ATƏT-in avtomobiləri təmas xəttində

Avropalılar Qarabağdakı vəziyyəti yoxlamaq üçün cəbhə xəttinə gedəcəklər

12
Avqustun 2-də Füzuli rayonu istiqamətində monitorinq olacaq

BAKI, 1 avqust — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 2-də Füzuli rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndə Anjey Kaspşik və onun səhra köməkçisi Gennadi Petrika keçirəcəklər.

12
Əlaqədar
Heyvan kəsimi məntəqələrində monitorinq aparılıb
ATƏT nümayəndələri cəbhə xəttində monitorinq keçirib
Monitorinq insidentsiz başa çatıb
Monitorinq insidentsiz başa çatıb
Qazax rayonu istiqamətində monitorinq gözlənilir