Cəbhəboyu zona

Təmas xəttindəki vəziyyət yoxlanılacaq

57
(Yenilənib 16:15 27.08.2018)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır

BAKI, 27 avqust — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 28-də Göygöl rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.

57
Teqlər:
şəxsi nümayəndə, mandat, ATƏT, monitorinq, cəbhə
Əlaqədar
Cəbhədə yenə gərgin gecə yaşanıb
Cəbhədə silahlar susmayıb
Cəbhədə gərgin gecə keçib
Cəbhəyanı bölgədə cinayətkar dəstə ifşa olundu

Əsgərlərimiz hərbi parada hazırlaşırlar - VİDEO

35
(Yenilənib 18:03 05.12.2020)
Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq

BAKI, 5 dekabr - Sputnik. Dekabrın 10-da keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.
Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

35
Teqlər:
video, hazırlıq, Müdafiə Nazirliyi, hərbi, parad
Təyyarə, arxiv şəkli

Ermənistan Azərbaycanın hava məkanından istifadə etməyəcək?

23
(Yenilənib 16:35 05.12.2020)
"Qeyd etmək lazımdır ki, yeni işlənmiş qalxma və enmə sxemləri Azərbaycanın hava məkanından istifadəni nəzərdə tutmur"

BAKI, 5 dekabr — Sputnik. "Sünik" Qafan hava limanında təmir işləri başa çatıb. Sputnik Ermənistan xəbər verir ki, artıq hava limanı müvafiq lisenziya alıb.

Mülki Aviasiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, uçuş zolağının səthi tamamilə təmir olunub, yeni sərnişin kompleksi tikilib və beynəlxalq standartlara cavab verən yeni hasar çəkilib.

Məlumata görə, sertifikatlaşdırma prosesi qanunvericiliyin tələbinə və beynəlxalq standartlara uyğun olaraq həyata keçirilib. Hava limanından L-410 kimi 19 nəfərlik tutumu olan təyyarələr istifadə edə bilər.

"Qeyd etmək lazımdır ki, yeni işlənmiş qalxma və enmə sxemləri Azərbaycanın hava məkanından istifadəni nəzərdə tutmur", - deyə bildirilib.

Bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə Qafan hava limanının ərazisinin sərhəd demarkasiyası razılaşmaları çərçivəsində Azərbaycana veriləcəyi barədə məlumatlar yer almışdı.  Daha sonra Ermənistan bu xəbərlərə təkzib verdi.

23
Teqlər:
təmir, Ermənistan, Azərbaycan, aeroport, Qafan rayonu
Qandal, arxiv şəkli

Gəncədə narkotik satan alan şəxslər saxlanılıblar

0
(Yenilənib 18:33 05.12.2020)
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb

BAKI, 5 dekabr — Sputnik. Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Gəncə şəhər sakinləri - 31 yaşlı Tahir Əliyev və əvvəllər məhkum olunmuş, 27 yaşlı Orxan Sadıqov saxlanılaraq ŞBPİ-yə gətiriliblər. Onların üzərinə baxış keçirilən zaman O.Sadıqovun üzərindən ümumi çəkisi 1 qram, T. Əliyevin üzərindən isə 2 qram narkotik vasitə olan "marixuana" aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı həmin şəxslərə narkotik vasitə satan şəxsin əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Ramil Əliyev olduğu müəyyən edilib. Onun yaşadığı fərdi yaşayış evində keçirilən əməliyyat-axtarış zamanı üzərindən 15 ədəd kağız bükümlərdə, ümumi çəkisi 15 qram, evin dam örtüyünün altından isə ayrı-ayrı sellofan torbalarda və şüşə bankalarda qablaşdırlımış, ümumi çəkisi 4 kiloqram 025 qram qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Faklarla bağlı araşdırmalar davam etdirilir.

0
Teqlər:
Gəncə, narkotik maddə, narkotacir, narkotik