QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Erməni nazirdən özünəməxsus "sülh" bəyanatı

© Sputnik / Aram NersesyanМинистр иностранных дел Армении Зограб Мнацаканян на заседании правительства (17 мая 2018). Еревaн
Министр иностранных дел Армении Зограб Мнацаканян на заседании правительства (17 мая 2018). Еревaн - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın xarici işlər naziri ilə ATƏT-in Minsk qrupunun həmsədrləri arasında ilk görüş olub

BAKI, 13 iyun — Sputnik. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Zöhrab Mnasakanyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü zamanı bildirib.

Məlumata əsasən, Mnasakanyan Yerevanda ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişiklə görüşüb.

Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair fikir mübadiləsi aparıb, həmçinin danışıqlar prosesini irəlilətmək üçün imkanları nəzərdən keçiriblər.

Qeyd edək ki, bu, Ermənistanın xarici işlər naziri və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında baş tutan ilk görüşdür.

Xəbər lenti
0