Donald Tramp

Donald Tramp erməni lobbisini sıxışdırmağa başlayıb

374
(Yenilənib 16:22 23.07.2018)
Piter Teys: "ABŞ prezidenti Azərbaycanla ticarət, mədəniyyət və müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə davam edəcək"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 23 iyul — Sputnik. ABŞ və Rusiya prezidentləri Donald Tramp ilə Vladimir Putin arasında həftənin əvvəlində baş tutan görüşün əks-sədası hələ də səngimir. Günlər getdikcə Qərb KİV-də bu görüşə dair yeni məlumatlar ortaya çıxır.

Politoloq Piter Teys
Politoloq Piter Teys

Bəs bu görüşün Cənubi Qafqaza, həmçinin Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə hər hansı bir təsiri olacaqmı? Sputnik Azərbaycan bu suallar amerikalı politoloq Piter Teysə müraciət edib.

Prezidentlərin Helsinki görüşünün Cənubi Qafqaza təsirindən danışan Teys bildirib ki, prezident Tramp Azərbaycan Respublikası ilə ticarət, mədəniyyət və müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə davam edəcək: "Hazırda Ağ Ev müxtəlif lobbi qruplarının təsirini azaldacaq qanun layihələri qəbul edir. Prezident Trampı erməni lobbisi də daxil olmaqla, bir sıra müxtəlif lobbi qruplarının ABŞ Konqresi və icra orqanlarına təsirinin azaldılması istiqamətində gördüyü işlərə görə alqışlamaq lazımdır".

Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, politoloq düşünür ki, yaxın gələcəkdə danışıqlar daha da intensivləşəcək və Azərbaycanın ərazi bütövlüyü zəmanət altına alınacaq: "Bundan əlavə, ATƏT-in Minsk Qrupunun səlahiyyətləri ya genişləndiriləcək, ya da bu proses öz fəaliyyətini dayandıracaq".

"Çox təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupu 1992-ci ildən bəri münaqişənin həllində heç bir irəliləyişə nail ola bilməyib. Minsk Qrupunun həmsədrləri əksər hallarda hər hansı bir konkret mövqe və məqsəd olmadan regiona səfər edərək Ermənistan və Azərbaycanın vergi ödəyicilərinin pullarını xərcləyirlər" — Teys vurğulayıb.

374
Teqlər:
Piter Teys, Donald Tramp, Cənubi Qafqaz, Dağlıq Qarabağ münaqişəsi, Vladimir Putin, Ermənistan, Rusiya, Azərbaycan, ABŞ, görüş, prezident
Əlaqədar
ABŞ dövlət katibi və müdafiə naziri Azərbaycana gələ bilər
"Azərbaycanlı oğlanı ABŞ seçkilərinə müdaxilədə ittiham edirlər"
Vaşinqton üçün Azərbaycanda bir nömrəli məsələ: Bu, ABŞ-a hava-su kimi lazımdır
"Azərbaycan Əfqanıstanın yenidən qurulmasında iştirak edir" - ABŞ rəsmisi
ABŞ Konqresinin üzvü Azərbaycanla bağlı bəyanat verdi