Cəbhə bölgəsində

Düşmənlə təmas xəttindən son xəbər

116
(Yenilənib 13:23 25.07.2018)
ATƏT nümayəndələri cəbhə bölgəsində olublar

BAKI, 25 iyul — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 25-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 25-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinq keçirilib. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster, Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Saymon Tiller keçirib.

116
Teqlər:
monitorinq, sərhəd, mandat, şəxsi nümayəndə, ATƏT
Əlaqədar
ATƏT-in monitorinqi insidentsiz başa çatıb
ATƏT nümayəndələri cəbhə xəttində monitorinq keçirib
Monitorinq insidentsiz başa çatıb
Növbəti monitorinqin yeri və vaxtı bilindi

Zəngilan rayonunun Qaragöz kəndi - VİDEO

8
(Yenilənib 13:28 08.03.2021)
1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunan Qaragöz kəndini Azərbaycan Silahlı Qüvvələri 2020-ci il noyabrın 9-da erməni tapdağından xilas ediblər

BAKI, 8 mart — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Zəngilan rayonunun Qaragöz kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Kənd Bəsitçayın sahilində, düzənlikdədir. Mənşəcə turkdilli inan tayfasının qaragöz qolunun adındandır. Hazırda qaragözlülör İranın Fars əyalətində inanlı tayfa birləşməsinin tərkibində yaşayırlar.

1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunan kəndi Azərbaycan Silahlı Qüvvələri 2020-ci il noyabrın 9-da erməni tapdağından xilas ediblər.

8
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, video, kənd, Zəngilan, Azərbaycan, Qarabağ
Hərbçinin ayaqqabısı, arxiv şəkli

Ermənilər Qarabağın cənubunda cəsəd axtarışını dayandırıblar

14
(Yenilənib 12:00 08.03.2021)
Münaqişə zonasında atəşkəs rejimi elan olunduqdan sonra Ermənistan tərəfi rəsmi olaraq 1490 erməninin cəsədinin tapıldığını etiraf edib.

BAKI, 8 mart - Sputnik. Qarabağdakı son döyüşlərdə itkin düşmüş və ölmüş erməni hərbçilərin cəsədlərinin axtarışları dayandırılıb.

Sputnik Ermənistan yazır ki, bunu Qarabağ separatçılarının "fövqəladə hallar üzrə dövlət xidməti" bildirib. 

Qeyd olunur ki, işlər Qarabağın cənub istiqamətində, Azərbaycanın işğaldan azad etdiyi torpaqlarında aparılacaqmış, ancaq orada güclü duman görmə məsafəsini xeyli qısaldıb. Bildirilir ki, hava şəraiti imkan versə, axtarışlar sabah davam etdiriləcək. 

Münaqişə zonasında atəşkəs rejimi elan olunduqdan sonra Ermənistan tərəfi rəsmi olaraq 1490 erməninin cəsədinin tapıldığını etiraf edib.

14
Teqlər:
hava şəraiti, axtarış, cəsəd, erməni hərbçi, Qarabağ
Gürcüstanda etirazlar

Gürcüstanda yeparxiya davası dindarların balkondan yıxılması ilə nəticələnib - VİDEO

0
(Yenilənib 00:20 09.03.2021)
Balkonda davam edən dava zamanı taxta dirəklər sınıb və oradakılar yerə yıxılıb. Xəsarət alanların arasında Gürcüstan telekanallarının jurnalistləri və operatorları da olub.

BAKI, 9 mart - Sputnik. Gürcüstanın Martvili şəhərindəki Çkondid yeparxiyasında baş verən dava zamanı on nəfər eyvandan yıxılıb, onlardan altısı xəsarət alıb.

Sputnik Gürcüstan xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi hadisəni araşdırmağa başlayıb.

Məlumata görə, yeni hakim mitropolit Stefanın sədrliyi ilə keçirilən qapalı iclasda ruhanilər arasında yaranmış mübahisə dava ilə bitib.

Çkondid və Martvilinin yeni mitropoliti Stefan ata keçmiş mitropolitin tərəfdarı olan iki dyakonun ibadət etməsini qadağan edib.

Bundan sonra yeparxiya xadimləri arasında qarşıdurma yaranıb. Kilsə və pastva xadimləri münasibətlərə aydınlıq gətirmək istəyiblər. Qarşıdurma binanın ikinci mərtəbəsinin eyvanında davam edib. Nəticədə taxta dirəklər sınıb və oradakılar yerə yıxılıb. Xəsarət alanların arasında Gürcüstanın Formula-1, POSTV, TV Pirveli, Rustavi 2 telekanallarının jurnalistləri və operatorları da olub.

Xəsarət alanlar təcili yardım briqaları tərəfindən xəstəxanaya aparılıb. Gürcüstan Patriarxlığı hələlik Çkondid yeparxiyasında baş verənləri şərh etməyib.

Gürcüstanın Daxili İşlər Nazirliyi Martvili rayonundakı Çkondid yeparxiyasında baş verən dava faktı ilə bağlı cinayət işi qaldırıb. "Ehtiyatsızlıqdan sağlamlığa zərər vurma" maddəsi üzrə təhqiqat aparılır. Gürcüstan qanunvericiliyinə görə, bu maddə özündə inzibati cərimələri və yaxud iki ilə qədər islah işlərini nəzərdə tutur.

 

0