Belarusun xarici işlər naziri Vladimir Makey ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Minskdə Qarabağla bağlı önəmli görüş

96
(Yenilənib 15:59 27.06.2018)
Tərəflər ATƏT-in Minsk Qrupunun fəaliyyətini müzakirə ediblər

BAKI, 27 iyun — Sputnik. Belarusun xarici işlər naziri Vladimir Makey ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan "Belta"ya istinadən xəbər verir.

Məlumata əsasən, Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi münaqişə zonasındakı vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə göstərdikləri səylər barədə naziri məlumatlandırıblar. Görüş zamanı tərəflər ATƏT-in Minsk Qrupunun fəaliyyəti, eləcə də Belarusun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə verə biləcəyi mümkün töhfəni müzakirə edib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri səfər çərçivəsində, həmçinin Belarusun xarici işlər nazirinin müavini Oleq Kravçenko ilə görüşüblər.

96
Teqlər:
xarici işlər naziri Vladimir Makey, Belarus, Dağlıq Qarabağ münaqişəsi, ATƏT, Minsk Qrupu, həmsədrlər
Əlaqədar
Qarabağ separatçıları ilə razılaşma ləğv edildi
"Dağlıq Qarabağda baş verən qiyamlar Bakını müdafiəsiz qoydu"
Rusiya Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəklədi
Onların hamısı Qarabağdan beziblər, imtina etməyə məhkumdurlar