Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev

Azərbaycan XİN işğal faktı ilə bağlı bəyanat yayıb

160
(Yenilənib 10:27 30.07.2018)
"Ağdərənin köklü Azərbaycan əhalisinin tam etnik təmizləməsi ilə müşayiət olunan işğalı nəticəsində Azərbaycan xalqına məxsus mədəni irsinin talan edildi"

BAKI, 6 iyul — Sputnik. "İyulun 7-də Azərbaycanın Tərtər rayonunun tərkibinə daxil olan Ağdərə və ətraf kəndlərin işğalından 25 il ötür. Məlum olduğu kimi, Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başlayana qədər Ağdərə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin 5 rayonundan birinin inzibati mərkəzi idi. 1989-cu ildə SSRİ tərəfindən aparılmış son əhalinin siyahıya alınmasına görə rayonun 14 kəndində 14 min azərbaycanlı əhali yaşayırdı. Bu göstəriciyə görə Ağdərə azərbaycanlı əhalinin sayına görə Şuşadan sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan beş inzibati rayondan biri idi. Ərazidə zəngin daş kömür, əhəngdaşı, qızıl və mis yataqları, qurğuşun, sink yataqları, habelə Tərtər çayı üzərində Sərsəng Su Elektrik Stansiyası var. Rayonun 75059 min hektar ərazisi (rayonun ərazisinin 44 faizi) nadir və qiymətli ağac növləri olmaqla meşə massivləri ilə örtülü idi".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Ağdərə və ətraf kəndlərin işğalının 25-ci ildönümü ilə əlaqədar yaydığı bəyanatda yer alıb. O bildirib ki, Ağdərənin köklü Azərbaycan əhalisinin tam etnik təmizləməsi ilə müşayiət olunan işğalı nəticəsində Azərbaycan xalqına məxsus mədəni irsinin talan edildi, xüsusiyyətləri saxtalaşdırıldı və infrastrukturu dağıdıldı.

"Bu sırada qəsdən erməniləşdirmək məqsədilə alban xristian irsinin şah arxitektur əsərlərindən olan XIII əsrə aid Gəncəsar məbəd kompleksi saxtalaşdırılmış formada təmir edilib. Bu qeyri-qanuni əməllər tarixi reallığın saxtalaşdırılması və Qarabağın etnik tərkibinin dəyişdirilməsi siyasətinin davamıdır. Bu prosesin bariz nümunələrindən biri 1978-ci ildə Şıxarx kəndində İranın Marağa şəhərindən 200 erməni ailəsinin Qarabağa köçürülməsinin 150 illiyi ilə əlaqədar ucaldılmış abidə idi. Lakin, Ermənistanın təcavüzünün başlamasından sonra ermənilərin həmin ərazilərdə yaxın tarixdə peyda olmasını xatırladan bu abidə məhv edildi" — deyə H.Hacıyev bildirib.

O, əlavə edib ki, Ermənistan və işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejim ötən 25 il ərzində Ağdərənin sərvətlərinin talan edilməsi üçün qeyri-qanuni əməlləri həyata keçirir: "Bu xüsusda xarici hüquqi və fiziki şəxslərin də cəlb edilməsi ilə ərazinin təbii mineral resursları qeyri-qanuni şəkildə və vəhşicəsinə talan edilir. İşğal altında qalan Sərsəng su anbarının texniki təhlükəsizliyinin təmin olunması üçün zəruri diqqət ayırmır və bu da nəticə etibarilə, Tərtər çayı boyunca yerləşən çoxsaylı Azərbaycan yaşayış məntəqələri üçün təhlükə yaradır. Sərsəng su anbarı ilə əlaqədar yaranmış vəziyyətə görə ciddi narahatlıq Avropa Şurası Parlament Assambleyasının 2085(2016) saylı qətnaməsində ifadə olunmuşdu".

XİN sözçüsü xatırladıb ki, 1976-cı ildə tikilmiş Sərsəng su anbarı ətrafda yaşayan insanların və kənd-təsərrüfatının su ilə təmin edilməsi üçün nəzərdə tutulsa da, bu əraziləri işğal etdikdən sonra Ermənistan su anbarını humanitar və ekoloji terror vasitəsinə çevirib: "Ermənistan qəsdən qış aylarında anbarı açaraq ətraf ərazilərin su altında qalmasına şərait yaradır, suya ehtiyac duyulan isti aylarda isə onun istifadəsinə imkan vermir. Nəticə etibarilə, insanların su təminatı və kənd-təsərrüfatı fəaliyyəti, ərazinin bio-müxtəlifliyinin məhv olması və torpağın quruluşunu dəyişməsi üçün ciddi təhlükələr yaranır. Cenevrə Konvensiyaları və əlavə protokollar, 1966-cı il Mülki və siyasi hüquqlar və İqtisadi, sosial və mədəni hüquqlara dair beynəlxalq pakt, BMT Baş Assambleyasının 64/292 saylı 28 iyul 2010-cu il tarixli qətnaməsi və digər beynəlxalq sənədlərdə sudan istifadə insan hüquqlarının tərkib elementi kimi təsbit edilib".

"BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində təsbit olunduğu kimi beynəlxalq ictimaiyyət Azərbaycanın ərazilərinin işğalını pisləyir və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Yalnız bu istiqamətdə təxirəsalınmaz addımların atılması Ermənistan-Azərbaycan münaqişəsinin siyasi həlli və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına, o cümlədən Ağdərəyə və ətraf kəndlərə qayıtmasına əsas yarada bilər. Ermənistanın süni şəkildə Azərbaycan ərazilərinin işğalına əsaslanan status-kovunu davam etdirmək cəhdləri ciddi gərginliklərə səbəb olur ki, bunun da məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür" — Hacıyev vurğulayıb.

160
Teqlər:
Ağdərə, Dağlıq Qarabağ Muxtar Vilayəti, hərbi təcavüz, Tərtər rayonu, kənd, SSRİ, əhali, Azərbaycan SSR, Ermənistan, Azərbaycan, işğal
Əlaqədar
Azərbaycan Ordusu Günnüt kəndini işğaldan belə azad etdi - VİDEO
Polkovnik-leytenant: “Naxçıvanda mühüm strateji yüksəkliklər işğaldan azad edilib”
İlham Əliyev: “Ümid edirəm ki, torpaqlarımızın işğalı faktına adekvat qiymət veriləcək”
Azərbaycan ordusu daha bir kəndi işğaldan azad etdi - RƏSMİ
Azərbaycanın işğal altında olan ərazisində nə baş verir: İkinci "Paşinyan inqilabi?"
Arif Quliyev zərərçəkən

Ağdamda minaya düşən Xocalı sakini hadisənin necə baş verdiyini anladıb

22
(Yenilənib 14:52 18.04.2021)
“Özüm Xocalı rayonundan məcburi köckün düşmüşəm və Ağcabədi rayonun Yuxarı Qıyaməddinli kəndində məskunlaşmışam. Ağdam rayon ərazisində heyvan otararkən minaya düşdüm sol ayağımı itirdim."

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 18 aprel - Sputnik. Ötən gün axşam saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə bədbəxt hadisə baş verib. Xocalı rayonundan məcburi köçkün olan Arif Quliyev qoyun otararkən minaya düşüb.

Onun sözlərinə görə, hadisə baş verən vaxt o ərazidə tək olub.

“Özüm Xocalı rayonundan məcburi köckün düşmüşəm və Ağcabədi rayonun Yuxarı Qıyaməddinli kəndində məskunlaşmışam. Ağdam rayon ərazisində heyvan otararkən minaya düşdüm sol ayağımı itirdim.”, - deyə o, başına gələni Sputnik Azərbaycan-ın bölgə müxbirinə anladıb. 

Zərərçəkənin sözlərinə görə mina partlayışı zamanı heyvanlar xeyli uzaqda olduğundan tələfat olmayıb.

© Sputnik / Emin Alisahib
Çingiz Həsənov

Xəsarət alan şəxs Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Rayon mərkəzi xəstəxanasının travmotoloqu Çingiz Həsənov bildirib ki, yaralı gətrilərkən vəziyyəti ağır olub. Mina partlaması nəticəsində Arif Quliyev sol ayağın orta aşağı üçdə biri nahiyəsindən travmatik apmutasiya olunub.

"Xəstənin vəziyyəti ağır olduğu üçün Reanimasiyon tədbirlər aparıldı. Xəstənin sol baldırının yuxarı üçdə biri protokola uyğun olaraq travmatik amputasiya edildi. Hazırda xəstənin vəziyyəti kafidir.”, - deyə həkim bildirib.

Hazırda zərərçəkənin xəstəxanada müalicələri davam etdirilir.

22
Füzuli rayonunda yerləşən Araz qəzetinin nüsxəsi

Vətəninə qayıdan 90 yaşlı "Araz" bərpa olunacağı günü gözləyir

413
(Yenilənib 20:10 17.04.2021)
İşğaldan azad edilmiş Füzuli şəhərində ermənilər tərəfindən dağıdılmış "Araz" qəzetinin redaksiyası bərpa ediləcək.

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 17 aprel — Sputnik. Füzulidə ermənilər tərəfindən dağıdılmış "Araz" qəzetinin redaksiyası bərpa ediləcək. Bunu mədəniyyət naziri Anar Kərimov bir neçə gün əvvəl "Twitter" hesabında yazıb. Nazir qeyd edib ki, əsası 1931-ci ildə Füzulidə qoyulmuş "Araz" qəzeti Ermənistanın işğalından öncə regionda əsas media orqanı olub: "Binanın fasadının yalnız bir hissəsi vandalizmdən xilas edilib. Biz onu bərpa edəcəyik".

Bu xəbərdən sonra üz tuturuq, Füzuli rayonunda olan "Araz" qəzetinin redaksiyasına. Qarşımıza dağılmış və vandalizmə məruz qalmış "Araz" qəzetinin redaksiyası çıxır.

  • Araz qəzetinin binası
    © Sputnik / Emin Alisahib
  • Araz qəzetinin binası
    © Sputnik / Emin Alisahib
  • Füzuli rayonunda yerləşən Araz qəzetinin nüsxəsi
    © Sputnik / Emin Alisahib
1 / 3
© Sputnik / Emin Alisahib
Araz qəzetinin binası

Əvvəlcə onu deyək ki, vaxtı ilə Füzuli rayonunda hamının abunə olduğu və oxuduğu yeganə qəzet "Araz" qəzeti olub. Qəzetlə bağlı ətraflı məlumat verən Füzuli Tarix-diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədov deyir ki, "Araz"ın çoxlu oxucu kütləsi olub. "Günəş çıxmaya bilər, amma qəzet mütləq çıxmalıdır", prinsipi ilə çap edilən bu qəzet rayon mətbəəsində həftədə üç dəfə 3500-4000 nüsxə tirajla çıxıb: "Füzulidə nəşr olunan "Araz" qəzeti azsaylı redaksiyalardan idi ki, burada texniki işçilərin də çoxu universitetin Jurnalistika fakültəsinin məzunları idi. Yəni "Araz" redaksiyada sürücüdən və xidmətçidən başqa hamısı diplomlu idi. Doğrudan da korrektor, teletaypçı, makinaçı, hətta yerli radio verilişlərinin diktoru da ixtisasca jurnalist idi. Əlbəttə ki, belə bir kollektiv, dərc olunan qəzetdə rayonun sosial-iqtisadi və mədəni həyatını dolğun şəkildə işıqlandırırdı".

Müsahibimizin sözlərinə görə, "Araz" qəzetinin redaksiyası 1931-ci ildə yaradılıb. Lakin, qəzet 1966-cı ilə qədər "Qızıl Araz" adı ilə nəşr olunub. 1966-cı ildən sonra isə "Araz" adı ilə nəşrini davam etdirib. İşğaldan sonra isə "Qarabulaq" və hal-hazırda "Qayıdış" adı ilə nəşr olunur. Elçin Əsədov deyir ki, "Araz" qəzeti Ermənistanın işğalından əvvəl bölgədəki əsas media orqanı olub: "Ermənilər buranı işğal etməzdən əvvəl redaksiya tam heyəti ilə işləyirdi. İndi binanın fasadının yalnız bir hissəsi vandalizmdən xilas olub. Düzdür, "Araz" qəzetinin redaksiyasının bərpası nəzərdə tutulur. Əslində biz bərpanı da gözləyirdik. Çünki, bu qəzetin tarixi xeyli qədimlərə dayanır. 90 yaşlı "Araz" qəzetinin Füzuli Tarix-diyarşünaslıq Muzeyində 500-ə müxtəlif vaxtlarda nəşr olunmuş nümunələri saxlanılır".

© Sputnik / Emin Alisahib
Araz qəzetinin binası XX əsr

Qeyd edək ki, muzeydə qorunub, saxlanılan qəzetlərdə gündəlik olaraq Füzuli rayonunun mədəni, siyasi, iqtisadi və əmək sahələrində çalışan zəhmətkeş insanlar haqqında məlumatlar verilib. Səhifələrində sözlərin də inci kimi seçilib, yer aldığı "Araz" qəzeti yəqin ki, yaxın günlərdə öz əvvəlki adını da geri qaytaracaq. Ümidvarıq ki, qarşıdakı günlərdə biz "Qayıdış" yox, elə 30 il əvvəlki "Araz" qəzetinin abunəçisi olcağıq…

413
Президент РФ Владимир Путин и министр обороны РФ Сергей Шойгу во время прогулки в тайге

Putin həftə sonunu Şoyqu ilə birlikdə çox sevdiyi Sibirdə keçirdi

0
(Yenilənib 21:09 18.04.2021)
Peskov deyib ki, Putin Uzaq Şərqi də ziyarət edir, Soçini, Krasnaya Polyananı, Krımı da çox sevir. Bütün bu bölgələrin içində Rusiya Prezidenti ən çox Sibirə üstünlük verir.

BAKI, 18 aprel - Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin ölkəsinin hansı bölgələrini daha çox sevdiyindən bəhs edib. 

Sputnik Azərbaycan xəbər verir ki, "Rossiya 1" telekanalına müsahibəsində Peskov deyib ki, Rusiya Prezidenti Sibiri hər yerdən çox sevir.

"Digər tərəfdən, o, Uzaq Şərqi də ziyarət edir, Soçini və Krasnaya Polyananı sevir. Putin Krımı da çox sevir. Bütün bu bölgələrin içində Rusiya Prezidenti ən çox Sibiri sevir", - Peskov deyib. 

Peskov onu da qeyd edib ki, mart ayının sonunda prezident Müdafiə naziri Sergey Şoyqu ilə birlikdə bir həftə sonunu Sibirdə keçirib.

"Tayqa boyunca gəzdilər. Şoyqu Putinə hobbi olaraq quru ağacları emal etmək və onlardan əl işləri yaratmaqla məşğul olduğu atelyesini göstərdi", - Peskov əlavə edib.

Xatırladaq ki, Putin doğum günlərini də təbiət qoynunda ov edərək keçirməyi çox sevir. Son illərdə onbu belə səyahatlərində adətən Sergey Şoyqu müşayiət edir. 

0