Serj Sarqsyan

Sarqsyan İtaliyadan qayıdıb Qarabağa getdi

356
(Yenilənib 11:29 09.08.2018)
Sabiq prezident artıq üç gündür ki, Xankəndidədir

BAKI, 9 avqust — Sputnik. Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan istirahətdən sonra ölkəyə qayıdıb və Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə gedib. Bu barədə Sputnik Ermənistan "Jovohurd" nəşrinə istinadən xəbər verir.

Nəşr yazır ki, Sarqsyan 10 gün müddətinə xaricdə olub və İtaliyada istirahət edib. İstirahətdən gəldikdən sonra qısa müddətdə Yerevanda olub, daha sonra o, anasını görmək üçün Qarabağa gedib. Artıq üç gündür ki, Sarqsyan Xankəndidədir.

Ermənistanın üçüncü prezidentinin ofisinin rəhbəri Nairir Petrosyan Sarqsyanın ölkəyə qayıtdığını təsdiqləyib. Onun sözlərinə görə, Sarqsyan artıq bir həftədən çoxdur ki, Ermənistana gəlib.

356
Teqlər:
Serj Sarqsyan, Xankəndi, Ermənistan, Azərbaycan, prezident
Əlaqədar
Serj Sarqsyan üçün də "əcəl zəngi" çalındı
Serj Sarqsyan Ermənistanı tərk etdi
Paşinyan "Sarqsyan ovu"na başlayıb
Sarqsyanın baş cangüdəni həbs olundu