QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan XİN Qarabağdakı son hərəkətlənməyə reaksiya verdi: Hərbi avantüradır

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Daxili Qoşunların Qarabağda yerləşdirilməsi Ermənistan ordusundakı acınacaqlı vəziyyəti göstərir"

BAKI, 4 iyul — Sputnik. "Ermənistanın yeni hakimiyyətinin bu addımı hərbi avantüradır və vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Beynəlxalq hüquqa zidd bir şəkildə Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının böyük bir hissəsi Azərbaycanın işğal olunmuş ərazilərində cəmləşdirilib".

Ermənistan DQ-nin əsgərləri - Sputnik Azərbaycan
QARABAĞ
Paşinyan daxili qoşunları Qarabağa göndərir

Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Hikmət Hacıyev Ermənistanın daxili qoşunlarının Azərbaycanın işğal altında olan Dağlıq Qarabağa yerləşdirilməsinə dair xəbərlərə münasibət bildirirəkən deyib. O bildirib ki, daxili qoşun birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirməsi Ermənistan ordusunda acınacaqlı vəziyyətin və şəxsi heyətin komplektləşdirilməsində üzləşdiyi ciddi problemlərin əyani göstəricisidir.

"Bununla bərabər, ölkənin üzləşdiyi sosial-iqtisadi problemlərin həllində ciddi çətinliklərlə üzləşən Ermənistanın populist rəhbərliyi bu kimi gərginlik abu-havası və hərbi ritorika ilə ictimai rəyi manipulyasiya etməyə və öz reytinqini saxlamağa çalışır. Öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaq əvəzinə Ermənistanın Daxili qoşun birləşmələrini də Azərbaycanın işğal olunmuş ərazilərinə dislokasiya etməsi Ermənistan işğalçı dövlət olduğunu və rəsmi Yerevanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını növbəti dəfə açıq şəkildə nümayiş etdirir. Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür" — deyə H.Hacıyev vurğulayıb.

Qeyd edək ki, Ermənistan rəhbərliyi polisin daxili qoşunlarını xidmət keçmələri üçün sərhədə göndərmək niyyətindədir. Bu barədə Sputnik Ermənistan "Qraparak" nəşrinə istinadən bildirir.

""Daxili qoşunlar haqqında" qanuna əsasən bu qoşun növünün hədəflərindən biri "müdafiədə iştirakdır", lakin əvvəlki hökumət bu qoşun növündən etiraz aksiyalarını dağıtmaq üçün istifadə edib. Ermənistan polisinin rəisi Valeriy Osipyan şənbə günü bölmələrlə görüşüb və bildirib ki, o, bununla bağlı Müdafiə Nazirliyindən təklif alıb və qəbul edib. Təşəbbüs isə baş nazir Nikol Paşinyan tərəfindən irəli sürülüb" — deyə məqalədə qeyd olunur.

Qəzetin məlumatına görə, bir bölmə öz narazılığını bildirib. Osipyan qeyd edib ki, avqustun 15-dən daxili qoşunlar 15 günlük növbə ilə Qarabağa göndəriləcək. Burada olduğu vaxtda isə onlara əlavə əmək haqqı ödəniləcək. Polis rəhbərliyi öz növbəsində görüş faktını təsdiqləyib və bildirilib ki, belə bir qərar verilsə, onlar bu barədə ictimaiyyətə məlumat verəcəklər.

Xəbər lenti
0