Pulemyot atəşi

Cəbhədə pulemyotlar işə düşdü

39
(Yenilənib 13:03 05.08.2018)
Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub

BAKI, 5 avqust — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 92 dəfə pozub.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Nəmirli, Şıxlar, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qərvənd, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

39
Teqlər:
iriçaplı pulemyotlar, Atəşkəsin pozulması, Ermənistan Silahlı Qüvvələri, Azərbaycan Müdafiə Nazirliyi, Qazax rayonu, Voskevan kəndi, Berkaber kəndi, Berd rayonu, Çinari kəndi, Muncuqlu kəndi, Qərvənd kəndi, Nüzgar kəndi, Xocavənd, Ağdam
Əlaqədar
Bu ölkədə atəşkəs bitdi: İndi qan su yerinə axacaq
Erməni tərəfi yenidən atəşkəs rejimini pozub
Türkiyə atəşkəs xəbərdarlığına məhəl qoymadı və dünyaya meydan oxudu
Sergey Lavrov "atəşkəs"dən danışdı
Cəbhədə bütün istiqamətlərdə atəşkəs pozuldu