Azərbaycanın işğal edilmiş Ağdərə rayonu, arxiv şəkli

Dağlıq Qarabağla bağlı kağız üzərində qalan qərar

79
(Yenilənib 03:29 25.07.2018)
İyirmi yeddi il əvvəl SSRİ-nin siyasi rəhbərliyi Dağlıq Qarabağdakı qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi barədə qərar qəbul edib

BAKI, 25 iyul — Sputnik. 1990-cı il iyulun 25-də SSRİ-nin siyasi rəhbərliyi — Sov.İKP Mərkəzi Komitəsi Dağlıq Qarabağdakı qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi barədə qərar qəbul edib.

Moskvanın bu sərt addımı 1990-cı ilin mayında Ermənistanda keçirilmiş parlament seçkilərində millətçi və müstəqillik tərəfdarı Erməni Ümümmilli Hərəkatının qalib gəlməsi ilə bağlı idi.

Sov.İKP MK-nın qərarına müvafiq olaraq Dağlıq Qarabağda erməni silahlı dəstələrinin qismən tərksilah edilməsi ilə bağlı bir neçə əməliyyat (o cümlədən 1991-ci ilin aprel-may kampaniyası) keçirilmişdi.

Lakin bu qərar da əsas etibarilə kağız üzərində qaldı.

79
Teqlər:
tərksilah, SSRİ, Dağlıq Qarabağ, qərar