The HALO Trust Dağlıq Qarabağ ərazisində qanunsuz olaraq fəaliyyət göstərir

Rusiyalı nüfuzlu şəxsdən Qarabağ barədə tarixi açıqlama

255
Dugin Azərbaycan, Ermənistan və Rusiya arasındakı tarixi razılaşmanın detallarını açıqlayıb

BAKI, 1 iyul — Sputnik. "Hazırda Qarabağda olmağımız təsadüfi deyil. Rusiya Federasiyası Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, bu, dünya birliyinin də mövqeyidir".

APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksadr Dugin Cocuq Mərcanlı kəndində  rusiyalı və azərbaycanlı ekspert və deputatların iştirakı ilə keçirilən "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda konfransda bildirib.

Dugin deyib ki, Qarabağdan azərbaycanlılar qovulduqdan sonra "DQR" heç vaxt legitim hesab oluna bilməz: "Əvvəl Azərbaycan, Ermənistan və Rusiya belə qərara gəlmişdi ki, ilkin olaraq 5 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılsın. Bu sülhə yol açardı və bu məsələdə ən yaxşı variantdır. Ermənistanın indiki hökuməti buna real yanaşaraq, razılaşmaya sadiq olmalıdır. Bu, sülhün yeganə roludur".

255
Əlaqədar
Cocuq Mərcanlı məktəbliləri UNEC-ə dəvət olunub
İlham Əliyev Cocuq Mərcanlı ilə bağlı sərəncam imzaladı
Azərbaycandan üzr istəyən rusiyalı musiqiçi Cocuq Mərcanlıda konsert vermək arzusundadır
Müttəfiqliyin sübutu: Rusiyalı deputatlar cəbhə bölgəsində