BAKI, 9 iyul — Sputnik. "2018-ci ilin əvvəlində əldə olunan razılıq ondan ibarət idi ki, mövcud gündəlik əsasında Ermənistanda və Azərbaycanda keçiriləcək seçkilərdən sonra intensiv danışıqlar davam etdirilsin".
Sputnik Azərbaycan xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov "AZƏRTAC"a müsahibəsində bildirib. Onun sözlərinə görə, göründüyü kimi, Ermənistanda labüd siyasi böhran baş verib: "Azərbaycan bunu daim bəyan edirdi ki, Sarqsyan rejiminin yürütdüyü siyasət Ermənistanı uçuruma aparır. Ermənistandakı siyasi prosesləri təmkinlə və yaxından izləyərək Azərbaycan tərəfi bildirdi ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr sağlam düşüncəli siyasət yürüdərlərsə, münaqişənin həllində irəliləyiş əldə etmək olar".
"Əgər onlar da Sarqsyan rejiminin yolu ilə gedərlərsə, onları da eyni aqibət gözləyir. Ermənistan rəhbərliyi başa düşməlidir ki, münaqişənin həll edilməsi onların ən çox ehtiyac duyduğu regional əməkdaşlıq imkanları yarada və regionda davamlı sülhü təmin edə bilər" — XİN başçısı vurğulayıb.
E. Məmmədyarov bildirib ki, danışıqlar prosesində Azərbaycanın mövqeyi aydın, birmənalı və qətidir: "Və bu, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatı və gündəliyi aydındır. Münaqişənin mərhələli həlli prosesinin yol xəritəsini də hər kəs çox yaxşı bilir".
Nazirin sözlərinə görə, münaqişənin həllində irəliləyiş əldə etmək üçün, ilk növbədə, işğal faktı aradan qaldırılmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır: "İyulun 11-də Brüsseldə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Seçim Ermənistan tərəfdədir. Qarşıdan gələn görüş göstərəcək ki, Ermənistan, nəhayət, münaqişənin həllində konstruktiv rol oynamağa hazırdır, ya yox".
Ruslan Cəfərli Tərtər rayonunun Suqovuşan, Talış kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 13 oktyabrda isə komandiri ilə birgə şəhid olub və Mingəçevir Şəhidlər xiyabanında dəfn edilib.
Doğmaları sosial şəbəkələrdə bir xanımın onun ölümünə üzülərək yazdığı “Sənə qurban olum, Ruslan, sən nə tez qara torpağa getdin?!” statusuna rast gəliblər. Bir müddət sonra isə onun məzarını ziyarətə gedəndə orada tək qızılgül görüblər. Şəhidin anası Tahirə Nağıyeva həmin gülün kim tərəfindən qoyulduğunu bilmir. Ana həmin xanımı görmək, onunla söhbətləşib bir az təsəlli tapmağı arzulayır.
Bir bacının yeganə qardaşı olan Ruslan Cəfərli ölkə başçısının sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
BAKI, 20 yanvar — Sputnik. Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbirdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb, ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baş vermiş hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib.
BAKI, 20 yanvar - Sputnik. Ağ Evi tərk edən ABŞ Prezidenti Donald Tramp tərəfdaşlarına "bu və ya başqa formada" geri dönəcəyini söz verib.
"Sizi sevirik. Bu və ya başqa formada qayıdacağıq... Qoy hər işiniz yaxşı olsun. Tezliklə görüşənədək", - Vaşinqtonu tərk edib Floridaya uçmazdan əvvəl "Endryus" aviabazasında toplaşmış qohumları və tərəfdarları qarşısında çıxış edən Tramp deyib.
JUST IN: In his closing remarks as President, Donald Trump wished the incoming administration “great luck,” but said “we will be back in some form.” https://t.co/pylyIzv6mm pic.twitter.com/BrnDeMMCMn
— CNN (@CNN) January 20, 2021
O, vitse-prezident Mayk Pensə və Konqresə xüsusi minnətdarlıq edərək birlikdə yaxşı işlədiklərini vurğulayıb.
Bundan sonra o, ailəsinin yanına qayıdıb, qızı Tiffanini qucaqlayıb, təyyarəyə doğru yönələrkən isə qayıdaraq Ağ Evin sabiq başçısı Mark Midousun əlini sıxıb və fəxri qarovulun müşayiəti ilə prezident təyyarəsinə minib. Təyyarə havaya qalxanda isə aviabazada Frenk Sinatranın ifasında "My Way" (Mənim yolum) mahnısı səsləndirilib.
Air Force One leaves Joint Base Andrews, with US President Donald Trump onboard for the final time – as the Frank Sinatra song, My Way, plays out across the air basehttps://t.co/AbQxlbyS9h pic.twitter.com/UFAH2VgJic
— BBC News (World) (@BBCWorld) January 20, 2021