Военная техника на территории Физулинского района, фото из архива

Cəbhədə yenə silahlar işə düşdü, iriçaplı pulemyotlardan istifadə olundu

20
(Yenilənib 10:47 30.06.2018)
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 86 dəfə pozub

BAKI, 30 iyun — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 86 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə məruz qalıb.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Nəmirli, Novruzlu, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qobu Dilağarda, Qaraxanbəyli və  Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

20
Əlaqədar
"Dağlıq Qarabağda baş verən qiyamlar Bakını müdafiəsiz qoydu"
Rusiya Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəklədi
Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır
Dağlıq Qarabağ münaqişəsinə dair narahatlıq bəyanatı verildi
Dağlıq Qarabağa qanunsuz səfər etmiş məşhur yazar və aparıcı özünü öldürdü