Angela Merkel və Nikol Paşinyan

Merkel Yerevanda Dağlıq Qarabağdan danışdı

364
(Yenilənib 20:38 24.08.2018)
Kansler xatırladıb ki, Almaniya ATƏT-in Minsk qrupunun üzvüdür

BAKI, 24 avqust — Sputnik. Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlverişli atmosferin yaranmasında yardım etməyə hazırdır.

Sputnik Azərbaycan Ermənistan KİV-ə istinadən məlumatına görə, bunu Almaniya kansleri Angela Merkel Yerevanda baş nazir Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı deyib.

Kansler xatırladıb ki, Almaniya ATƏT-in Minsk qrupunun üzvüdür: "Biz danışdıq ki, münaqişənin həll edilməsi yaxşı olardı. Amma yaxşı atmosferdə qərar vermək çox vacibdir. Almaniya bu işdə kömək etməyə hazırdır".

A.Merkelin sözlərinə görə, münaqişə danışıqlar olmadan həll edilə bilməz və münaqişənin həllində hər cür səy göstərilməsi vacibdir.

364
Teqlər:
münaqişə, bəyanat, Dağlıq Qarabağ, Yerevan, Almaniya kansleri Angela Merkel