QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiyalı general Yerevanda: Qarabağ və 102-ci baza müzakirəyə çıxarılıb

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidYerevan
Yerevan - Sputnik Azərbaycan
Abunə olmaq
Tonayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətlə bağlı rusiyalı generalı məlumatlandırıb

BAKI, 3 avgust — Sputnik. Ermənistanın müdafiə naziri David Tonoyan Yerevanda səfərdə olan Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fominlə görüşüb. Bu barədə Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir.

Rusiyadan Azərbaycana silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilib - Sputnik Azərbaycan
RUSİYA
Moskvada Yerevana qarşı böyük hiddət: Ermənistana silah satışı dayandırıla bilər

Məlumata əsasən, görüş zamanı tərəflər iki ölkə arasında siyasi, hərbi və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsinin vacibliyini qeyd ediblər. Eyni zamanda, hərbi-siyasi əməkdaşlığın aktual məsələləri və prioritet proqramlar, həmçinin Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının fəaliyyətinə dair də müzakirələr aparılıb.

Tonayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətlə bağlı rusiyalı generalı məlumatlandırıb. Tərəflər, həmçinin regional və beynəlxalq hərbi-siyasi vəziyyət haqqında fikir mübadiləsi aparıblar.

Xəbər lenti
0