbisinin rəhbəri Kaspar Karampetyan çoxlu pullar xərcləyərək çarəsizlikdən yalnız kloun siyasətçiləri Azərbaycanın işğal olunmuş ərazilərinə gətirə bilir. Çünki sağlam düşüncəli insanlar münaqişənin əsl reallıqlarını, işğal və qanlı etnik təmizləmə faktlarını öyrənərək kimin kim olduğunu dərk edir və ondan kənar dururlar".

"Hətta deyərdim ki, erməni lobbist Karampetyan öz biznes pulları hesabına əvvəllər bu kimi səfərlər təşkil edərək özü də bilmədən işğalın əsl həqiqətlərinin bəzi lazımi insanlara çatdırılmasına xidmət edib. Maraqlıdır, görəsən klounlar paradında növbəti kim olacaq, Kardaşyan bacılarımı?" — deyə H.Hacıyev əlavə edib.

125
Teqlər:
Kaspar Karampetyan, Martin Sonneborn, Avropa Parlamenti, Hikmət Hacıyev, səfər, kloun, təlxək, silahlı qüvvələr, Ermənistan, Azərbaycan
Əlaqədar
Amerikalı müəllif Tərtərdən və erməni işğalından yazıb
Rəsmi Bakı işğal edilmiş ərazilərini azad etmək niyyətindədir – NATO ilə və NATO-suz...
Azərbaycan XİN işğal faktı ilə bağlı bəyanat yayıb
Чингиз Абдуллаев

Xalq yazıçısı: “Tariximizi unutsaq, onlar yenidən işğala başlamaq üçün güc toplayacaqlar”

3
(Yenilənib 09:49 05.12.2020)
Xalq yazıçısı Çingiz Abdullayev deyir ki, bizim uşaqlarımızın, nəvələrimizin belə bir muzeyi olmalıdır ki, onlar gəlib görsünlər və heç zaman yaddan çıxarmasınlar
Çingiz Abdullayev: “Bizim tarixi muzeylərimiz çox olmalıdır”

Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Xalq yazıçısı Çingiz Abdullayev Sputnik Azərbaycan-a deyir ki, imzalanmış bu Sərəncam çox lazımlıdır:

“Bizim uşaqlarımızın, nəvələrimizin belə bir muzeyi olmalıdır ki, onlar gəlib görsünlər və heç zaman yaddan çıxarmasınlar. Əgər biz bu tarixi unutsaq, onlar torpaqlarımızı işğal etmək üçün yenidən güc toplayacaqlar. Mən inanmaq istəyirəm ki, bu məsələ həmişəlik həll olunub, müharibə bitib və biz bir daha torpaqlarımızı itirməyəcəyik. Bizim tarixi muzeylərimiz çox olmalıdır ki, uşaqlarımız tariximizi bilsinlər”.

Çingiz Abdullayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

3
Роберт Кочарян

Robert Köçəryan: Ermənistan hökuməti müharibənin qaçılmaz olması üçün əlindən gələni etdi

16
(Yenilənib 06:41 05.12.2020)
Köçəryanın sözlərinə görə, bütün uğursuzluqların səbəbkarı baş nazir Nikol Paşinyandır. Çünki o, bütün danışıqlar prosesinə sıfırdan başlamağa üstünlük verib.

BAKI, 5 dekabr - Sputnik. “Müharibənin qarşısını almaq olardı, ancaq Ermənistan hökuməti müharibənin qaçılmaz olması üçün hər şeyi etdi”.

APA xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan “5-ci kanal” telekanalına verdiyi müsahibəsində deyib.

“Əminəm ki, Ermənistan hakimiyyəti müharibənin qaçılmaz olması üçün hər şeyi etdi. Hər şey edildi. Yeni bir şey söyləməyəcəyəm, çünki bu bir ay ərzində mətbuatı izlədim. Demək olar ki, hər şey deyildi, sadəcə, deyilənləri vahid bir təsəvvür yaratmaq üçün ümumiləşdirə bilərsiniz. Niyə danışıqlar prosesi dalana dirəndi. Qəsdən edildi. Qarşılıqlı müstəsna bəyanatlar elə bir vəziyyət yaratdı ki, hətta həmsədrlər də erməni tərəfinin nə istədiyini anlamadılar”, - Köçəryan belə deyib.

Onun sözlərinə görə, bütün bu uğursuzluqların səbəbkarı baş nazir Nikol Paşinyandır. Çünki o, bütün danışıqlar prosesinə sıfırdan başlamağa üstünlük verib.

“Tavuşda sərhəd münaqişəsi təxribatı. Bizim tərəfimizdən törədilmiş təxribat. Bəli. Şimalda. Baş Qərargah rəisi deyəndə ki, 12 iyunda Ermənistanın müharibəyə hazır olmadığı barədə məruzə göndərib və bundan bir ay sonra belə bir təxribata cəhd etmək, bu insidentin mahiyyətini şişirtmək – 70 nəfəri ordenlərlə təltif edərək, Azərbaycanı və Türkiyəni məğlub etdiyimizi demək – bunlar müharibəyə yönəlmiş təxribat deyildisə, bəs nə idi? Əgər bilirsənsə hazır deyilsən, niyə bu addımı atırsan? Çünki düşündün ki, Türkiyə və Azərbaycan bunu sadəcə həzm edəcək?” - deyə sabiq prezident sözlərinə davam edib.

R.Köçəryan bildirib ki, Azərbaycana qarşı təxribatlarda boş sözlərə meyl etmək lazım deyildi:

“Bunu da bir hökumət üzvü etdi və əminliklə deyə bilərik ki, baş nazirin qurumu tərəfindən edildi.

Yeri gəlmişkən, bu cür davranmaq yalnız o halda mümkün idi ki, sən bir üstünlüyə maliksən və o qədər güclüsən ki, bu cür nüanslara əhəmiyyət vermirsən. Ancaq bu belə deyil: resurslar, əhali, büdcə, ümumi daxili məhsul baxımından. Bu doğru deyil. Yenə deyirəm, hökumətimiz şüurlu və ya şüursuz olaraq bu müharibənin qaçılmaz olması üçün hər şeyi etdi. Bu bir həqiqətdir”.

16
Teqlər:
baş nazir Nikol Paşinyan, erməni təxribatı, Tovuz, Ermənistan, Robert Köçəryan