İşğal edilmiş Əsgəran rayonu

Cəbhədə gərgin gecə olub

20
(Yenilənib 10:15 14.07.2018)
Atəşkəsin pozulması intensivliyi artıb

BAKI, 14 iyul — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 92 dəfə pozub.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Abdinli, Kəngərli, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

20
Teqlər:
Müdafiə Nazirliyi, atəşkəs rejimi, iriçaplı pulemyotlar, Ermənistan silahlı qüvvələri
Füzuli rayonunda dağıdılmış məscid, arxiv şəkli

Ermənilər daha bir məscidimizi tövləyə çeviriblər - VİDEO

5
(Yenilənib 14:31 26.11.2020)
Anar Kərimov: "Kaş ki Fransa Senatı birtərəfli və son dərəcə siyasiləşdirilmiş qərarlar qəbul etmək əvəzinə, gəlib ermənilərin Qarabağ ərazilərində nə etdiklərinə baxardılar. Füzuli rayonunda XIX əsrə aid olan Merdinli kənd məscidi tövləyə çevrilib".

BAKI, 26 noyabr — Sputnik. Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov ermənilərin işğal zamanı daha bir məscidimizə qarşı etdiyi vandalizm hərəkətləri barədə yazıb. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə "Twitter" hesabında paylaşım edib.

"Kaş ki Fransa Senatı birtərəfli və son dərəcə siyasiləşdirilmiş qərarlar qəbul etmək əvəzinə, gəlib ermənilərin Qarabağ ərazilərində nə etdiklərinə baxardılar. Füzuli rayonunda XIX əsrə aid olan Merdinli kənd məscidi tövləyə çevrilib".

Kadrlardan məsciddə karikatura çəkilməsini görmək mümkündür.

5
Teqlər:
video, erməni vandalizmi, tövlə, məscid, Füzuli
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Ağdamda Cümə məscidi, arxiv şəkli

Xalq artisti Ağdamda azan səsləndirib - VİDEO

7
(Yenilənib 14:14 26.11.2020)
Bundan başqa, 27 ildən sonra doğma torpağına ayaq basan xalq artisti sənət yoldaşı Təyyar Bayramovla "Qarabağ" mahnısını da ifa ediblər

BAKI, 26 noyabr — Sputnik. Əslən Ağdamdan olan Xalq artisti Mənsum İbrahimov öz doğma torpağına səfər edib. Ağdam məscidini ziyarət edən Xalq artisti orada azan səsləndirib.

Bundan başqa, 27 ildən sonra doğma torpağına ayaq basan xalq artisti sənət yoldaşı Təyyar Bayramovla "Qarabağ" mahnısını da ifa ediblər.

7
Teqlər:
Cümə məscidi, Mənsum İbrahimov, xalq artisti, azan, Ağdam
 Azərbaycan hərbçiləri, arxiv şəkli

Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi bəlli oldu

0
(Yenilənib 14:43 26.11.2020)
"Vətən Müharibəsi Qəhrəmanı" adının xüsusi fərqlənmə nişanı - "Vətən Müharibəsi Qəhrəmanı" Azərbaycan Respublikasının medalıdır

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, qanun layihəsinə görə, "Vətən Müharibəsi Qəhrəmanı" Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir.

"Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmənin qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycanın dövlət sərhədlərinin bərpa edilməsi üzrə döyüş əmədiyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.

"Vətən Müharibəsi Qəhrəmanı" müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun öz təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən verilir.

"Vətən Müharibəsi Qəhrəmanı" adının xüsusi fərqlənmə nişanı - "Vətən Müharibəsi Qəhrəmanı" Azərbaycan Respublikasının medalıdır.

"Vətən Müharibəsi Qəhrəmanı" medalının təsviri qanunla müəyyən olunur. "Vətən Müharibəsi Qəhrəmanı" medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.

"Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxsə aşağıdakılar təqdim edilir:

- "Vətən Müharibəsi Qəhrəmanı" medalı;

- "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı.

"Vətən Müharibəsi Qəhrəmanı" eyni şəxsə bir dəfə verilir. "Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edirlər. "Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxslər həmin addan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olunmuş qaydada məhrum edilir.

Qanuna layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

0
Teqlər:
Milli Məclis, medal, Azərbaycan