Cocuq Mərcanlı kəndi, arxiv şəkli

Müttəfiqliyin sübutu: Rusiyalı deputatlar cəbhə bölgəsində

306
(Yenilənib 14:18 26.07.2018)
Cocuq Mərcanlıda Azərbaycan və Rusiya əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunur

BAKI, 1 iyul — Sputnik. Rusiya Federasiyası Dövlət Dumasının bir qrup deputatı, Rusiyanın tanınmış ictimai xadimləri və ekspertləri 2016-cı ilin Aprel döyüşləri zamanı Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndindədirlər.

Sputnik Azərbaycan xəbər verir ki, onlar "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfransda iştirak edirlər. Konfransda Azərbaycan nümayəndələri də iştirak edir. 

UNEC-in Zaqatala filialının müəllim-tələbə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib
© Photo : UNEC-in mətbuat xidməti

Konfrans iştirakçıları arasında Rusiya Dövlət Duması Komitəsinin sədr müavini Dmitri Savelyev, Dövlət Duması spikerinin köməkçisi Vladislav Kalxidov, Dövlət Dumasının "Vahid Rusiya" partiyasından olan deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin, Ekspertlər Klubunun üzvü Valeri Korovin, eləcə də jurnalist, politoloq, ictimai xadim Maksim Şevçenko və digərləri var. Azərbaycan tərəfdən Azərbaycan-Rusiya parlamentlərarası İşçi qrupunun rəhbəri, deputat Əli Hüseynli, Azərbaycandakı Rusiya icmasının rəhbəri, deputat Mixail Zabelin, millət vəkilləri Elman Məmmədov və Fazil Mustafa iştirak edirlər.

Tədbir iştirakçıları Azərbaycan və Rusiya əməkdaşlığının inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparırlar.

Konfransın təşkilatçıları Beynəlxalq Avrasiya Hərəkatı, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması və Rusiyadakı Azərbaycan İcması və Ekspertlər Klubudur.

306
Əlaqədar
Cocuq Mərcanlı məktəbliləri UNEC-ə dəvət olunub
İlham Əliyev Cocuq Mərcanlı ilə bağlı sərəncam imzaladı
Dövlət başçısından Cocuq Mərcanlı ilə bağlı yeni sərəncam
Prezident Cocuq Mərcanlı kəndinin sakinini mükafatlandırıb