Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Müdafiə Nazirliyi: Ordumuzun fəaliyyəti düşməndə xof təşviş yaradır

69
(Yenilənib 17:49 23.06.2018)
“Cəbhə xəttindəki əməliyyat şəraiti Qoşunlarımızın tam nəzarəti altındadır”

BAKI, 23 iyun — Sputnik. "Ermənistan tərəfi bu kimi xəbərlər yaymaqla ordusundakı qanunsuzluqlar və nizamnamədən kənar münasibətlər nəticəsində mütəmadi olaraq baş verən qeyri-döyüş ölüm hadisələrini və cinayətləri ört basdır etmək məqsədini güdür".

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-ın erməni mətbuatında düşmən əsgərin cəsədinin tapılması, Azərbaycan Ordusunun diversiya keçirməsi barədə yaydığı məlumata dair sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun istənilən gündəlik fəaliyyəti düşmən tərəfində xof və təşvişə səbəb olur.

"Bildiririk ki, Ordumuzun bölmələri heç bir diversiya fəaliyyəti həyata keçirməyib.

Ermənistan mətbuatının yaydığı məlumatlar həqiqətə uyğun deyil və yalnız ölkə ictimaiyyətinin diqqətini ordusundakı özbaşınalıqlardan və artan qeyri-döyüş itkilərdən yayındırmağa yönəlib.

Cəbhə xəttindəki əməliyyat şəraiti Qoşunlarımızın tam nəzarəti altındadır", — deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, erməni mətbuatında bu gün düşmən əsgərin cəsədinin tapılması barədə məlumat verilib. Bir neçə saat sonra isə daha bir məlumatda guya Azərbaycan Ordusunun diversiya keçirdiyi bildirilib.

69
Teqlər:
ordu, sorğu, Azərbaycan Müdafiə Nazirliyi, diversiya, Ermənistan
Əlaqədar
Döyüş mövqeyində erməni əsgəri öldürülüb

"Gündəlik 200-dən çox yoluxma var. Buna da kütləvi tədbirlər səbəb olub"

9
(Yenilənib 18:35 03.08.2020)
"Epidemioloqlar tərəfindən də qeyd edilir ki, həmin toplaşmalar olmasaydı, bugünkü rəqəmlər daha aşağı ola bilərdi"

BAKI, 3 avqust — Sputnik. “Qarabağ məsələsində həmrəyliyi bütün dünya dövlətləri gördü”.

Sputnik Azərbaycan bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, ancaq burada kütləvi toplaşma hallarına da yol verildi: “Epidemioloqlar tərəfindən də qeyd edilir ki, həmin toplaşmalar olmasaydı, bugünkü rəqəmlər daha aşağı ola bilərdi. Gələcəkdə vətəndaşlarımız kütləvi xarakter daşıyan tədbirlərdən çəkinməlidir. Yas mərasimləri də bu qəbildəndir. Bu kimi tədbirlər vətəndaşların daha çox bir araya gəldiyi tədbirlər sırasındadır. Buna yol vermək olmaz”.

H.Hacıyev qeyd edib ki, iyulun 14-də kütləvi tədbirin hər birimizə qürur verən hissəsini kənara qoymaq şərti ilə məsələyə epidemioloji çərçivədən də baxmalıyıq.

O bildirib ki, isti yay günlərində bu çətinliklər səbr və təmkinlə qəbul olunur: “Biz müəyyən miqyas və birgə səylərimiz nəticəsində yoluxmanın azalmasına nail olduq. Amma bu bizi qane etmir. Gündəlik 200-dən çox yoluxma var. Buna da kütləvi tədbirlər səbəb olub. Biz daha aşağı yoluxma gözləyirdik. Buna görə də gələcəkdə bundan çəkinməyə çağırırıq”.

9
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Hikmət Hacıyev vətəndaşları xaricə səfər etməkdən çəkindirdi
Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağalıb
COVID-19-la mübarizə qripə yoluxmanı da azaldıb - TƏBİB
Evlənmək, nişanlanmaq və ölmək qadağandır - QƏRAR
Metro niyə bağlı qaldı?
Rayonlara gediş-gəliş məsələsinə baxılacaq
Pulemyot, arxiv şəkli

Cəbhədə gərgin gecə: mövqelərimiz pulemyotlardan atəşə tutuldu

16
(Yenilənib 10:07 02.08.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 41 dəfə pozub

BAKI, 2 avqust — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Nerkin Karmirağbur, Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

16
Əlaqədar
Azərbaycan XİN-i Zöhrab Mnatsakanyanın cavabını verdi
Cəbhədən gələn son xəbər açıqlandı
XİN: Ermənistanın danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir
Ceyhun Bayramov: "Ermənistan gərginliyi artırmaq üçün təxribata əl atır"
Meksika telekanalında Ermənistanın təxribatı faktları yayımlandı
Sklifosovski adına Elmi-Tədqiqat Təcili Yardım İnstitutunun baş elmi işçisi İlqar Əliyev

Rusiyalı həkim azərbaycanlı həmkarlarının səhvləri haqda: "İnsanın imkanları xaricindədir"

0
(Yenilənib 19:16 03.08.2020)
Sumqayıt xəstəxanasında işləyən rusiyalı həkim koronavirusdan nə ilə xilas olmaq və ağciyərləri süni havalandırma aparatından sonra xəstələrin sağ qalmasından danışıb

BAKI, 3 avqust — Sputnik, Aleksandra Zuyeva. Bu pandemiyanı gözləyirdik, çünki müəyyən qanunayğunluq var – onlar təxminən hər 80 ildən bir təkrarlanır.

Həkimlər, arxiv şəkli
© Photo : Ministry of Defence of the Russian Federation

Bunu Sputnik Azərbaycan-a Sklifosovski adına Elmi-Tədqiqat Təcili Yardım İnstitutunun baş elmi işçisi İlqar Əliyev deyib.

Əliyev Azərbaycana Heydər Əliyev Fondunun dəvəti ilə COVID-19 pandemiyası ilə mübarizədə yerli mütəxəssislərə kömək üçün gələn 22 rusiyalı həkim qrupunun tərkibində təşrif buyurub. Hazırda Sumqayıt şəhər 1 saylı xəstəxanada işləyir.

Yeri gəlmişkən, Sumqayıt təsadüfi seçilməyib. Əliyevin sözlərinə görə, rusiyalı həkimləri oraya ən böyük problemləri həll etməyə göndərdilər. Həmin problemləri hətta onlardan öncə Sumqayıta gələn türkiyəli həkimlər də çözə bilməmişdilər.

Bu xəstəxanada qarşılaşdıqları əsas problem isə reanimasiya olub.

“Terapevtik bölmələr mövcud durumun öhdəsindən gəlirdi, amma reanimasiyada vəziyyət kifayət qədər çətin idi. Və hələ də o cürdür”, - həkim qeyd edib.

Bunun səbəbini Sputnik Azərbaycan-ın həmsöhbəti insan faktorunda görür: tibbi heyət çatışmır, olanın da kifayət qədər təhsili yoxdur. Bunu isə, Əliyevin sözlərinə görə, onunla izah etmək olar ki, orta tibbi personal heç vaxt reanimasiyada işləmədiyindən bu işin xüsusiyyətini bilmir. Üstəlik, Sumqayıt xəstəxanasında əsasən anestezioloqlar işləyirlər.

“Bilirsiniz, əgər xəstələri uzunmüddətli ağciyərlərin süni havalandırma (ASH) aparatına  qoşsalar, sonradan da havalandırmanı düzgün aparmasalar, düzgün müalicə etməsələr, onlar sağ qalmayacaqlar”, - həkim deyib.

Belə də alınır: yerli həkimlər təcili kömək göstərir, xəstəni intibasiya edir, onu ASH cihazına qoşurlar, amma xəstənin özünün aparatsız nəfəs ala biləcəyi səviyyəyə çatdıra bilmirlər. Çünki, Əliyevin sözlərinə, bu, artıq başqa qəbildən olan bilikləri tələb edir. 

Məsələn, onun sözlərinə görə, əlamət və analizlərlə adamın xəstəliyinin dərəcəsini təyin etmək, sonra isə xəstəliyin mənfi dinamikasını hesablamaq olar. 

“Bizimlə bir qrupda gələn terapevtlər dərhal məhz bununla məşğul oldular: onlar xəstələri müayinə edir, risk qrupuna aid olanları təyin edərək reanimasiyaya vəziyyətləri kəskinləşməyə macal tapmamış köçürürdülər”, - İ.Əliyev deyib. 

Həkim, eyni zamanda, koronavirusa yoluxub ASH cihazına qoşulan xəstələrin 80%-nin sağ qalmadığı haqda mifi də rədd edib: “İki ay yarımdan çox kovid mərkəzində işlədim. Reanimasiyadan xəstələrin 90%-i keçdi. Onlardan yarısı ASH cihazına qoşulu idi. Ölənlər isə cəmi 30% təşkil elədi”. 

İ.Əliyev rusiyalı həkimlərin Sumqayıt xəstəxanasında qarşılaşdıqları daha bir ciddi problemə toxunub: sən demə, tibbi heyət iki həftə müddətində “qırmızı zona”da sutkada 8 saat işləyirmiş.

“Bu, reanimasiya üçün həddən artıq çoxdur. Düzgün anlamanız üçün – “qırmızı zona”da 4 saat işləməyin özü çoxdur. Səkkiz saat – insanın imkanları xaricindədir”, - həkim deyib.

Ancaq iş qrafikini başqa cür qurmaq alınmayıb, çünki həkim çatmırmış. Müvafiq olaraq, Əliyevin sözlərinə görə, reanimasiyada müalicənin nəticələri elə də ürəkaçan olmayıb.

Rusiyalı həkimlərin gəlişi ilə xəstəxanada çox şey dəyişib: bu müddət ərzində sahman yaratmaq, nəyin harada yerləşəcəyini, kimin nə edəcəyini izah etmək, eləcə də tibbi heyətə bu işləri yerinə yetirməyi öyrətmək mümkün olub.

COVID-19-la mübarizə qripə yoluxmanı da azaldıb - TƏBİB>>

Sumqayıt xəstəxanasında avadanlıqla bağlı da problem olub. Bu məsələnin həlli üçün rusiyalı mütəxəssislər TƏBİB-lə əlaqə saxlayıblar.

“Onların vasitəsilə lazımi avadanlığı sifariş verir və qısa zaman ərzində əldə edirdik”, - Sputnik Azərbaycan-ın həmsöhbəti deyib.

Ümumilikdə COVID-19-la mübarizə barədə danışarkən İlqar Əliyev bildirib ki, pandemiyanı dayandıra biləcək yeganə vasitə peyvənddir. Bununla yanaşı, həkim əmindir ki, yeni virus bizimlə daimi qalacaq və öz-özünə yox olmayacaq.

Dərmanlara gəlincə, onun sözlərinə görə, virus əleyhinə preparatlardan heç biri COVID-19-u müalicə etmək üçün yetərli deyil.

“Hər birimizin immun sistemimiz fərqlidir və virusa reaksiyamız da buna müvafiqdir. Kiminsə immun sistemi özü virusu dəf edir və onlar üçün hər şey tez və əla bitir. Bəzilərində isə ciddi problemlər yaranır”, - həkim deyib və əlavə edib ki, sonunculara daha çox şəkərli diabeti, artıq çəkisi olanlar aiddir ki, onların orqanizmi yoluxma ilə bacara bilmir. 

Bütün bunları nəzərə alaraq, İlqar Əliyev qeyd edir ki, hər bir şəxs öz sağlamlığına diqqətlə yanaşmalıdır: əlləri tez-tez yumaq, burnu təmizləmək, boğazı yaxalamaq gərəkdir. “Özündə koronavirusun hansısa əlamətini sezdikdə isə bunun soyuqdəymə olduğunu düşünərək  özünümüalicə ilə məşğul olmaq yaramaz, dərhal həkimə müraciət etmək lazımdır”, - mütəxəssis məsləhət görüb.

Əliyev həmçinin xatırladıb ki, COVID-19 insanların dünyagörüşünü dəyişə bilsə də, dünya iqtisadiyyatına ciddi təsir etsə də, bəşəriyyətin başına oyun açan ilk pandemiya deyil.

“Biz bu pandemiyanı gözləyirdik, çünki müvafiq qanunauyğunluq var. Təxminən hər 80 ildən bir pandemiyalar təkrarlanır. 1918-ci ildə “ispan qripi” vardı, bu əsrdə də COVID-19 gözlənilən idi”, - deyən həkim insanları sakit olmağa çağırıb.

0
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağalıb
Dünyanın koronavirus büdcəsi tükənir: xəstəliyə necə qalib gələcəyik?
COVID-19-dan sağalanlara iki vitamin məsləhət gördülər
Əvvəl risk qrupundakılar, sonra isə hamı - kütləvi peyvəndin başlama tarixi uzaqda deyil
COVID-19-dan sağalanların nəzərinə: immun sisteminiz etibarlı deyil