Federika Moqerini

Avropa İttifaqından "son dərəcə vacib" Dağlıq Qarabağ çağırışı

360
(Yenilənib 11:33 12.07.2018)
"Tərəflərin Minsk Qrupunun həmsədrlərinin himayəsi altında ilkin şərtlər olmadan tam şəkildə danışıqlarda iştirak etməsi son dərəcə vacibdir"

BAKI, 12 iyul — Sputnik. Avropa Komissiyasının vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tərəflərini ilkin şərtlər olmadan danışıqlara çağırıb.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatiya xidməti, Federika Moqerini və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüşdən sonra açıqlama yayıb.

"Bu kontekstdə tərəflərin Minsk Qrupunun həmsədrlərinin himayəsi altında ilkin şərtlər olmadan tam şəkildə danışıqlarda iştirak etməsi son dərəcə vacibdir" — deyə Mogerini qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Ermənistanda növbəti seçkilərin təşkili və onların monitorinqinin aparılmasında yardım etməyə hazırdır.

360
Teqlər:
Nikol Paşinyan, Federika Moqerini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Avropa Komissiyası, vitse-prezident
Əlaqədar
Dağlıq Qarabağla bağlı kritik görüşün vaxtı açıqlandı
Dağlıq Qarabağ məsələsi ATƏT PA-nın sessiyasında gündəmə gəldi
Ermənistan ordusu Dağlıq Qarabağda hərbçisini itirdi
"Dağlıq Qarabağda baş verən qiyamlar Bakını müdafiəsiz qoydu"
Rusiya Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəklədi
Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır